Qarabağda "İsgəndərM" qalıqlarının tapılması müzakirə olunur


Siyasət 13 Apr 2021 14:15:00 128 0

Qarabağda "İsgəndərM" qalıqlarının tapılması müzakirə olunur

Bakının Qarabağda "İsgəndər-M" raketinin qalıqlarını tapması ilə bağlı məlumatlar Rusiya və Azərbaycan hərbçiləri arasındakı sıx dialoqda müzakirə olunur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsi "İsgəndər" qalıqlarının tapılması barədə mövzunun Rusiya və Azərbaycan prezidentlərinin telefon danışığı zamanı müzakirə olunub-olunmaması barədə sualı cavablandırarkən müvafiq məsələlərin hərbçilər arasında dialoq zamanı müzakirə olunduğunu bildirib.

Son.az