Çəkildiyim filmləri efirə vermirlər Xalq artistindən açıqlama


Kriminal 12 Apr 2021 16:53:59 149 0

Çəkildiyim filmləri efirə vermirlər  Xalq artistindən açıqlama

Niyə mənim çəkildiyim filmləri gizlədirlər?

Son.az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında Xalq artisti Lətifə Əliyeva deyib.

Lətifə xanım seriala, filmlərə çəkilməkdə ona mane olduqlarını deyir:

"Qoymadılar ürəyim istəyən rolları oynayım, özləri oynadılar. Rejissor var bir aktrisanı 11 filmə çəkir, amma məni bir filmə də çəkmədi".

Xalq artisti Lətifə Əliyeva açıqlamasında yolunu kəsənləri, mane olanları Allaha tapşırdığını bildirir:

"Mənə yaxşılıq edənin də qarşısına yaxşı adamlar çıxsın".

76 yaşlı aktrisa 52 yaşında xəstə oğluna qulluq etdiyini qeyd edir:

"Oğlum 1992-ci ildə Kəlbəcərdə könüllü döyüşüb. Ayağı tankın altında qalıb, əsəbləri gərgindir. O da mənə qarşı olan bu münasibətə hirslənir. Onu sakitləşdirmək üçün sənətdə belə hadisələrin çox olduğunu deyirəm. Axı mən o filmlərə çəkiləndə əziyyət çəkmişəm".