Göygöldə gənc oğlan bıçaqlanıb
Kriminal 25 Apr 2021 23:10:00 204 0
Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.
1995-ci il təvəllüdlü Elcan Həsənov qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, E.Həsənov dostu ilə dava zamanı bıçaq xəsarəti alıb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az