"Hadrutda məskunlaşma daha tez zamanda mümkün ola bilər"


Siyasət 23 Apr 2021 11:54:00 103 0

"Hadrutda məskunlaşma daha tez zamanda mümkün ola bilər"

Bəzi yaşayış məntəqələrimizdə məskunlaşma prosesinin daha tez reallaşdırılması mümkündür. Son.az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. "Qarabağdakı yaşayış məntəqələrimizdən bəzisi daha qısa zamanda məskunlaşmaq üçün hazır olacaq. Məsələn, Hadrutun qısa zamanda bərpası mümkündür. Bundan başqa bəzi kəndlərimizin model olaraq bərpası nəzərdə tutulduğu üçün artıq bununla bağlı konkret vaxtlar elan olunacaq". Millət vəkili onu da qeyd edib ki, Qarabağda aparılan bərpa prosesində iştirak etmək üçün Macarıstan, İran və Pakistan tərəfindən təşəbbüs olub. "Beynəlxalq maliyyə qurumları azad olunan ərazilərimizin bir qisminin bərpasında iştirak etmək niyyətindədir. Bu, prosesə daha çox sərmayənin cəlb edilməsi üçün vacibdir. Hesab edirəm ki, 4 mərhələli Böyük Qayıdışın birinci və ikinci mərhələsində beynəlxalq maliyyə qurumlarının vəsaitləri çox önəmlidir. Onların sərmayəsi hesabına infrastrukturun qurulması və bərpa prosesinin qısa zamanda başa çatması mümkündür. Hazırda bu istiqamətdə intensiv işlər görülür. Böyük Qayıdışın 3 və 4-cü mərhələsində isə yerli kiçik və orta sahibkarlar cəlb edilə bilər".