Elməddin Quliyev YAPın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib


Siyasət 03 May 2021 14:05:00 72 0

Elməddin Quliyev YAPın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib

Elməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

Son.az xəbər verir ki, bu barədə E.Quliyev "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

E.Quliyev bildirib ki, artıq 5 ildən çox çalışdığı Dövlət Statistika Komitəsindəki işindən ayrılıb: "Ötən müddət ərzində dövlət qulluğunda üzərimə düşən vəzifə və öhdəlikləri bacardığım qədər əzmlə yerinə yetirməyə çalışdım. Ən böyük qazancım isə zəngin təcrübə və peşəkarlarla iş oldu. Dövlət Statistika Komitəsinin bütün strukturlarında çalışan dostlarıma gələcək fəaliyyətlərində uğurlar arzulayıram.  Qeyd edim ki, fəaliyyətimi bundan sonra hakim Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi davam etdirəcəyəm. Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, regionun ən böyük təşkilatı olan hakim partiyada fəaliyyətə başlamaq sözsüz ki, mənim üçün böyük bir şərəfdir. Praqmatik Lider, qalib sərkərdə kimi dünyada böyük nüfuza malik olan Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkənin alternativsiz təşkilatı olan bir siyasi partiyada çalışmaq, eyni zamanda, üzərimə böyük bir məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edərək əminliklə bildirirəm ki, çalışdığım bütün qurumlarda olduğu kimi, Yeni Azərbaycan Partiyasında da fəaliyyətimi var gücümlə davam etdirməyə və mənə göstərilən böyük etimadı doğrultmağa çalışacağam. Dəyərli həmkarlarımla qurulacaq yeni əməkdaşlıqdan fərəh hissi keçirirdiyimi bildirirəm".

Qeyd edək ki, Elməddin Məhəmməd oğlu Quliyev 1984-cü il oktyabrın 25-də Qubadlı rayonunda doğulub. Sumqayıt şəhər 16 saylı orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, Naxçıvan Dövlət Universitetində "Mətbuat tarixi" istiqaməti üzrə magistr, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda "Tarixşunaslıq, mənbəşunaslıq və tarixi tədqiqat üsulları" ixtisası üzrə doktorantura təhsili alıb. 2003-2005-ci illərdə "Jurnalist" qəzetində müxbir işləyib. 2005-2006-cı illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) könüllü əməkdaşı kimi fəaliyyət göstərib. 2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçdikdən sonra Azərbaycan Televiziya və Radio Verlişləri QSC-nin (AzTV) İnformasiya Proqramları Baş Redaksiyasında müxbir vəzifəsində fəaliyyətə başlayıb. Rəsmi dövlət tədbirlərində, regional səfərlərdə, ölkəmizdə keçirilən bütün seçkilər və referendumda, yerli və beynəlxalq konfrans, forumlarda AZTV-ni təmsil edib (2008-2016). 2016-2021-ci illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri - mətbuat katibi vəzifəsində çalışıb. 3 may 2021-ci il tarixindən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, İctimaiyyətlə əlaqələr şöbəsi YAP-ın Mərkəzi Aparatında aparılan struktur dəyişiklikləri nəticəsində yeni yaradılıb.

Xatırladaq ki, Hüseyn Paşayev Mərkəzi Seçki Komissiyasının üzvü seçilməsi ilə əlaqədar YAP mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib.

Son.az 

Əfqanıstanda hərbi bazaya hücum olub like
  • 03 May 14:04  
Dünya Əfqanıstanda hərbi bazaya hücum olub

Əfqanıstanın Fərəh əyalətində hərbi bazaya hücum baş verib.

arrow Ətraflı
Azərbaycan Prezidenti: TürkiyəAzərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir like
  • 03 May 14:00  
Siyasət Azərbaycan Prezidenti: TürkiyəAzərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədi

arrow Ətraflı
“Fukusima” AES söküləcək like
  • 03 May 13:59  
Dünya “Fukusima” AES söküləcək

Yaponiyada 2011-ci ildə baş verən zəlzələ və sunamidən zərər görərə

arrow Ətraflı
Azad olunan əraziyə keçmək istəyən koronavirus xəstəsi saxlanılıb like
  • 03 May 13:54  
Digərləri Azad olunan əraziyə keçmək istəyən koronavirus xəstəsi saxlanılıb

Aprelin 22-də saat 6 radələrində Ağdam rayon sakini Rəşad Əliyev Təzək

arrow Ətraflı
Buzovna qəsəbəsi yenidən qurulacaq like
  • 03 May 13:51  
Digərləri Buzovna qəsəbəsi yenidən qurulacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Abşeronun qəsəbələri

arrow Ətraflı
Qəhrəman döyüşçü like
  • 03 May 13:49  
Digərləri Qəhrəman döyüşçü

Elmar Cəfərov Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub

arrow Ətraflı
“Schlumberger” şirkətinin yeni icraçı direktoru Bakı Ali Neft Məktəbində  FOTO like
  • 03 May 13:44  
Digərləri “Schlumberger” şirkətinin yeni icraçı direktoru Bakı Ali Neft Məktəbində FOTO

Bakı Ali Neft Məktəbi (BANM) ilə "Schlumberger" şirkəti arasınd

arrow Ətraflı
Bakıda bələdiyyə sədri 300 manat cərimələndi like
  • 03 May 13:41  
Digərləri Bakıda bələdiyyə sədri 300 manat cərimələndi

Bakının Binəqədi rayonu Mehdiabad Bələdiyyəsi sanitariya-gigiyena qaydala

arrow Ətraflı
Bakı pasiyenti: Əli Kərimli özünü böyüdür like
  • 03 May 13:40  
Siyasət Bakı pasiyenti: Əli Kərimli özünü böyüdür

Çağdaş psixologiyada ifrat özünəvurğunluq və ya "full of himself&qu

arrow Ətraflı
Hər il xaricə gedən turistlər bu il ölkə daxilində dincələcək like
  • 03 May 13:39  
Digərləri Hər il xaricə gedən turistlər bu il ölkə daxilində dincələcək

Bu yay mövsümündə daxili turizmə maraq artacaq, çünki əvvəlki illər xa

arrow Ətraflı
Azərbaycanda qızıl bahalaşır like
  • 03 May 13:34  
Digərləri Azərbaycanda qızıl bahalaşır

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

arrow Ətraflı
Rafael İsgəndərovun mediadan gizli saxladığı ailəsinin like
  • 03 May 13:30  
Şou-biznes Rafael İsgəndərovun mediadan gizli saxladığı ailəsinin

"Bu şəhərdə"nin sevilən aktoyru, əməkdar artist Rafael İsgənd

arrow Ətraflı
DGK büdcəyə proqnozdan artıq vəsait köçürüb like
  • 03 May 13:29  
Digərləri DGK büdcəyə proqnozdan artıq vəsait köçürüb

Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-aprel ayları üzrə nəzərd

arrow Ətraflı