ÜST mənzil qərargahında Prezident İlham Əliyevin videomüraciətinin təqdim olunması daha bir uğurdur


Siyasət 07 Apr 2021 12:05:00 69 0

ÜST mənzil qərargahında Prezident İlham Əliyevin videomüraciətinin təqdim olunması daha bir uğurdur

Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciətinin təqdim olunması beynəlxalq aləmdə ölkəmizə verilən böyük önəmin daha bir göstəricisidir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasına və tibbi xidmətlərə əlçatanlığının daim yaxşılaşdırılmasına xüsusi önəm verir.

S.Hüseynova qeyd edib ki, koronavirus pandemiyası başlayandan etibarən Azərbaycan əhalinin sağlamlğının qorunması üçün sistemli və ardıcıl addımlar atmağa başladı. O vurğulayıb ki, ölkəmiz təkcə daxili miqyasda deyil, qlobal müstəvidə də koronavirusla mübarizəyə böyük töhfələr verir:

Pandemiya başlanan zamandan Azərbaycan COVİD-19-la mübarizə üzrə bir çox təşəbbüslərin müəllifi olub, yəni Azərbaycan həm bu təşəbbüslərin müəllifi olub, həm də bu istiqamətdə əməli addımlar atan, öndə gedən ölkələrdən biridir. İlk gündən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə bu təşəbbüslər irəli sürülüb və beynəlxalq səviyyədə də 30-dan artıq ölkəyə Azərbaycan tərəfindən humanitar yardımlar edilib.

Azərbaycanın təşəbbüsü ilə koronavirusa qarşı mübarizə istiqamətində 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib.

Eyni zamanda Azərbaycan dünyada koronavirusa qarşı vaksinlərin bərabər və ədalətli bölüşdürülməsi üçün də təşəbbüslə çıxış edib və məhz ölkəmizin təşəbbüsü ilə 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə 133 ölkənin dəstəyi ilə qəbul edilib. Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub".

Gənclərin "Azərbaycan Mədəniyyəti" layihəsi maraqla qarşılanır like
  • 07 Apr 12:04  
Digərləri Gənclərin "Azərbaycan Mədəniyyəti" layihəsi maraqla qarşılanır

Şair Bəxtiyar Vahabzadə, tarzən Bəhram Mansurov, ifaçı Zülfü Adıgözə

arrow Ətraflı
Türkiyədə sosial mediada ən populyar olan məşhurlar like
  • 07 Apr 11:59  
Şou-biznes Türkiyədə sosial mediada ən populyar olan məşhurlar

Türkiyədə sosial mediada ən populyar olan məşhurların adları açıqlanı

arrow Ətraflı
Bu məktəblərdə vaksinasiya prosesi yekunlaşdırılıb like
  • 07 Apr 11:57  
Digərləri Bu məktəblərdə vaksinasiya prosesi yekunlaşdırılıb

Aprelin 6-dək qeydə alınan göstəricilərə əsasən, Bakı və Sumqayıt ş

arrow Ətraflı
Şəhid statusu verilməsi qaydasına dəyişiklik təklif edilir like
  • 07 Apr 11:54  
Digərləri Şəhid statusu verilməsi qaydasına dəyişiklik təklif edilir

Azərbaycanda qeyri-döyüş şəraitində dünyasını dəyişən hərbi qulluq

arrow Ətraflı
BANMdə tələbə və gənc tədqiqatçıların konfransları keçiriləcək like
  • 07 Apr 11:51  
Digərləri BANMdə tələbə və gənc tədqiqatçıların konfransları keçiriləcək

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər

arrow Ətraflı
Merilenddə silahlı insident baş verib like
  • 07 Apr 11:49  
Dünya Merilenddə silahlı insident baş verib

İki nəfəri odlu silahla yaralayan şəxs polis tərəfindən zərərsizləşd

arrow Ətraflı
Peyvənd orucu pozur? like
  • 07 Apr 11:47  
Digərləri Peyvənd orucu pozur?

Ramazan ayı boyunca vaksinasiya prosesi davam etdiyindən, insanlar oruc halın

arrow Ətraflı
Əcnəbilərlə ailə quran azərbaycanlı qadın və kişilərin sayı açıqlanıb like
  • 07 Apr 11:44  
Digərləri Əcnəbilərlə ailə quran azərbaycanlı qadın və kişilərin sayı açıqlanıb

Ötən il əcnəbilərlə bağlanmış nikahların sayı iki dəfə azalıb.

arrow Ətraflı
Səməd Seyidov koronavirusa like
  • 07 Apr 11:41  
Digərləri Səməd Seyidov koronavirusa

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 07 Apr 11:39  
Dünya Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

arrow Ətraflı
Baş prokurordan qərar  Lüt FOTOları ilə gündəmə gələn qızlar həbs yox, deport olundular like
  • 07 Apr 11:37  
Şou-biznes Baş prokurordan qərar Lüt FOTOları ilə gündəmə gələn qızlar həbs yox, deport olundular

Dubayda lüt şəkilləri çəkib yaymaqla aləmi bir-birinə vuran qızlar hə

arrow Ətraflı
Üç uşaq anası olan topmodel like
  • 07 Apr 11:31  
Şou-biznes Üç uşaq anası olan topmodel

Amerkalı top-model, aktrisa Molli Sims növbəti heyranedici fotoları ilə gü

arrow Ətraflı