Şərq musiqisinin incisi


Kriminal 12 Apr 2021 19:45:00 83 0

Şərq musiqisinin incisi

Bu gün Seyid Şuşinskinin anadan olmasından 132 il ötür

Bu xəbəri də oxu: Bakıda dava:

Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşadıb. Geniş diapazonlu nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli xanəndənin anadan olmasından 132 il ötür.

Seyid Şuşinski 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində dünyaya göz açıb. Musiqiçilərin hörmətlə "Ağa" deyə üz tutduğu Seyid Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid olub. Seyid nəslindən olduğuna görə ona "Ağa" deyə müraciət ediblər. Balaca Seyid atasını uşaq yaşlarından itirdiyindən onun tərbiyəsi ilə xalası Məşədi Hürzad məşğul olub. Dövrünün savadlı və açıqfikirli qadını olan Məşədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik edib.

İlk təhsilini mədrəsədə alan Seyid, dini mərasimlərdə və xalq şənliklərində çıxış edib. Seyidin peşəkar xanəndə kimi tanınmasında Azərbaycan xanəndəlik sənətinin beşiyi olan Şuşa mühiti həlledici rol oynayıb. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün iki il Mir Möhsün Nəvvabın yanında oxuyub. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olub. O, Seyid Şusinskini "Şərq musiqisinin incisi" adlandırıb.

Seyid yüksək diapazonlu səsi və muğamları düzgün, səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri, hətta məşhur xanəndələri heyran qoyub. Seyidin muğam öyrənməsində əmisi Məşədi Seyidəlinin böyük əməyi olub. O, Seyidin musiqi təhsili ilə məşğul olur, Sədinin, Hafizin, Füzulinin və Zakirin şeirlərini Seyidə əzbərlədib, muğam üstündə oxudarmış.

Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan "Çahargah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı. Seyid həyatının son illərində, yaşı artıq 74-ü ötmüş olsa da, "Mənsuriyyə"ni eyni şövqlə oxuyarmış. O, öz ifaçılığında klassik şairlər - Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edib. Seyid 1911-ci ilədək Şuşada yaşamışdı. Həmin il o, toy məclislərinin birində Məşədi Cəmil Əmirovla (bəstəkar Fikrət Əmirovun atası) tanış olur. O, Şuşinskinin ifasını bəyənir və özü ilə onu Gəncəyə aparır.

"Ağa" gəncəlilərin də sevimlisinə çevrilir, o qədər məşhurlaşır ki, onu Tiflisə çağırırlar. Tiflis o zamanlar Qafqazda mədəni həyatın mərkəzi sayılırdı. Beləliklə, Seyid Tiflisə köçərək 1919-cu ilədək orada yaşayır. 22 yaşlı xanəndə bu həyata həvəslə qatılır, teatrlara gedir, tamaşalararası fasilələrdə konsertlər verirdi.

O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edib, gözəl səsi ilə xalqımızın sevimli müğənnisi olub, Yaxın və Orta Şərqdə şöhrət tapıb. Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edib. "Molla Nəsrəddin" jurnalının bir neçə nömrəsinin çıxmasına maddi yardım göstərib.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhəti ilə Seyid Şuşinski musiqi təhsil ocaqlarında muğam dərsləri deyir, gənc nəslə muğamın sirlərini öyrədib. Görkəmli bəstəkar Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazanmış "Şur" və "Kürdi-Ovşarı" simfonik muğamlarının yazılmasında məsləhətçi kimi Seyid Şuşinskinin böyük köməyi olub.

Zəngin yaradıcılıq yolu keçmiş, Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri olan Seyid Şuşinski musiqi xadimi, pedaqoq, Xalq artisti, Əməkdar müəllim kimi Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynayıb.

Görkəmli xanəndə 1965-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Ləzzətli və asan börək resepti  VİDEO like
  • 12 Apr 19:30  
Digərləri Ləzzətli və asan börək resepti VİDEO

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
“Soruşuram ki, siz kişi deyilsiniz?”  Elza like
  • 12 Apr 19:29  
Şou-biznes “Soruşuram ki, siz kişi deyilsiniz?” Elza

Əməkdar artist Elza Seyidcahan bəzi kişi müğənnilərin ünvanına ağır

arrow Ətraflı
Naxçıvan Muxtar Respublikasında sənaye istehsalı 250 milyon manatı ötüb like
  • 12 Apr 19:28  
Digərləri Naxçıvan Muxtar Respublikasında sənaye istehsalı 250 milyon manatı ötüb

2021-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında (MR) sən

arrow Ətraflı
Açıqsaçıq FOTOları ilə milyonları sevindirdi like
  • 12 Apr 19:24  
Şou-biznes Açıqsaçıq FOTOları ilə milyonları sevindirdi

Britaniyalı müğənni, çoxsaylı mahnılar müəllifi Rita Ora Avstraliyanı

arrow Ətraflı
“Brilyant əl”in aktrisası evində ölü tapıldı like
  • 12 Apr 19:20  
Dünya “Brilyant əl”in aktrisası evində ölü tapıldı

Rusiyanın teatr və kino aktrisası Serafima Xolina vəfat edib.

arrow Ətraflı
Devid 28 yaşlı sevgilisi ilə çimərlikdə  FOTO like
  • 12 Apr 19:19  
Şou-biznes Devid 28 yaşlı sevgilisi ilə çimərlikdə FOTO

53 yaşlı musiqiçi Devid Qetta 28 yaşlı sevgilisi Cessika Ledon ilə paparas

arrow Ətraflı
Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək like
  • 12 Apr 19:16  
Dünya Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək

Finlandiyanın UPM ağac emalı müəssisəsi aerokosmik şirkətlərlə birgə

arrow Ətraflı
Futbolçular bu gözəllə məşqə çıxır  FOTO like
  • 12 Apr 19:12  
Digərləri Futbolçular bu gözəllə məşqə çıxır FOTO

Almaniyalı atlet Alisa Şmidt yenidən diqqət mərkəzinə düşüb.

arrow Ətraflı
Ən müasir hidroloji stansiyalar istismara verildi  FOTO like
  • 12 Apr 19:10  
Digərləri Ən müasir hidroloji stansiyalar istismara verildi FOTO

Ölkədə su ehtiyatlarının monitorinqi və qiymətləndirilməsi son zamanlar

arrow Ətraflı
Ceyhun Bayramov Maldivin xarici işlər naziri ilə telefonla danışdı like
  • 12 Apr 19:07  
Siyasət Ceyhun Bayramov Maldivin xarici işlər naziri ilə telefonla danışdı

12 aprel 2021-ci il tarixində xarici İşlər naziri Ceyhun Bayramov və Maldiv

arrow Ətraflı
Ramazan ayını karantin qaydalarına uyğun keçirməliyik  Hacı Şahin like
  • 12 Apr 19:06  
Digərləri Ramazan ayını karantin qaydalarına uyğun keçirməliyik Hacı Şahin

Artıq ikinci ildir ki, Ramazan ayı pandemiya dövrünə təsadüf edir. Keçə

arrow Ətraflı
Oğuzda reyd: Piyada və sürücülərə xəbərdarlıq edildi  FOTO like
  • 12 Apr 19:04  
Digərləri Oğuzda reyd: Piyada və sürücülərə xəbərdarlıq edildi FOTO

Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları

arrow Ətraflı