Ermənistanda siyasi tənəzzül: əhali heç kimə güvənmir


Siyasət 16 May 2021 13:39:00 122 0

Ermənistanda siyasi tənəzzül: əhali heç kimə güvənmir

"Hazırkı situasiyada Nikol Paşinyanın şansları daha çoxdur".

Bunu Son.az-a açıqlamasında Ukrayna Strateji Araşdırmalar Mərkəzinin sədri Pavlo Zovnirenko deyib.

O bildirib ki, Ermənistan əhalisinin böyük hissəsi artıq heç bir namizədə güvənmir:

"Parlament seçkiləri öncəsi Ermənistanda yerli və xarici sosial institutların keçirdiyi sorğulara nəzər salsaq Paşinyanın yenidən seçilmə şansları qalır. Paşinyanın gücünü nəzərə almasaq, əgər digər siyasi partiyalar və bloklar Paşinyana qarşı birləşsə, o zaman onlar bu parlament seçkilərindən qalib ayrıla bilərlər. Bu, yalnız və yalnız o zaman baş verə bilər ki, digər siyasi partiyalar və bloklar birləşə. Amma bunun baş vermə imkanı azdır, çünki Ermənistandakı 20 siyasi partiyanın hamısı bir-birinə qarşı cəbhə açıblar. 

Müxalifətin faktiki lideri hesab edilən Vazgen Manukyan əgər bu partiyaları birləşdirməyi bacarsa, o zaman onların hakimiyyətə gəlmək şansları heç də aşağı olmayacaq, əksinə qalib gələ bilərlər. İndiki situasiyada müxalifətdə Paşinyanın yerinə ən çox istənilən siyasətçinin məhz Vazgen Manukyanın olduğunu nəzərə alsaq və o özü bunu bacarsa, Paşinyanı devirə biləcəklər. Amma yenə də qeyd edim ki, müxalifətin şansları çox deyil. Çünki o partiyların birləşməsi aralarındakı münaqişələrdən dolayı sual altındadır. 

Sorğular göstərir ki, Ermənistan əhalisinin böyük hissəsi nə Paşinyanı dəstəkləyirlər, nə də hər hansı digər namizədə güvənirlər". 

Təhməz Əsədov Son.az