YARAT möhtəşəm layihəyə başlayır


Kriminal 23 Apr 2021 12:02:00 59 0

YARAT möhtəşəm layihəyə başlayır

YARAT Müasir İncəsənət Məkanı 1-ci Beynəlxalq Bakı Küçə Fotoqrafiyası Festivalını (BKFF) təqdim edir. BKFF - küçə fotoqrafiyası janrında ən yaxşı əsərləri bir araya gətirən beynəlxalq fotoqrafiya festivalıdır. Karantinin uzun ayları ərzində, hamımız parlaq hadisələr üçün darıxmışıq və şəhərimizin, onun binaları və küçələrinin gözəlliyini yeni tərzdə qəbul etməyi öyrənmişik...

Bu xəbəri də oxu: Bakıda dava:

2021-ci ilin festival müsabiqəsinin mövzusu - "Küçələr fokusda" seçilmişdir. Ağac yarpaqlarında işıq oyunu, təsadüfi keçən insanların simaları, sənaye landşaftları sizi valeh edirsə, əgər siz hər hansı hekayəni fotoqrafiya vasitəsilə çatdıra bilirsinizsə və ya sadəcə anları bir kadrla tutmağı sevirsinizsə, o zaman sizi küçə fotoqrafiyası festivalında iştirak etməyə dəvət edirik. Festival YARAT Müasir İncəsənət Məkanın (Azərbaycan) və fotoqraf, səyyah Andrey Qlazkovun (Rusiya) təşəbbüsü ilə təşkil olunub.

Festival bir-birini tamamlayan iki elementdən, müsabiqə və təhsil proqramlarından ibarət olacaq. Festivalın təşkilatçılarının başlıca məqsədi gənc fotoqraflar nəsli üçün əlverişli şərait yaratmaqdır. Festival proqramı gənc fotoqraflara öz istedadlarını ortaya çıxarmağa, yeni təcrübə qazanmağa və fotoqrafiya sənətinin ən populyar və dinamik istiqamətlərindən birində öz bacarıqlarını təkmilləşdirməyə kömək etmək üçün nəzərdə tutulmuşdur.

Hamımız üçün çətin olan bu dövrdə 1-ci Bakı Küçə Fotoqrafiyası Festivalının komandası, sadəcə fotoqrafların dəstəklənməsi yox, həm də bir müəllif kimi öz sözlərini deməsi üçün onlara meydança yaradılmasını çox vacib hesab edir.

Biz, fotoqraflar və rəssamların demək olar ki, həmişə "azdanışan" olmaları barədə iddiaları təkzib edirik. Qonaqlarımız Azərbaycan, Rusiya, Gürcüstan, İtaliya və ABŞ-dan olan peşəkar fotoqraflar olacaqlar. Onlar Zoom konfransları və Instagram efirləri formatında sizinlə ünsiyyət qurmağa, öz bacarıqlarını, təcrübələrini və emosiyalarını bölüşməyə hazır olacaqlar. Qəhrəmanlarımız həyatlarında baş verən səyahətlər, planlar, inanılmaz və gülməli vəziyyətlərdən bəhs edəcəklər.

Proqram çərçivəsində, istedadlı fotoqrafların ortaya çıxmasına və bizə bir az daha yaxın olmalarına kömək etməyə çalışacağıq. Bütün efirlər axşam saatlarında hamının izləməsi üçün əlverişli olan vaxtda və ya həftə sonlarında keçiriləcək. Festival çərçivəsində onlayn və oflayn sərgilər, kitab təqdimatları və diskussiyalar da keçiriləcək.

Festivalın "Küçələr fokusda" adlı müsabiqə hissəsində iştirak etmək üçün, yaşadığı ölkədən asılı olmayaraq, 14 yaşdan yuxarı fotoqraflar dəvət olunur.

Dəvət olunmuş münsiflər heyəti müsabiqə çərçivəsində daxil olan bütün ərizələri nəzərdən keçirəcək və qalibləri 4 nominasiyada mükafatlandıracaq ("Bir kadr", "Silsilə", "Mobil telefon fotosu" və "Analoq fotoqrafiyası").

Müsabiqə Canon və DiVi şirkətlərinin dəstəyi ilə təşkil olunur.

Münsiflər heyətinin və mühazirəçilərin tərkibinə tanınmış azərbaycanlı və xarici fotoqraflar daxil olacaq: Sənan Ələsgərov, Andrey Qlazkov, Fəxriyyə Məmmədova, Vüqar Əmrullayev, Adil Yusifov, Elmar Mustafayev, Mark Rafaelov, Xalid Zeynalov, Natavan Vahabova, Orxan Aslanov, Rauf Əsgərov, Valeh Məhərrəmov, Elşən İbrahimov.

Müsabiqədə iştirak etmək üçün sadəcə www.bakustreetphoto.az səhifəsinə daxil olaraq şəkilləri kompüterinizdən yükləmək və ya fotolarınızı [email protected] e-poçt ünvanına göndərmək lazımdır. Ərizələrin qəbul tarixi başa çatdıqdan sonra, siz e-poçt vasitəsilə iştirak haqqında təsdiq alacaqsınız.

İştirak etmək üçün fotoşəkillərinizi #streetinfocuscontest #bakustreetphoto2021 həştaqları ilə müsabiqənin Instagram səhifəsinə də yükləyə bilərsiniz.

***

Ərizələrin təqdim edilməsi üçün son tarix: 25 iyul 2021-ci il.

*Müsabiqədə iştirak ödənişsizdir.

***

ABŞ qondarma "erməni" soyqırımını tanısa... like
  • 23 Apr 12:01  
Siyasət ABŞ qondarma "erməni" soyqırımını tanısa...

ABŞ qondarma "erməni" soyqırımını tanısa, bu, Vaşinqtonla Anka

arrow Ətraflı
Televiziyalar tənqid olundu like
  • 23 Apr 11:59  
Digərləri Televiziyalar tənqid olundu

"Azərbaycan" qəzetinin 23 aprel 2021-ci il tarixli sayında ölkəd

arrow Ətraflı
“Ucuzluq”larda yoxlamalar: like
  • 23 Apr 11:57  
Digərləri “Ucuzluq”larda yoxlamalar:

Əmək müqavilələrinin bağlanmasına nəzarət tədbirləri davam edir.

arrow Ətraflı
"Hadrutda məskunlaşma daha tez zamanda mümkün ola bilər" like
  • 23 Apr 11:54  
Siyasət "Hadrutda məskunlaşma daha tez zamanda mümkün ola bilər"

Bəzi yaşayış məntəqələrimizdə məskunlaşma prosesinin daha tez realla

arrow Ətraflı
İnsan alveri qurbanına çevrilmək riskləri artıb like
  • 23 Apr 11:52  
Digərləri İnsan alveri qurbanına çevrilmək riskləri artıb

Ötən il ərzində Azərbaycanda insan alverinə qarşı mübarizə səngməyib

arrow Ətraflı
Gələcəkdə növbəti dalğalar qaçılmazdır like
  • 23 Apr 11:51  
Digərləri Gələcəkdə növbəti dalğalar qaçılmazdır

Hazırda pandemiyanın üçüncü dalğası adlandırdığımız mərhələyə s

arrow Ətraflı
Erməni porno ulduz like
  • 23 Apr 11:49  
Şou-biznes Erməni porno ulduz

Erməni porno ulduz Kim Kardaşyan yenidən gündəm olub. Model sosial mediada

arrow Ətraflı
İçməli su təchizatı yaxşılaşdırılır like
  • 23 Apr 11:44  
Digərləri İçməli su təchizatı yaxşılaşdırılır

Yevlaxda sutəmizləyici qurğu və anbar kompleksi inşa edilir

arrow Ətraflı
Milli Məclisin növbəti plenar iclası başladı like
  • 23 Apr 11:40  
Siyasət Milli Məclisin növbəti plenar iclası başladı

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə başlay

arrow Ətraflı
Tanınmış rejissor da Mirələmovdan danışdı: “Ondan betərləri də var“ like
  • 23 Apr 11:39  
Şou-biznes Tanınmış rejissor da Mirələmovdan danışdı: “Ondan betərləri də var“

Tanınmış rejissor, "SOY" prodakşının rəhbəri Oqtay Əliyev də

arrow Ətraflı
Aktrisa bu rəqsi ilə hamını heyrətə saldı like
  • 23 Apr 11:34  
Şou-biznes Aktrisa bu rəqsi ilə hamını heyrətə saldı

"Mətbəx" serialının ulduzu Mariya Qorban yarılüt formada çəkib

arrow Ətraflı
Vilayət Eyvazov mayora yeni vəzifə verdi like
  • 23 Apr 11:29  
Digərləri Vilayət Eyvazov mayora yeni vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

arrow Ətraflı
Məşhur balerina tanınmaz hala düşdü like
  • 23 Apr 11:24  
Şou-biznes Məşhur balerina tanınmaz hala düşdü

Məşhur balerina Anastasiya Voloçkova fenomenal dərəcədə arıqlaması ilə

arrow Ətraflı
Azad ruhun doğum günü like
  • 23 Apr 11:19  
Digərləri Azad ruhun doğum günü

Milli qəhrəman Allahverdi Bağırovu yad edirik

arrow Ətraflı
21ci əsrin ən yaxşı kino ulduzları like
  • 23 Apr 11:14  
Şou-biznes 21ci əsrin ən yaxşı kino ulduzları

Britaniya kinoteatrlar zənciri bu əsrin ən yaxşı aktyorları barədə araş

arrow Ətraflı