Qaribaşvilinin Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni təkan verəcək
Siyasət 05 May 2021 12:21:00 103 0
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə yeni təkan verəcək.
Son.az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.
O bildirib ki, səfər çərçivəsində xüsusilə ticari-iqtisadi və mədəni-humanitar münasibətlər müzakirə olunacaq:
"Əminəm ki, bu səfər iki ölkə arasında münasibətlərə yeni təkan verəcək. Səfər çərçivəsində həm siyasi, həm də ticari-iqtisadi sahələrdə bütün məsələlər müzakirə olunacaq".
Səfir əlavə edib ki, yaxın zamanlarda Gürcüstan-Azərbaycan ticari-iqtisadi komissiyasının iclası keçiriləcək. İclasın tarixi baş nazirin səfəri zamanı dəqiqləşdiriləcək.
Mənbə: milli.az