"MondeAfrique" saytı Qarabağdakı mədəni dağıntılardan yazdı


Siyasət 08 Apr 2021 19:27:00 56 0

"MondeAfrique" saytı Qarabağdakı mədəni dağıntılardan yazdı

"MondeAfrique" saytının jurnalisti Fransua Furkadi Ermənistanın iyirmi yeddi ili ərzində 1992-ci ildən bəri Azərbaycanlılara məxsus bir bölgədə olduğu müddətdə Qarabağdakı mədəni dağıntılar haqqında icmal (`xülasə) hazırlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, icmalda deyilir:

"10 Noyabr 2020-ci ildə Azərbaycan nəhayət ki, 30 ilə yaxın erməni işğalına son qoydu və keçmiş SSRİ-nin parçalanmasından sonra hər iki ölkənin (Azərbaycan və Ermənistan) müstəqilliyini əldə etdikdən sonra İrəvanın qanunsuz olaraq mənimsədiyi ərazidə öz ərazi bütövlüyünü bərpa etdi.

İşğal zamanı bəzi ölkələr işğal etdiyi ərazinin resurslarından geniş şəkildə fayda götürür, bəziləri isə tərk edilmiş vəziyyətdə qoyaraq, yalnız hərbi işğal məqsədilə istifadə edir. Ermənistanın Qarabağı 27 illik işğalı zamanı təəssüf ki, bu ssenari baş verdi: bu ərazilərin şəhərləri, təbiəti, mədəni və tarixi obyektləri Ermənistan tərəfindən dağıdılaraq, talan edildi. Bölgəni inkişaf etdirmək üçün konkret olaraq heç bir iş görülməyib və heç bir şey bu işğal sayəsində Ermənistanın Cənubi Qafqazda iqtisadi cəhətdən inkişaf etdirməsinə imkan verməyib.

Ağdam, Ruhlar şəhəri

Onilliklər boyu, 1918-ci ildə ilk Müstəqil Azərbaycan Respublikasının elan edilməsindən və Avropadan azərbaycanlı mühacirlərin gəlməsindən sonra Ağdam şəhəri tədricən bölgənin mədəniyyət mərkəzinə çevrildi, burada Avropada olduğu kimi teatrlar, opera evləri, kitabxanalar və kinoteatrlar təsis edildi.

İşğaldan sonra Ağdam şəhəri "ruhlar şəhərinə" çevrildi. 5200-dən çox ev və bina ermənilər tərəfindən tamamilə dağıdıldı. Şəhərin tarixi irsindən heç bir şey qorunub saxlanılmayıb. Təəssüf ki, bu, bütün Qarabağa şamil olunası acınacaqlı bir vəziyyətdir. İşğaldan əvvəl Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikasının azad edilmiş ərazilərindəki mədəniyyət abidələri və obyektlərinin siyahıyaalınması zamanı 286 kitabxana, 237 mədəniyyət evi və klubu, 19 muzey, 24 uşaq musiqi məktəbi, 1 kinoteatr, 2 teatr və 2 qalereya da daxil olmaqla ümumilikdə 571 mədəniyyət müəssisəsi müəyyən edilmişdir. Demək olar ki, bütün bu müəssisələr tamamilə məhv edilmiş haldadır.

Salamat qalan bir məscid

Aparılmış inventarlara əsasən, burada 67 məscid olub, amma təəssüf ki, erməni işğalından sonra yalnız biri bu günə qədər saxlanılıb və hansı vəziyyətdə. Bu Ağdam məscidi, əsasən bütün şəhərdə müşahidə postu rolunu oynayan yer olub. Bu, ilk növbədə strateji səbəblərdən idi. Qalanları tamamilə və ya qismən dağıdılıb: məscidlər, mədrəsələr (Quran məktəbləri), bu ərazilərdəki körpülər və Zərdüşt ibadətgahları. Bu məscidlərə Füzuli bölgəsindəki Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gejegözlü, Yuxarı Veysəlli kəndlərindəki məscidlər, Horadiz kəndindəki iki məscid, Cəbrayıl bölgəsindəki Süleymanlı və Papi kəndlərindəki məscidlər, Qubadlı bölgəsindəki Mamer və Yusifbəyli kəndlərindəki məscidlər və Zəngilan qəsəbəsindəki məscid aiddir. Ağdam şəhərindəki Pənahəli xanın (19-cu əsr) və Mehdiqulu xanın türbələri dağıdılıb, abidələr erməni işğalçı qüvvələri tərəfindən ciddi şəkildə zərər görüb. Xüsusilə də, İbrahimxəlil Xanın türbəsi (19-cu əsr) tamamilə dağıdılıb.

Aydın məsələdir ki, İslam və onun mədəni irsinin Ermənistan silahlı qüvvələri tərəfindən hədəf alınmasım dünya irsi üçün bir təhlükə idi. Ən pisi isə o idi ki, Xocavənd bölgəsindəki Azıx mağarası və Ağdam bölgəsindəki Şahbulaq qalası yaxınlığında xarici ölkələrdən mütəxəssislər cəlb edilməklə, saxta arxeoloji qanunsuz qazıntılar təşkil edilib. Eyni zamanda, Kəlbəcər bölgəsindəki Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbəd dağıdılıb.

Dağıdılmış ortodoks kilsələr

Digər bir nümunə olaraq, Xocavənd bölgəsindəki 127 illik Rus Pravoslav Kilsəsi belə, Ermənistan tərəfindən dağıdılmışdır. Bundan əlavə, Füzuli bölgəsindəki Məhəmməd Fuzulinin heykəli, Laçın bölgəsindəki Güləbird kəndindəki Sarı Aşığın xatirə muzeyi, Şuşa şəhərindəki Molla Pənah Vaqifin büstü və şairə Xurşidbanu Natəvanın qəbirüstü abidəsi açıq-aşkar viran edilib. Qarabağ xanı və Şuşa şəhərinin qurucusunun Pənah Əli Xan Cavanşir xanın sarayı 1992-ci ildə ermənilər tərəfindən dağıdılıb. YUNESKO hər iki tərəfdən (Azərbaycan-Ermənistan) bütün bu dağıntıların qiymətləndirilməsini həyata keçirmək üçün dəvət alıb və bu səfər üçün texniki reglamentlər hal hazırda müzakirə olunur. Beynəlxalq qurumların məsələni ən qısa müddətdə ciddiyə alması vacibdir. Ermənistanın bölgədəki əsas mədəni irs sahələrinə qarşı həyata keçirdiyi bu vandalizm, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il tarixli Haaqa Konvensiyası, eləcə də Arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyası və digər bu kimi beynəlxalq sənədlərin müddəalarını kobud şəkildə pozur. Azərbaycanın meşə təsərrüfatı ehtiyatları məhv edilib və ermənipərəst qüvvələr 54 min hektar meşəni qıraraq yararsız hala salıblar.

Son döyüşlər zamanı tərk edilərkən, yandırılan evlər

Təəssüf ki, bu kimi dağıntılar son döyüşlər [Vətən Müharibəsi] zamanı da davam etdi. 20 gün ərzində ermənilər Azərbaycan təbiətinə və mədəni sərvətlərinə maksimum ziyan vurmağa çalışdılar. Evlər yandırılaraq, talan edildi, ağaclar kəsildi. Azərbaycan artıq azad edilmiş ərazilərin bərpasına başlayıb. Yenidənqurma proqramı artıq həyata keçirilir. Məhv edilmiş ərazi ümumilikdə 10.000 kvadrat kilometrdən çoxdur. Artıq azad edilmiş ərazilərdə üç hava limanı və yüzlərlə kilometr dəmir yolu inşa olunur. Tezliklə, bir milyon insanın Qarabağa köçürülməsinə imkan verəcək bütün infrastruktur təmin edilməlidir. Bu, yeni məktəblər, xəstəxanalar, idman mərkəzləri və mədəniyyət mərkəzləri deməkdir. Bütün bunlar Qarabağın yenidən yaşayışa uyğun və cəlbedici bir əraziyə çevrilməsi üçün planlaşdırılmalı, təşkil edilməli və yenidən qurulmalıdır".

90cı illərin məşhur geyimi yenidən dəbə qayıdıb  FOTO like
  • 08 Apr 19:24  
Digərləri 90cı illərin məşhur geyimi yenidən dəbə qayıdıb FOTO

1990-cı illərdə populyar olan geyim 2021-ci ildə yenidən dəbə minib.

arrow Ətraflı
Rusiyanın Baş Prokuroru Bakıya rəsmi səfərə gəlib like
  • 08 Apr 19:22  
Digərləri Rusiyanın Baş Prokuroru Bakıya rəsmi səfərə gəlib

Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayətkarlıqla mübarizə sa

arrow Ətraflı
Hicablı gəlin eltisinin çılpaq şəklini Whatsappda yaydı  Efirdə biabırçı etiraf like
  • 08 Apr 19:20  
Digərləri Hicablı gəlin eltisinin çılpaq şəklini Whatsappda yaydı Efirdə biabırçı etiraf

Türkiyənin Atv kanalında ailə-məişət məsələləri ilə bağlı Müge A

arrow Ətraflı
Dubaydan qovulan qızlarla bağlı növbəti qalmaqal  FOTO like
  • 08 Apr 19:15  
Digərləri Dubaydan qovulan qızlarla bağlı növbəti qalmaqal FOTO

Dubaydakı otellərdən birində lüt fotolar çəkdirən qızlarla bağlı daha

arrow Ətraflı
"Oğlum indi də məni qısqanır" Elza like
  • 08 Apr 19:13  
Şou-biznes "Oğlum indi də məni qısqanır" Elza

"Anam efirə çıxanda mənə iradlar tutur: ətəyini çox yelləmə, onu

arrow Ətraflı
İƏTin Baş katibinə “Dostluq” ordeni təqdim edildi like
  • 08 Apr 19:12  
Siyasət İƏTin Baş katibinə “Dostluq” ordeni təqdim edildi

Prezident İlham Əliyev Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı ara

arrow Ətraflı
Prezidentin köməkçisindən vətəndaşlara çağırış  FOTO like
  • 08 Apr 19:11  
Siyasət Prezidentin köməkçisindən vətəndaşlara çağırış FOTO

"Peyvənd vurulanlar arasında heç bir ciddi fəsad müşahidə edilməyib

arrow Ətraflı
"TikTok"da ən çox pul qazanan fenomenlər  FOTOlar like
  • 08 Apr 19:09  
Digərləri "TikTok"da ən çox pul qazanan fenomenlər FOTOlar

Son illərin ən populyar sosial şəbəkələrindən olan "TikTok"da

arrow Ətraflı
"Mitsubishi" ilə Novxanıda adam vurdu, 21 yaşlı oğlan öldü like
  • 08 Apr 19:06  
Digərləri "Mitsubishi" ilə Novxanıda adam vurdu, 21 yaşlı oğlan öldü

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Daha bir məktəb COVIDə görə bağlandı like
  • 08 Apr 19:05  
Digərləri Daha bir məktəb COVIDə görə bağlandı

Oğuz şəhər 3 saylı məktəb-lisey COVID-19 virusuna görə bağlanıb.

arrow Ətraflı
Sərxoş sürücü polisi 1 km boyunca kapotun üstündə apardı  VİDEO like
  • 08 Apr 18:59  
Digərləri Sərxoş sürücü polisi 1 km boyunca kapotun üstündə apardı VİDEO

Sərxoş sürücü yol polisi əməkdaşını maşının kapotunun üstündə b

arrow Ətraflı
"İki ildir yuxu yatmıram" like
  • 08 Apr 18:54  
Şou-biznes "İki ildir yuxu yatmıram"

Aktrisa Fahriye Evcen ana olduqdan sonra övladını özü böyütmək istədiyi

arrow Ətraflı
Bu gün 43 698 nəfərə vaksin vurulub like
  • 08 Apr 18:53  
Digərləri Bu gün 43 698 nəfərə vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 698 vaksin vurulu

arrow Ətraflı
Volkan Bozkır bu gecə Azərbaycana gəlir like
  • 08 Apr 18:51  
Siyasət Volkan Bozkır bu gecə Azərbaycana gəlir

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır bu gecə A

arrow Ətraflı
Poçtdan seyf oğurlayanlar saxlanıldı like
  • 08 Apr 18:49  
Digərləri Poçtdan seyf oğurlayanlar saxlanıldı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat

arrow Ətraflı