"Fransanın dövlət rəsmilərinin Ermənistana dəstək çağrışları qəbuledilməzdir"


Siyasət 01 May 2021 14:07:00 42 0

"Fransanın dövlət rəsmilərinin Ermənistana dəstək çağrışları qəbuledilməzdir"

Fransanın bir dövlət kimi tarix boyu erməniləri, Ermənistanı dəstəkləməsi hamıya məlumdur. ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətlərindən biri olan Fransa həmişə Ermənistanı dəstəkləmişdir. Fransa bu ədalətsiz mövqeyini 27 sentyabr 2020-ci il tarixdə başlayan 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə daha açıq-aşkar nümayiş etdirir.

Fransanın dövlət rəsmiləri tərəfindən Azzərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana dəstək verən bəyanat və açıqlamalar verilmiş, parlament səviyyəsində qərarlar qəbul edilmişdir. Həmsədr ölkə kimi Fransanın bu ədalətsiz, qeyri-obyektiv mövqeyi haqlı olaraq, Azərbaycan cəmiyyətində onun həmsədr dövlət kimi tərəfsizliyinə inamsızlıq yaratmışdır. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Fransa dövlətinin işğalşı və təcavüzkar bir ölkə olan Ermənistanı dəstəkləməsi beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə srtategiyası, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi müvafiq sənədlər üzrə Fransanın üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır.

Azərbaycan ictimayyətinin və dövlətinin ciddi etirazlarına baxmayaraq, 25 noyabr 2020-ci il tarixdə Fransa Senatı " Dağlıq Qarabağın tanınmasının zərurəti haqda" qətnamə qəbul etmişdir. Bundan bir neçə gün sonra 3 dekabr 2020-ci il tarixdə Fransa Milli Assambleyası "Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması" adlı qətnaməni təsdiq etmişdir.

2020-ci il noyabr ayının 26-da Azərbaycan Respublikasının Milli Məclisi Fransa Senatında Dağlıq Qarabağın tanınmasını təklif edən qətnamə qəbul edilməsinə etiraz olaraq bəyənat qəbul etmişdir. Fransanın qərəzli, qeyri-obyektiv mövqeyi ilə əlaqədar Azərbaycan cəmiyyətində etiraz doğuran bu məsələlər müxtəlif vaitələrlə Fransanın müvafiq rəsmi qurumlarına çatdırılmışdır.

Azərbaycanın münasibətləri normallaşdırmaq təşəbbüsünə baxmayaraq, Fransanın dövlət rəsmiləri ölkəmizlə münasibətlərə ciddi zərbə vuran bəyanatlar verməkdə davam edirlər. Belə ki, aprelin 24-də Ermənistanda səfərdə olan Fransa Senatının sədri Jerar Larşe Senatın "Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını" təklif edən qətnaməni xatırlayaraq Azərbaycanda saxlanılan "hərbi əsirlər"in dərhal, qeyri-şərtsiz qaytarılmasını və azad olunmuş ərazilərdə "erməni tarixi-mədəni irsinin məhv edilməsi"nə son qoyulmasını tələb etdiklərini bildirmişdir.

Fransa rəsmi dairələrinin və rəsmilərinin qərəzli, qeyri obyektiv , həmsədr dövlət kimi tərəfsizlik prinsipinə məhəl qoymadan bu cür bəyanatlar, sənədlər qəbul etmələri qəbuledilməzdir və bir daha göstərir ki Fransa artıq bundan sonra həmsədr misiyasını yerinə yetirə bilməz. Milli Məclisin deputatı Rauf Əliyev Son.az

Lavrov Ərdoğanı qabaqlamaq üçün Bakıya gəlir  Politoloq like
  • 01 May 14:04  
Siyasət Lavrov Ərdoğanı qabaqlamaq üçün Bakıya gəlir Politoloq

Sergey Lavrovun mayda planlaşdırılan Yerevan səfərindən sonra birbaşa Bak

arrow Ətraflı
Azərbaycanda kənd təsərrfüatı məhsullarının istehsalı artıb like
  • 01 May 13:59  
Digərləri Azərbaycanda kənd təsərrfüatı məhsullarının istehsalı artıb

Azərbaycanda kənd təsərrfüatı məhsullarının istehsalı artıb.

arrow Ətraflı
Ağdamda ağır yol qəzası: like
  • 01 May 13:57  
Digərləri Ağdamda ağır yol qəzası:

Ağdamda ağır yol qəzası baş verib.

arrow Ətraflı
Su anbarında naməlum kişi meyiti tapılıb like
  • 01 May 13:54  
Digərləri Su anbarında naməlum kişi meyiti tapılıb

Şabran rayonunda Taxtakörpü su anbarında aşkar edilmiş naməlum kişi meyi

arrow Ətraflı
Polşa şirkətləri Azərbaycana maraq göstərir like
  • 01 May 13:51  
Digərləri Polşa şirkətləri Azərbaycana maraq göstərir

Polşa şirkətləri Azərbaycan hökumətinin şaxələndirmə çərçivəsind

arrow Ətraflı
Bu sözlərinə görə müğənnini “topa tutdular“  “Heç kəs ağlamasın ki...“ like
  • 01 May 13:49  
Şou-biznes Bu sözlərinə görə müğənnini “topa tutdular“ “Heç kəs ağlamasın ki...“

Türkiyənin məşhur müğənnisi Demet Akalın tətilə gedənləri qınaq at

arrow Ətraflı
Rusiyalı deputat və ekspertlər Ağdamda like
  • 01 May 13:48  
Dünya Rusiyalı deputat və ekspertlər Ağdamda

Rusiyalı deputat və ekspertlərin Ağdamda İmarət qəbiristanlığını ziya

arrow Ətraflı
İşğalçılar Sarıhacılı kəndində salamat tikili qoymayıblar like
  • 01 May 13:46  
Digərləri İşğalçılar Sarıhacılı kəndində salamat tikili qoymayıblar

Müdafiə Nazirliyi Ağdam rayonunun Sarıhacılı kəndindən videogörüntül

arrow Ətraflı
Aktyordan örnək davranış like
  • 01 May 13:39  
Şou-biznes Aktyordan örnək davranış

Aktyor Murat Yıldırım Türkiyədə 17 günlük tam qapanma rejimi ilə əlaq

arrow Ətraflı
Naxçıvanda saxta pul alverçisi tutuldu like
  • 01 May 13:34  
Digərləri Naxçıvanda saxta pul alverçisi tutuldu

Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyy

arrow Ətraflı
Ekspertdən şok iddia: Rusiya sülhməramlılarında minalanmış ərazilərin xəritəsi var like
  • 01 May 13:29  
Dünya Ekspertdən şok iddia: Rusiya sülhməramlılarında minalanmış ərazilərin xəritəsi var

Qarabağdakı minalanmış ərazilərin xəritəsi rus sülhməramlılarında da

arrow Ətraflı
Tacikistan və Qırğızıstan prezidentləri sərhəddəki vəziyyəti müzakirə edib like
  • 01 May 13:24  
Dünya Tacikistan və Qırğızıstan prezidentləri sərhəddəki vəziyyəti müzakirə edib

Tacikistan prezidenti Emomali Rahmon və Qırğızıstan prezidenti Sadır Japar

arrow Ətraflı
Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb like
  • 01 May 13:23  
Digərləri Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

arrow Ətraflı
Londona getmək istəyənlərə like
  • 01 May 13:19  
Digərləri Londona getmək istəyənlərə

AZAL London şəhərinə reysləri iyun ayından başlayaraq yerinə yetirəcək

arrow Ətraflı
Gömrükdə narkotik əməliyyatı like
  • 01 May 13:14  
Digərləri Gömrükdə narkotik əməliyyatı

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri

arrow Ətraflı