"Gələcəkdə Azərbaycan Prezidenti ilə bağlı bu nüansa diqqət yetirəcəklər"


Siyasət 08 Apr 2021 12:43:00 60 0

"Gələcəkdə Azərbaycan Prezidenti ilə bağlı bu nüansa diqqət yetirəcəklər"

"Azərbaycan pandemiyaya qarşı milli təcrübədə apardığı mübarizəni qlobal miqyaslı təşəbbüslərlə əlaqələndirməklə dünyanın ən aparıcı ölkələrindən də belə yaxşı nəticələr ortaya qoydu".

Bunu Son.az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, dünya dövlətlərinin koronavirusa qarşı mübarizədə təşəbbüslərinin, imkanlarının əlaqələndirilməsi və bu sahədə real təşəbbüslərlə çıxış etmək məsələsində Azərbaycan Prezidenti klassik nümunələr göstərib:

"Azərbaycan həm pandemiya ilə, həm milli çərçivədə aparılan sistemli mübarizə, həm də bu mübarizənin nəticələrini və mövcud imkanları qlobal təşəbbüslərə çevirmək sahəsində böyük təşəbbüslər ortaya qoydu. Bir sıra dünya dövlətlərindən daha əvvəl Azərbaycanın pandemiya ilə yetkin və sistemli mübarizə modelini ortaya qoya bilməsi ona gətirib çıxardı ki, Azərbaycan pandemiya ilə həm də dünya miqyaslı mübarizəyə təsir göstərməyə, böyük töhfələr verməyə və təşəbbüslər göstərməyə başladı. Həm milli çərçivədə, həm də qlobal müstəvidə pandemiya ilə mübarizə prosesinə Azərbaycanin təsirlərinin artmasının arxasında başlıca olaraq Azərbaycan Prezidenti dayanır. İlkin olaraq Azərbaycanın pandemiya ilə mübarizədə ÜST-ə milyonlarla dollar yardım göstərməsi, 30-dan artıq ölkəyə yardım etməsi bizim ölkəmizin pandemiya ilə mübarizədə bəşəriyyətə və dünya dövlətlərinə tibbi yardım cəhətdən etdiyi ilkin istiqaməti idi. Azərbaycan bununla kifayətlənmədi və qlobal miqyasda pandemiya ilə mübarizə imkanlarının, potensiallarının birləşdirilməsi üçün ard-arda bir səra təşəbbüslərlə çıxış etdə və bu təşşəbüslərlə də problemin dünya miqyasında həlli istiqamətində töhfə verdi. 

Ötən ilin may ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının məhz koronavirusla mübarizəyə həsr olunması dünyada ilk təcrübə oldu. Sonra Qoşulmama Hərəkatının Zirvə toplantısı baş tutdu. Azərbaycan bu toplantıda da dünya dövlətlərinə koronavirusla mübarizədə milli və qlobal imkanlarının şaxələndirilməsinin nə qədər vacib olduğunu nümayş etdirdi. Elə bunun nəticəsidir ki, ölkəmiz vaksinin ədalətlə bölüşdürülməsi tezisi üzərində formalaşmış beynəlxalq COVAX hərəkatını dəstəkləyən ilk ölkələrdən biri oldu. Təcrübə də göstərdi ki, Azərbaycan Prezidentinin dünyada koronavirusa qarşı vaksinlərin ədalətlə bölüşdürülməsi barədə səsləndirdiyi fikirlər əsassız deyilmiş. Doğrudan da dünyada yaşanan vaksin ədalətsizliyi Azərbaycan Prezidentinin zamanında müdaxilə etdiyini deməyə əsas verir. Azərbaycanın təşəbbüsü ilə BMT-nin koronavirusa qarşı Xüsusi Sessiyasının keçirilməsi də qlobal təşəbbüslərin birləşdirilməsinə imkan yaradır. Və nəhayət, BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın Qoşulmama Hərəkatının rəhbəri kimi etdiyi təklif əsasında qətnamənin qəbul olunması və vaksinin daha ədalətli bölünməsi prinsipini özündə əks etdirən qətnamə dünyada bəşər tarixində çox əhəmiyyətli bir sənəd oldu. Ümumiyyətlə, dünya dövlətlərinin koronavirusa qarşı mübarizədə təşəbbüslərinin, imkanlarının əlaqələndirilməsi və bu sahədə real təşəbbüslərlə çıxış etmək məsələsində Azərbaycan Prezidenti klassik nümunələr göstərib. Hansılar ki, koronavirusla mübarizə dünya tarixinin artıq keçmiş bir səhifəsinə çevriləndə gələcək nəsillər bu nüansa xüsusi diqqət yetirəcəklər".

Təhməz Əsədov Son.az

Ermənistana beynəlxalq təzyiqləri artıraraq mina xəritələrini verməsinə nail ola bilərik like
  • 08 Apr 12:42  
Siyasət Ermənistana beynəlxalq təzyiqləri artıraraq mina xəritələrini verməsinə nail ola bilərik

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) minalanmış ərazilərin xəritəsin

arrow Ətraflı
Vaksinasiya davam edir like
  • 08 Apr 12:39  
Digərləri Vaksinasiya davam edir

Rayonda təhsil işçilərinin peyvənd edilməsinə başlanılıb

arrow Ətraflı
"Sağ qalmaq üçün dostlarımın cəsədini yedim" like
  • 08 Apr 12:34  
Dünya "Sağ qalmaq üçün dostlarımın cəsədini yedim"

49 il əvvəl  baş verən təyyarə qəzasında sağ qalan Cose  Luis ingilis

arrow Ətraflı
Zirvələrdə qərarlaşan qəhrəman like
  • 08 Apr 12:29  
Digərləri Zirvələrdə qərarlaşan qəhrəman

Seymur Ələsgərov Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub

arrow Ətraflı
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yüksək vəzifəli rəsmilərinin 3cü toplantısı like
  • 08 Apr 12:25  
Siyasət Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yüksək vəzifəli rəsmilərinin 3cü toplantısı

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2019-cu ilin oktyabr ayın

arrow Ətraflı
Bakıda şok hadisə: like
  • 08 Apr 12:24  
Digərləri Bakıda şok hadisə:

Bakıda iki azyaşlı bacı zorlanıb.

arrow Ətraflı
Bu gün İƏT baş katibi Azərbaycana gələcək like
  • 08 Apr 12:21  
Siyasət Bu gün İƏT baş katibi Azərbaycana gələcək

Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əh

arrow Ətraflı
Hindistanda həşərat sürüsü yolda tıxac yaradıb like
  • 08 Apr 12:14  
Dünya Hindistanda həşərat sürüsü yolda tıxac yaradıb

Hindistanda böcək sürüsü Karimnaqar-Heydərabad yolunda tıxaca səbəb olu

arrow Ətraflı
Koronavirusa yoluxan Aytən Səfərovanın vəziyyəti pisləşdi like
  • 08 Apr 12:11  
Şou-biznes Koronavirusa yoluxan Aytən Səfərovanın vəziyyəti pisləşdi

Teleaparıcı Aytən Səfərova xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Qubada gecə saatlarnda işləyən kafe aşkarkanıb like
  • 08 Apr 12:09  
Digərləri Qubada gecə saatlarnda işləyən kafe aşkarkanıb

Qubada gecə saatlarnda fəaliyyət göstərən kafe aşkarkanıb.

arrow Ətraflı
Reyhan ABŞın bir neçə nüfuzlu universitetinə qəbul olub like
  • 08 Apr 12:08  
Digərləri Reyhan ABŞın bir neçə nüfuzlu universitetinə qəbul olub

Dünyanın ən məşhur dərgilərindən olan "Forbes" jurnalının ya

arrow Ətraflı
Ermənilərin törətdikləri insanlığa, ətraf mühitə qarşı cinayətdir like
  • 08 Apr 12:07  
Siyasət Ermənilərin törətdikləri insanlığa, ətraf mühitə qarşı cinayətdir

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törətdiyi dağıntıla

arrow Ətraflı
İsmayıllıda təhlükəli tapıntı like
  • 08 Apr 12:04  
Digərləri İsmayıllıda təhlükəli tapıntı

İsmayıllı rayonunun Keşqurd kəndindəki otlaq sahəsində şübhəli bağla

arrow Ətraflı
Xaçmazda evi tərk edən koronavirus xəstəsi saxlanılıb like
  • 08 Apr 11:59  
Digərləri Xaçmazda evi tərk edən koronavirus xəstəsi saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbir

arrow Ətraflı