Meksika mətbuatında Ermənistanın hərbi cinayətləri haqda məlumat verilib


Siyasət 04 May 2021 07:25:00 66 0

Meksika mətbuatında Ermənistanın hərbi cinayətləri haqda məlumat verilib

Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan "El Universal" qəzetində səfir Məmməd Talıbovun "Sülhə gedən yol dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən keçir" başlıqlı məqaləsi dərc edilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən Son.az-a verilən məlumata görə, qəzetdə Ermənistan səfirinin Azərbaycanın guya erməni hərbi əsirlərini qaytarmaqdan imtina etdiyi haqda yazısına cavab olaraq hazırlanmış məqalədə ilk olaraq, həmin yazıda istinad edilmiş qondarma qurumun Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı beynəlxalq qaydada tanınmış Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejim olduğu, 10 noyabr tarixli üçtərəfli bəyanatı imzalamaqla Ermənistan baş nazirinin işğal faktını qəbul etmiş olduğu və erməni səfirin dünyanın heç bir ölkəsi, o cümlədən təmsil etdiyi ölkə tərəfindən tanınmamış qondarma rejim haqda danışaraq Meksika auditoriyasını yanıltmağa çalışdığı bildirilir.

Azərbaycanın 10 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatların tələblərinə tam olaraq əməl etdiyi, erməni tərəfinin iddialarının əksinə olaraq "hamının hamıya" prinsipi əsasında bütün hərbi əsirləri qarşı tərəflə dəyişərək 69 nəfər erməni hərbi əsirini qaytardığı və 15 nəfər azərbaycanlı hərbçini geri aldığı məlumat verilir. Hazırda Azərbaycan tərəfində saxlanılan şəxslərin hərbi əməliyyatların başa çatması və 10 noyabr bəyanatının imzalanmasından sonra Ermənistanın Şirak vilayətindən Azərbaycan ərazisinə keçərək 4 nəfər hərbçi və 1 mülki vətəndaşımızın ölümü ilə nəticələnən terror aktları törətmiş şəxslər olduğu və onların Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edildikləri bildirilir.

1991-94-cü illərdə Ermənistanın işğal zamanı mülki insanlarımıza qarşı xüsusi amansızlıq nümayiş etdirdiyi, əsir götürdüyü 4 min nəfər mülki vətəndaşımızın taleyinin bu günədək naməlum olduğu və Xocalıda törətdiyi soyqırımının onilliklərlə davam edən erməni təcavüzü ərzində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş ən amansız qətliamlardan biri olduğu qeyd edilir. Erməni vəhşiliyinin ən yeni sübutlarından birinin də Kəlbəcər rayonunun Başlıbel kəndində qətlə yetirilmiş 12 nəfər soydaşımızın cəsəd qalıqlarının aşkarlanması olduğu deyilir.

Ermənistanın 30 ildir evlərinə qayıda bilməyən 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün bu gün də geri dönüşünə ciddi maneələr yaratdığı, işğaldan azad edilmiş ərazilərimizdə bu müddət ərzində bütün yaşayış infrastrukturunu məhv etdiyi və burada kütləvi minalama apardığı, bu minaların partlaması səbəbindən 10 noyabr bəyanatından bu günədək aralarında mülkü şəxslər də olmaqla 20 nəfər vətəndaşımızın həlak olduğu, 85 nəfərinsə ağır yaralandığı və Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina etdiyi söylənilir. Qeyd edilir ki, hazırda bütün dünya azad olunmuş ərazilərimizdəki erməni vandalizminə, şəhər və qəsəbələrimizin Ermənistan tərəfindən tamamilə dağıdıldığına və ölkəmizə aid tarixi-mədəni irsin məhvinə cəhd edildiyinə şahid olmaqdadır.

Sonda sülhə gedən yolun dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən keçdiyi, bu səbəbdən Ermənistanın qonşularına qarşı təcavüzkar siyasəti və ərazi iddialarından əl çəkməli, öz xalqını barışığa hazırlamalı və əməkdaşlıq ruhunda yaşamağı öyrənməli olduğu bildirilir.

https://www.eluniversal.com.mx/opinion/mammad-talibov/el-camino-de-la-paz-pasa-por-el-respeto-mutuo-la-soberania-e-integridad

Aşağı təzyiq əlamətləri, müalicəsi like
  • 04 May 07:21  
Digərləri Aşağı təzyiq əlamətləri, müalicəsi

Arterial təzyiqin aşağı düşməsinə aşağıdakı xəstəliklər səbəb o

arrow Ətraflı
Türkiyə hər zaman çətin anlarda Liviya xalqını dəstəkləyib like
  • 04 May 07:15  
Dünya Türkiyə hər zaman çətin anlarda Liviya xalqını dəstəkləyib

Türkiyə Liviyanın bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və si

arrow Ətraflı
Arterial təzyiqin orqanlara təsiri like
  • 04 May 07:11  
Digərləri Arterial təzyiqin orqanlara təsiri

Uzun müddət arterial təzyiqdən əziyyət çəkən xəstələrin müxtəlif o

arrow Ətraflı
Bill Qeyts boşanır  FOTO like
  • 04 May 07:05  
Dünya Bill Qeyts boşanır FOTO

"Microsoft"un qurucusu Bill Qeyts və arvadı Melinda Qeyts boşanmaq

arrow Ətraflı
Miokard infarktı zamanı lazım olan müalicə metodları like
  • 04 May 07:01  
Digərləri Miokard infarktı zamanı lazım olan müalicə metodları

1. Ağrının aradan götürülməsi. Miokard infarktında ağrı sindromunu ar

arrow Ətraflı
"Azərbaycan Rusiyaya etibar edə bilər" like
  • 04 May 00:27  
Siyasət "Azərbaycan Rusiyaya etibar edə bilər"

"Kommunikasiyaların, xüsusən də Zəngəzur dəhlizinin açılması Nax

arrow Ətraflı
USAİDin yeni rəhbəri Samanta Pauerin andiçmə mərasimi baş tutub like
  • 03 May 23:57  
Dünya USAİDin yeni rəhbəri Samanta Pauerin andiçmə mərasimi baş tutub

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş Daimi Nümayəndə

arrow Ətraflı
Saatlıda avtomobil piyadanı vuraraq öldürüb like
  • 03 May 23:55  
Digərləri Saatlıda avtomobil piyadanı vuraraq öldürüb

Saatlıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Ürəyə faydalı olan 7 qida like
  • 03 May 23:50  
Digərləri Ürəyə faydalı olan 7 qida

Ürək-damar sistemi xəstəlikləri dünyada ölüm səbəbləri arasında ilk

arrow Ətraflı
Nevroz və depressiyadan qurtulmaq istəyirsiz?  Mədənizi müalicə edin like
  • 03 May 23:39  
Digərləri Nevroz və depressiyadan qurtulmaq istəyirsiz? Mədənizi müalicə edin

İnsanda depressiya, təşviş, nevroz onun mədə-bağırsaq problemlərindən

arrow Ətraflı
Dünyada ötən sutka koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb  ÜST like
  • 03 May 23:34  
Dünya Dünyada ötən sutka koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 721 mindən çox a

arrow Ətraflı
C vitamini metabolik sindromun qarşısını almağa kömək edir like
  • 03 May 23:25  
Digərləri C vitamini metabolik sindromun qarşısını almağa kömək edir

Metabolik sindrom ürək xəstəliklərinin, vuruş və diabet kimi həyat üç

arrow Ətraflı