Azad edilən ərazilərin bərpasında İƏT Azərbaycanın bütün səylərini dəstəkləyəcək


Siyasət 08 Apr 2021 20:44:00 141 0

Azad edilən ərazilərin bərpasında İƏT Azərbaycanın bütün səylərini dəstəkləyəcək

Əlbəttə ki, Azərbaycana hərbi əməliyyatları başa vurmaq lazım idi, amma həmin ərazilərdə yenidənqurma işləri çox zaman, maliyyə və səbr tələb edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında deyib.

Baş katib bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu istiqamətdə bütün səylərini dəstəkləyir: "Təşkilata üzv olan bütün ölkələr Azərbaycanın bu səylərini dəstəkləyəcək. Əlbəttə ki, gələcəkdə yenidənqurma işlərinin necə davam etməsi üçün Azərbaycana yenə səfərlər edəcəm".

Baş katib, həmçinin əlavə edib ki, İslam İnkişaf Bankı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında öz dəstəyini göstərir. Əgər layihə müəyyən edilsə, İslam İnkişaf Bankı faizsiz kredit verə bilər və digər dəstək göstərə bilər.