Arvadını öldürdü, 17 yaşlı gəlinini döyədöyə zorladı Azərbaycanda AĞLASIĞMAZ OLAY VIDEO


Kriminal 16 Apr 2021 20:11:00 62 0

Arvadını öldürdü, 17 yaşlı gəlinini döyədöyə zorladı  Azərbaycanda AĞLASIĞMAZ OLAY  VIDEO

Ötən ilin iyun ayında Balakən rayonunda həbs edilmiş rayonun Şumbul kənd sakini 1961-ci il təvəllüdlü Teymur Əhmədov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə iş açılıb.

Son.az xəbər verir ki, T.Əhmədov barəsində Məcəllənin 150.2.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri - təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (həmin əməllər təkrar törədildikdə), 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 229.4-cü ( Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı hazırlama), 228.4-cü(Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), 127.2.2-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 149.2.3-cü (Zorlama - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) və 149.2.4-cü (Zorlama - zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə) açılmış iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilmiş proses yekunlaşıb. T.Əhmədovun gəlini, 2003-cü il təvəllüdlü Aliyə Əhmədovanın (ad şərtidir) və oğlunun zərəçəkmiş şəxs kimi tanındığı iş üzrə təqsirləndirilən şəxsin əməlləri sübuta yetirilib və o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həbsxanadan kəndə qayıdış

Məhkəmə prosesində bildirilib ki, Teymur Əhmədov 1993-cü ildə həmkəndlisi Məhəmməd Burtiyevə vintaçanla hücum edərək ona xəsarət yetirib və buna görə 4 il 6 ay həbsxana həyatı yaşayıb. Azadlığa çıxdıqdan sonra isə o, 2008-ci ildə o, həyat yoldaşı Ayzənət Əhmədovanın boğazını kəsərək qadını qətlə yetirib. 10 il həbsxanada saxlanılan Teymur 2018-ci ildə azadlığa çıxıb və Şumbul kəndinə qayıdıb. Bundan sonra o, əvvəlcə qardaşının, daha sonra isə oğlu Amir Əhmədov (ad şərtidir) və gəlini Aliyənin yanında yaşamağa başlayıb. Kənddə problemli adam kimi tanınan, heç kimlə münasibəti olmayan Teymur tədricən evdə problemlər yaratmağa, dava-dalaş salmağa başlayıb.

2020-ci ilin fevral ayından etibarən T.Əhmədov oğlunun evdə olmadığı vaxtlarda bir neçə dəfə gəlinə qarşı seksual xarakterli hərəkətlər edib. O, gəlini ilə cinsi əlaqədə olmağa cəhd edib. Bu səbəbdən də dava-dalaş olub. Daha sonra üzr istədiyinə və ibadətlə məşğul olacağına söz verdiyi üçün oğlu onu bağışlayıb. Lakin gəlini Aliyə isə qayınatasını bağışlamayacağını deyib. Çirkin niyyətinə nail ola bilməyən Teymur daha sonra gəlininin qonşuluqda yaşayan və təxminnə 50 yaşında olan R.Q ilə münasibətinin olduğunu deyib. O, gəlinindən qonşunun evinə gedib-gəlməməsini tələb edib, yoxsa onu da Ayzənət kimi öldürəcəyini deyib. Eyni zamanda gəlini ilə cinsi əlaqədə olmağa çalışan şəxs bıçaqla ona bir neçə dəfə hədə-qorxu gələrək niyyətinin real olmasını göstərməyə çalışıb. Bu müddət ərzində T.Əhmədov armaturdan soyuq silah hazırlayaraq onun bir hissəsini parça ilə örtüb və ağır xəsarət yetirə biləcəyi alətlə gəzməyə başlayıb.

Gəlininə gözü düşdü

T.Əhmədovun əməlləri, eləcə də onun gəlinini şərləməsi, seksual xarakterli zorakılıq hərəkətləri etməsi və soyuq silahla hədələməsi barəsində oğlu və gəlini onun barəsində hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra, yəni ötən ilin iyun ayının əvvəlində T.Əhmədov qisas məqsədilə oğlu və gəlininin yaşadığı fermaya yollanıb. O, özü ilə armaturdan hazırladığı soyuq silahı da götürüb. Fermadakı evin qarşısına çatdıqda o, gəlini Aliyənin tək olduğunu və qab-qacaq yuduğunu görüb. T.Əhmədov gəlinindən onunla birgə getməsini tələb edib. Aliyə bundan imtina etdikdə o, özü ilə gətirdiyi armaturla qadının başına zərbə endirib. Başının kəllə sümüyü çartlayan qadının başqa bədən nahiyələrinə də zərbələr endirən kişi gənc qızın müqavimətini qırıb və ondan yapışaraq özü ilə gəlməyə vadar edib. T.Əhmədov gəlinini fermadan bir qədər aralıdakı çöllüyə doğru aparıb və yol boyu onu bir neçə dəfə itələyərək içərisi quru kolla dolu olan kanala itələyib və hər dəfə oradan çıxmasını tələb edib. Başı, üzü və əlləri qan içində olan Aliyəni 300 metrə qədər aparandan sonra o, qızı yenidən kanala itələyib və paltarlarını soyunmasını tələb edərək armaturla zərbələr endirib.

"Məni zorladıqdan sonra öldürəcəyini düşündüm"

İstintaqa ifadə verən Aliyə Əhmədova qeyd edib ki, qayınatası onu həmin əraziyə apararkən əvvəlcə qətlə yetiriləcəyini düşünüb. Sonrakı tələblərini eşidəndən sonra isə Teymurun onu əvvəlcə zorlayıb sonra öldürəcəyini yəqin edib və ağlayaraq yalvarmağa, qışqırmağa başlayıb. Lakin ətrafda heç kim olmadığından onun səsini eşidən olmayıb.

Qaça-qaça evə gələn Aliyə baş verənlər barədə həyat yoldaşına danışsa da, zorlanması barədə deməyib, yalnız Teymurun onu döydüyünü bildirib. Onlar bu barədə polisə məlumat veriblər və xəstəxanaya gediblər. Polis əməkdaşları gecə saatlarında fermaya gələrək T.Əhmədovu çöllük ərazidə yaxalayıb.

10 noyabr bəyanatı regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir  Matviyenko like
  • 16 Apr 20:10  
Siyasət 10 noyabr bəyanatı regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir Matviyenko

Rusiya və Azərbaycanın əlaqələri strateji müttəfiqlik səviyyəsindədir

arrow Ətraflı
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib  FOTO like
  • 16 Apr 19:50  
Digərləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib FOTO

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamın

arrow Ətraflı
Mahnıları könüllər oxşayan bəstəkar like
  • 16 Apr 19:45  
Kriminal Mahnıları könüllər oxşayan bəstəkar

Bu gün Azərbaycanın unudulmaz bəstəkarı Ramiz Mirişlinin doğum günüdü

arrow Ətraflı
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək  FOTO like
  • 16 Apr 19:40  
Digərləri Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək FOTO

Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası ilk dəfə o

arrow Ətraflı
Gürzənin hazırlanma qaydası like
  • 16 Apr 19:30  
Digərləri Gürzənin hazırlanma qaydası

Son.az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına n

arrow Ətraflı
Küçədə alt paltarı ilə gəzdi, kameraya çəkdilər  VİDEO like
  • 16 Apr 19:26  
Digərləri Küçədə alt paltarı ilə gəzdi, kameraya çəkdilər VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

arrow Ətraflı
"25 ildir bu sənətdə olan "ded" olaraq bu sözləri deyirəm" like
  • 16 Apr 19:19  
Şou-biznes "25 ildir bu sənətdə olan "ded" olaraq bu sözləri deyirəm"

"Nəsil dəyişdikcə yumora baxış dəyişir. Əvvəl yumorla məşğul o

arrow Ətraflı
Azərbaycanda peyvənd olunanların sayı açıqlandı  FOTO like
  • 16 Apr 19:17  
Digərləri Azərbaycanda peyvənd olunanların sayı açıqlandı FOTO

Bu gün Azərbaycanda 27 542 nəfərə vaksin vurulub.

arrow Ətraflı
Lalə Azərtaş ATVdən çıxmasından yazdı like
  • 16 Apr 19:16  
Şou-biznes Lalə Azərtaş ATVdən çıxmasından yazdı

Tanınmış aparıcı Lalə Azərtaş Xəzər televiziyasına keçməsindən yaz

arrow Ətraflı
5 kqa yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı  FOTO like
  • 16 Apr 19:12  
Digərləri 5 kqa yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dö

arrow Ətraflı
Günün yoluxma statistikası  32 nəfər öldü like
  • 16 Apr 19:11  
Digərləri Günün yoluxma statistikası 32 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2163 yeni yoluxma faktı qeyd

arrow Ətraflı