Türkiyə ermənlərin Qarabağda törətdiyi cinayətləri parlamentdə müzakirəyə çıxarır


Siyasət 25 Apr 2021 22:59:00 149 0

Türkiyə ermənlərin Qarabağda törətdiyi cinayətləri parlamentdə müzakirəyə çıxarır

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun iştirakı ilə sabah Türkiyə parlamentində "İkinci Qarabağ müharibəsi və Ermənistanın Hərbi Cinayətlər Paneli", "Hərbi Cinayətlər Fotoşəkil Sərgisi" keçiriləcək.

Oxu24-a TBMM-dən verilən məlumata görə, tədbirdə 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı haqsız ittihamlar və iddialar, "İkinci Qarabağ müharibəsindəki müharibə cinayətləri", insan hüquqlarının pozulması siyasi, hüquqi, elmi, akademik baxımdan dünyaya çatdırılması üçün ictimailəşdiriləcək.

Qeyd edək ki, Türkiyə vaxtı ilə saat 14:00-da təşkil ediləcək proqram TBMM İnsan Haqları Araşdırma Komissiyası tərəfindən hazırlanıb.