Beynəlxalq Qarabağ Komissyası nə işlə məşğul olacaq?


Siyasət 05 May 2021 11:31:00 51 0

Beynəlxalq Qarabağ Komissyası nə işlə məşğul olacaq?

Aprelin 21-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində törədilən hərbi cinayətlərin araşdırılması üzrə komissiyanın yaradılması elan olunub. Qeyd olunan strukturun təsis edilməsi ilə əlaqədar Azərbaycan və Türkiyənin, həmçinin bir sıra digər ölkələrin QHT, diplomatlar, jurnalistlər və alimləri çıxış ediblər. Komissiyanın yaradılmasının təşəbbüskarı Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və Dünya Türk Yazarlar Birliyi başqanı Salih Kurtdur.

Son.az xəbər verir ki, rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov "İnterfaks-Azərbaycan"a bu komissiyanın yaradılmasının məqsədi, prioritetlərini şərh edib.

"Qarabağda hərbi cinayətlərin araşdırılması üzrə beynəlxalq komissiya Azərbaycanın qeyd olunan bölgəsində cinayət faktlarını aşkar edəcək, qeydə alacaq və məlumatlandıracaq, konkret günahkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına təşəbbüs edəcək. Dünyanın siyasi və intellektual elitası ermənilərin millətçilik ideologiyası ilə diktə olunan sülhə və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayətlərinin nə dərəcədə barbar, rəhmsiz və irrasional ola biləcəyindən xəbərdar olmalıdır", - Kuznetsov belə hesab edir.

Onun sözlərinə görə, hazlrda komissiya formalaşma mərhələsindədir.

"Komissiya müxtəlif işçi qruplardan ibarət ola bilər, onların hər birinin öz vəzifəsi olacaq. Misal üçün, bir qrup hərbi əsirlər və dinc sakinlər barəsində hərbi cinayətləri araşdıra bilər, digər qrup - işğal dövründə təsərrüfat infrastrukturunun məhv olunmasının zərərini qiymətləndirə bilər, üçüncü qrup - mədəni sərvətin talanması, məhv edilməsi və qanunsuz satışı məsələləri ilə məşğul ola bilər, dördüncü qrup - işğal dövründə Qarabağda ermənilər tərəfindən qanusuz iqtisadi fəaliyyətin araşdırılması ilə məşğul ola bilər", - Kuznetsov bildirib.

Ekspert hesab edir ki, bu siyahını daha çox uzatmaq olar, çünki Qarabağda erməni işğalçı rejimin həyat fəaliyyətinin istənilən təzahürü özlüyündə qanusuz və cinayətkar idi, onun mütəşəkkil əməlləri isə - kriminal xarakterli olub.

Buna əsaslanaraq, Kuznetsov hesab edir ki, birinci mərhələdə komissiyaya daha çox yalnız siyasətçilər və tarixçilər deyil, həm də kriminoloq və kriminalistlər lazımdır. O zaman çox sayda jurnalistlər və tərcüməçilər lazım olacaq ki, komissyanın fəaliyyətinin nəticələrini dünya birliyinə çatdırsınlar.

Kuznetsov qeyd edib ki, təbii olaraq, komissiyanın Azərbaycan ərazisində əməliyyat-istintaq fəaliyyəti həyata keçirmək hüququ olamayacaq, bu ölkənin suverenliyinin pozulması faktı olardı. "Fikrimcə, komissiya Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən aşkarlanan və müyyən olunan faktlara əsaslanacaq və məsləhətçi və metodik xidmətlər təqdim edəcək ki, aşkar olunan hərbi cinayətlər üzrə ilkin istintaqın istehsalı Azərbaycanın aidiyyəti orqanları tərəfindən nəinki milli qanunvericliyin normaları, həm də beynəlxalq humanitar hüquq normalarına əsasən həyata keçirilsin.

Çalışacağıq ki, sonuncular prioritet təşkil etsin ki, araşdırmaların nəticələri nəinki azərbaycanlı hüquqşunaslara, həm də beynəlaxlq hüquq normalarının milli qanunvercilik normalarından daha üstün olması gərəkdiyini hesab edən bütün sivil dünya bilriyinə aydın olsun", - o vurğulayıb. Rusiyalı ekspert bildirib ki, komissiyanın fəaliyyətinin nəticəsi çoxcildli hesabat olacaq. Həmin hesabatda sadəcə Qarabağda ermənilərin konkret hərbi cinayətlər faktlarının cəmi əsk olunmayacaq, həm də erməni işğalçılarının Azərbaycan topaqlarındakı cinayətkar siyasəti və təcrübəsinə siyasi-hüquqi qiymət veriləcək. Xoşbəxtlikdən, tarixdə bu cür nümunələrin sayı kifayət qədərdir.

"Bir daha təkrar edim ki, komissiyanın əsas vəzifəsi - Qarabağda ermənilərin az təsadüf edilən hərbi cinayətlərini müəyyən və kvalifikasiya etmək deyil, onların bütün sistemliyi boyu ümumilikdə siyasi-hüquqi qiymət vermək, onların hərbi komandanlıq və mülki hakimiyyət tərəfindən sistemli, öncədən planlaşdırılan və təsdiq olunmuş xarakter daşıdığını sübut etməkdir. Qlobal şəkildə desək, komissiyanın fəaliyyəti hazırki "üçüncü" Ermənistan Respublikasının cürüyən cəsədinin axırına çıxmalıdır. Heç kəsə sirr deyil ki, Ermənistan miatsum ideyaları ilə mövcud olmağa başlayıb və bu ideyanın süqutu ilə yox olacaq.

Bu yaxınlarda müharibə zamanı Azərbaycan Ordusu Ermənistanı nəinki çox amansız hərbi, həm də ağır ideoloji məğlubiyyətə uğratdı, müasir erməniliyin əsas ideya üçlüyü olan "Ermənistan-diaspor-Artsax"ı darmadağın etdi. Azərbaycanın öz torpaqları üzərində tam yurisdiksiyasının bərqərar edilməsi ilə yanaşı bizim bu gün can verməsini müşahidə etdiyimiz erməni dövlətçiliyinin bu forması da məhv olacaq. Miatsum öldürülüb, Qarabağ - Azərbaycandır, Ermənistan nokdaun və hərcmərclik içindədir. Tarixinin yeni mərhələsinə başlamaq üçün Ermənistan nəinki miatsum ideyası və Qarabağdan, həm də "ikinci" respublikasının aressiyasının məhsulu olan - Zəngəzurdan imtina etməli olacaq, bundan sonra reallığa qayıda biləcək. Bunun üçün komissiya fəaliyyət göstərəcək", - Oleq Kuznetsov əlavə edib. 

Şoubiznesdə BAHALI MAŞINLARI kimlər nə sürür? like
  • 05 May 11:29  
Şou-biznes Şoubiznesdə BAHALI MAŞINLARI kimlər nə sürür?

Şou-bzinesin tanınmış simaları zaman-zaman bahalı maşınları ilə gün

arrow Ətraflı
Su hövzələrindən icazəsiz istifadə edənlərə sanksiya tətbiq edilməyə başlayıb like
  • 05 May 11:24  
Digərləri Su hövzələrindən icazəsiz istifadə edənlərə sanksiya tətbiq edilməyə başlayıb

Su obyektlərinə qanunsuz müdaxilə edən fiziki və hüquqi şəxslərə qar

arrow Ətraflı
Müğənni Aslanın öldüyü hadisə ilə bağlı like
  • 05 May 11:19  
Digərləri Müğənni Aslanın öldüyü hadisə ilə bağlı

Ötən gün sübh saatlarında Bakı şəhər Qaradağ rayonunda tanınmış mü

arrow Ətraflı
Bakıdan buraxılan erməni hərbçilər İrəvana çatdı like
  • 05 May 11:17  
Digərləri Bakıdan buraxılan erməni hərbçilər İrəvana çatdı

Ötən il İkinci Qarabağ savaşında Azərbaycan ordusunun parlaq qələbəsin

arrow Ətraflı
Azərbaycanda bu sahədə like
  • 05 May 11:14  
Digərləri Azərbaycanda bu sahədə

Azərbaycanda dövlət satınalmaları ilə bağlı yeni cərimələr müəyyən

arrow Ətraflı
Marketdə məhsulları əzən generalın oğlu imiş like
  • 05 May 11:11  
Digərləri Marketdə məhsulları əzən generalın oğlu imiş

Marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bu

arrow Ətraflı
Ermənilər Qarabağı tanımayacaq like
  • 05 May 11:10  
Siyasət Ermənilər Qarabağı tanımayacaq

Ötən əsrin son on illiyinin başlanğıcına qədər Ermənistan ərazisinin

arrow Ətraflı
Peyvəndlə bağlı bu məsələdə fikirlər tamamilə yanlışdır like
  • 05 May 11:09  
Digərləri Peyvəndlə bağlı bu məsələdə fikirlər tamamilə yanlışdır

Peyvəndin ikinci mərhələsində dozanın daha çox olması barədə fikirlər

arrow Ətraflı
Ukraynaya təcili "Siklon"lar və pul verilməlidir like
  • 05 May 11:04  
Dünya Ukraynaya təcili "Siklon"lar və pul verilməlidir

ABŞ Ukraynaya daha çox "Siklon" patrul gəmisi verməlidir.

arrow Ətraflı
Şəhid zabitimiz Anar Qorçuyevin övladı dünyaya gəlib like
  • 05 May 10:59  
Digərləri Şəhid zabitimiz Anar Qorçuyevin övladı dünyaya gəlib

Şəhid zabitimiz Anar Qorçuyevin övladı dünyaya gəlib

arrow Ətraflı
Küləkli hava ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib like
  • 05 May 10:54  
Digərləri Küləkli hava ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib

Azərbaycan ərazisində həvə şəraitinin pisləşməsi ilə əlaqədar "

arrow Ətraflı
Fikrət Qoca Birinci Fəxri Xiyabanda dəfn olunacaq like
  • 05 May 10:50  
Digərləri Fikrət Qoca Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Azərbaycan Yazıçılar Birliyinin (AYB) I katibi, Xalq şairi Fikrət Qoca Bir

arrow Ətraflı
Kütləvi iftar süfrələri əvəzinə başqa xeyriyyə işlərinin görülməsi tövsiyə edilir like
  • 05 May 10:49  
Digərləri Kütləvi iftar süfrələri əvəzinə başqa xeyriyyə işlərinin görülməsi tövsiyə edilir

11 ayın sultanı, mübarək Ramazan ayında iftar və sahur süfrələri təşk

arrow Ətraflı
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi belə olacaq like
  • 05 May 10:48  
Digərləri Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi belə olacaq

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası yerl

arrow Ətraflı
"Niyə məni oyatmadın?" like
  • 05 May 10:46  
Şou-biznes "Niyə məni oyatmadın?"

Xəbər verdiyimiz kimi ötən gün müğənni Aslan Hüseynov ağır yol qəza

arrow Ətraflı