Fransa portalı: Ermənistan azad olunmuş ərazilərdəki minaların xəritəsini Azərbaycana verməkdən imtina edir


Siyasət 30 Apr 2021 19:35:00 51 0

Fransa portalı: Ermənistan azad olunmuş ərazilərdəki minaların xəritəsini Azərbaycana verməkdən imtina edir

Fransanın "musulmansenfrance.fr" xəbər portalında Azərbaycanın yeganə fransızdilli mətbu orqanı olan "Le Carrefour" (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın "Bayden, Makron və Qarabağın minalanmış ərazilərinin xəritəsi..." sərlövhəli məqaləsi yayımlanıb.

Son.az xəbər verir ki, məqalədə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra Qarabağda ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsinin bu günədək təhvil verilməməsi faktına diqqət çəkilir, aprelin 24-də ABŞ Prezidenti Co Baydenin qondarma "soyqırımı" açıqlaması və Fransa Prezidenti Emmanuel Makronun həmin tarixdə ermənilərə özünün "Twitter" hesabında verdiyi dəstəyə toxunulur, həmçinin Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməklə beynəlxalq hüququ pozmaları qeyd olunur.

Müəllif Prezident İlham Əliyevin Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğana telefon zəngini və ABŞ Prezidentinin çıxışını tarixi bir səhv adlandırdığını xatırladaraq Vaşinqton bəyannaməsinə etiraz edən və Türkiyəyə dəstək verən ilk ölkənin Azərbaycan olduğunu bildirir.

Həmçinin qeyd olunur ki, Azərbaycan çoxsaylı erməni hücumlarına məruz qalıb. 1988-ci ilin fevralından 1994-cü ilin mayınadək Azərbaycanın Qarabağ bölgəsində baş verən Birinci Qarabağ müharibəsinin Ermənistan dövlətinin irredentist hərəkətlərinin nəticəsidir. 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatların yenidən başlaması beynəlxalq qurumların diqqətsizliyini tamamilə nümayiş etdirdiyini vurğulayan jurnalist, nəhayət, Azərbaycan Ordusunun 44 günlük müharibədəki Qələbəsindən sonra noyabrın 10-da İkinci Qarabağ müharibəsinin bitməsi ilə bağlı üçtərəfli atəşkəs Bəyanatının Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalandığına diqqət çəkir.

Müəllif vurğulayır ki, müharibədən bir neçə ay keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad edilmiş ərazilərdəki minaların xəritəsini verməkdən imtina edir. 2020-ci ilin noyabrından bəri Qarabağda mina partlaması nəticəsində 22 azərbaycanlı mülki və hərbçi həlak olub, 100 nəfər yaralanıb. Bu münasibət müharibə cinayəti kimi dəyərləndirilməlidir.

Sonda jurnalist bununla Ermənistanın 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını, habelə Konvensiyanın İkinci Protokolunu, həmçinin Birləşmiş Millətlər Təşkilatının 1999-cu il tarixli Konvensiyasının müddəalarını ciddi şəkildə pozduğunu qeyd edir. Bildirilir ki, Konvensiyaya görə, münaqişə tərəfləri müharibə bitdikdən sonra minalardan təmizlənmiş ərazilərin xəritələrini təqdim etməyi və piyada əleyhinə minalardan istifadə etməməyi öhdələrinə götürürlər.

Asan və ləzzətli BİLDİRÇİN YUVASI salatı like
  • 30 Apr 19:30  
Digərləri Asan və ləzzətli BİLDİRÇİN YUVASI salatı

Son.az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına n

arrow Ətraflı
“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib  FOTO like
  • 30 Apr 19:26  
Digərləri “Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib FOTO

"Təhsil, innovasiyalar və iqtisadiyyat" mövzusunda təhsil naziri E

arrow Ətraflı
Daha bir serial eşqi gerçək oldu  FOTO like
  • 30 Apr 19:18  
Digərləri Daha bir serial eşqi gerçək oldu FOTO

Bu ilin martında prodüser əri Altuğ Gültandan boşanan aktrisa Melike İpek

arrow Ətraflı
Tanınmışların İnstaqram macəraları  Ən yeni FOTOlar like
  • 30 Apr 19:12  
Şou-biznes Tanınmışların İnstaqram macəraları Ən yeni FOTOlar

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Məşhur model 5 günə 5 kq arıqladı  FOTO like
  • 30 Apr 19:06  
Şou-biznes Məşhur model 5 günə 5 kq arıqladı FOTO

Modelyer və dizayner İvana Sert artıq çəkilərindən xilas olmaq üçün ci

arrow Ətraflı
Masallıda qohumunun evinə gedən qonaq dəhşət yaşadı like
  • 30 Apr 19:04  
Digərləri Masallıda qohumunun evinə gedən qonaq dəhşət yaşadı

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
"Fitch Ratings" Azərbaycanda ÜDMin artımını proqnozlaşdırır like
  • 30 Apr 19:02  
Digərləri "Fitch Ratings" Azərbaycanda ÜDMin artımını proqnozlaşdırır

2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun real artımı 2,5 faiz səvi

arrow Ətraflı
Oğlunun ad günü üçün alışverişə gedirdi  Yük maşınına çırpılıb öldü  FOTOlar like
  • 30 Apr 18:59  
Digərləri Oğlunun ad günü üçün alışverişə gedirdi Yük maşınına çırpılıb öldü FOTOlar

Türkiyədə oğlunun ad günü üçün alış-verişə gedən qadın yolda öl

arrow Ətraflı
Bu gün neçə nəfərə peyvənd vurulub? like
  • 30 Apr 18:57  
Digərləri Bu gün neçə nəfərə peyvənd vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 639 vaksin vurulu

arrow Ətraflı
Ağır yol qəzasında 6 uşaq öldü like
  • 30 Apr 18:55  
Dünya Ağır yol qəzasında 6 uşaq öldü

Rusiyada ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Hollivud ulduzları özlərinin cavanlıqları ilə "qucaqlaşdılar"  FOTOlar like
  • 30 Apr 18:52  
Şou-biznes Hollivud ulduzları özlərinin cavanlıqları ilə "qucaqlaşdılar" FOTOlar

Gənclikdə necə göründüyünüzü xatırlamaq istədikdə nə edirsiniz? Ço

arrow Ətraflı
Günün yoluxma statistikası açıqlandı  27 nəfər vəfat edib like
  • 30 Apr 18:51  
Digərləri Günün yoluxma statistikası açıqlandı 27 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 196 yeni yo

arrow Ətraflı
Aparıcı çimərlik FOTOlarını paylaşdı, qınandı like
  • 30 Apr 18:46  
Şou-biznes Aparıcı çimərlik FOTOlarını paylaşdı, qınandı

Məşhur televiziya aparıcısı Kseniya Borodina Dubaydakı tətildən çimərl

arrow Ətraflı
Ailə həkimini bəyənməsəz, dəyişə bilərsiniz like
  • 30 Apr 18:39  
Digərləri Ailə həkimini bəyənməsəz, dəyişə bilərsiniz

"Vətəndaş yaşadığı ərazi üzrə səhiyyə müəssisəsinə yaxınla

arrow Ətraflı