Ermənilər Suqovuşan ərazisinə daha çox plastik mina basdırıb


Siyasət 22 Apr 2021 11:57:00 136 0

Ermənilər Suqovuşan ərazisinə daha çox plastik mina basdırıb

Ermənilər Suqovuşana gedən yolda daha çox plastik minalarda basdırıblar, onların isə təəsiri daha yüksəkdir

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Şahin Allahverdiyev deyib.

Onun sözlərinə görə, bu növ minaları aşkar etmək çətindir və partlayış zamanı daha çox zərbə dalğasına malikdir:

"Ərazidən təqribən 2500-dən çox piyada və tank əleyhinə minalar aşkarlanıb və bunların əksəriyyəti plastik minalardır. Düşmən qəsdən bu növ minaları əraziyə basdırıb".

Ş. Allahverdiyev əlavə edib ki, bu ərazilərdən digər tələlər də aşkarlanıb:

"240 mm minomyot mərmilərinə bağlanmış xüsusi tellər var ki, onlar kənardan idarə olunur və partladılır. Bu tipli tələlər də ərazidə aşkar edilərək zərərsizləşdirilib".