Dəngələr dəyişdi, Koçaryan isə forpost Ermənistan arzusunda...


Siyasət 06 Apr 2021 23:32:00 69 0

Dəngələr dəyişdi, Koçaryan isə forpost Ermənistan arzusunda...

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın Moskvada "Pozner" proqramına verdiyi müsahibə bir çox mətləblərin üstünü açdı. Bu müsahibə ilə o, bir növ öz kimliyini, məqsəd və məramını bir daha açmış oldu. Başqa sözlə, Koçaryan Birinci Qarabağ savaşının əsas cəlladlarından biri olduğunu, İkinci Qarabağ savaşında məğlubiyyətdən sonra faşist və revanşist mövqedə qaldığını, baş nazir Nikol Paşinyanı "vurub" yenidən hakimiyyətə gəlmək istədiyini nümayiş etdirdi. Həmçinin, Koçaryan Rusiyanın adamı olduğunu, ona sadiqliyini və yarındığını açıq şəkildə göstərmək istədi.

İndi isə gəlin, bir qədər detallara varaq; Koçaryan Poznerin sualına cavab olaraq, "qorxaqlığı bağışlamağa hazıram, amma xəyanəti bağışlamıram" deməklə, əslində, Ermənistan hakimiyyətini xəyanətdə ittiham elədi. Konkret olaraq, müharibədəki ağır məğlubiyyətə görə, Nikol Paşinyanı Rusiyaya qarşı çıxmaqda və satqınlıqda günahlandırdı. Onun iddiasına görə, müharibə günlərində "qazanırıq", "irəli gedirik" kimi xəbərlərlə xalq aldadıldı. Yəni Ermənistan hakimiyyəti müharibənin real vəziyyəti barədə xalqı məlumatlandırmadı. Nəticədə qəfil baş verən ağır məğlubiyyət xalqı şoka saldı.

Koçaryanın sözlərinə görə, demək olar ki, bütün ekspertlər Ermənistanın son illərdə yürütdüyü siyasətin qaçılmaz olaraq müharibəyə aparacağını söyləyirdilər. Və bütün mütəxəssislər yekdilliklə hazır olmadığımızı, problemli, çətin bir müharibə olacağını deyirdilər, ancaq səlahiyyətlilər bunu təkzib edirdilər.

Bununla Koçaryan bir daha mövcud hakimiyyəti yarıtmazlıqda günahlandırdı. Lakin Koçaryan erməni xalqının mənafeyini düşünsəydi, indiki mövqeyini müharibədən əvvəl də sərgiləyərdi. Bu barədə isə məhz Pozner ondan soruşmalı idi ki, ay Koçaryan, bəs, müharibədən əvvəl və müharibə günlərində niyə susmuşdun, harada idin, indi niyə ortalığa düşmüsən, nədən belə canfəşanlıq edirsən? Koçaryan bu verilişdə, həmçinin 44 günlük müharibədə darmadağın edilən Ermənistan ordusunu kimlərin qurması sualına da cavab verməli idi.

Yəni bu kimi məqamlara aydınlıq gətirmək əvəzinə həmin verilişdə sanki Koçaryana meydan verilmişdi ki, ürəyini boşaltsın. O da eləmədi tənbəllik, Rusiyaya nə qədər lazımdır - o qədər yaxın olduğunu ifadə etdi. Yarınmaq kimi çıxsa da Ermənistandakı müəyyən dairələrin "Rusiya Ermənistana xəyanət etdi" və "müttəfiq ola bilməz" ifadələrini şərh edərək bildirdi ki, Rusiya bu müharibəni dayandırmaq üçün əlindən gələni etdi. Bu müharibə təxribatını edən Rusiya deyildi...

Sözügedən müsahibədə Koçaryan anti-Türkiyə mövqeyini də gizlətmədi. O, Ermənistan üçün ən böyük təhlükənin məhz Türkiyə ilə əlaqənin olduğunu vurğuladı (nə qədər absurd səslənsə də). "Türkiyəni ermənilər təhdid kimi qəbul edirlər" - deyə, keçmiş prezident bildirdi. O, daha sonra qeyd etdi ki, Ermənistanın Rusiyaya yönəlməsi təkcə Türkiyəni deyil, həm də amerikalıları qıcıqlandırır: "Ermənistanda vəziyyəti daha da gərginləşdirməyə çalışan qüvvələr çox fəaldır, Rusiyanı müharibəni uduzmaqda günahlandırmağa çalışırlar. Soros təşkilatları, qlobalist dəyərləri təbliğ edən müxtəlif qeyri-hökumət təşkilatları - kimliyimizin təməlinin necə aşındığını, oriyentasiya vektorunu dəyişdirməyin lazım olduğunu necə təklif etdiklərini görürük. Bu, gündəlik olaraq edilir".

Baxın, adam konkret olaraq Rusiyanın müdafiəsinə qalxır və dolayısı ilə Ermənistandakı mövcud hakimiyyətin Rusiyaya xəyanət etdiyini deməyə çalışır. Ümumiyyətlə, son günlərdə Koçaryanın siyasi fəallığından və səsləndirdiyi fikirlərdən yalnız bu qənaətə gəlmək olar ki, o, məğlubiyyətdən sonra Ermənistanda yaranmış xaotik durumdan yararlanaraq yenidən hakimiyyətə gəlmək istəyir və bunun üçün məhz Rusiyanın dabanından yapışır. Təkrar Rusiyanın forpostu olan bir Ermənistan qurmaq niyyətindədir. Təbii olaraq, keçmiş Qarabağ klanının əsas funksionerlərindən biri kimi yenidən Azərbaycana qarşı torpaq iddiasına qalxmaq kimi absurd bir istəyi də var. Lakin anlamır ki, nə Azərbaycan o Azərbaycan, nə də region o region deyil. Türklər demiş, dəngələr çoxdan dəyişib...

Elgün MƏNSİMOV, Trend

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin like
  • 06 Apr 23:31  
Digərləri “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov

arrow Ətraflı
Böyrəklər və sidik kisəsi infeksiyaları üçün təbii antibiotik like
  • 06 Apr 23:30  
Digərləri Böyrəklər və sidik kisəsi infeksiyaları üçün təbii antibiotik

Böyrəklərində və sidik kisəsində infeksion xəstəlikləri olan adamları

arrow Ətraflı
İran ordusuna məxsus gəmi Qırmızı dənizdə hücuma məruz qalıb like
  • 06 Apr 23:29  
Dünya İran ordusuna məxsus gəmi Qırmızı dənizdə hücuma məruz qalıb

İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus gəmi Qırmızı dənizdə h

arrow Ətraflı
İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı mina partlayıb, like
  • 06 Apr 23:28  
Siyasət İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı mina partlayıb,

İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən m

arrow Ətraflı
"Instagram"a yeni "Remix" funksiyası gəlib like
  • 06 Apr 23:20  
Digərləri "Instagram"a yeni "Remix" funksiyası gəlib

Instagram Reels videoları üçün yeni bir xüsusiyyəti təqdim edib. "Re

arrow Ətraflı
Toyota və Tesla ortaq avtomobil istehsalına hazırlaşır like
  • 06 Apr 23:10  
Digərləri Toyota və Tesla ortaq avtomobil istehsalına hazırlaşır

Tesla və Toyota 11 il əvvəl elektrikli nəqliyyat vasitələrinin inkişafı

arrow Ətraflı
Genesis kupesinin carçısı nümayiş etdiriləcək  VİDEO  FOTO like
  • 06 Apr 23:01  
Digərləri Genesis kupesinin carçısı nümayiş etdiriləcək VİDEO FOTO

Genesis şirkəti, mart ayının sonunda Cənubi Koreyada debüt edəcək yeni k

arrow Ətraflı
Android 12də sürətli tərcümə olacaq like
  • 06 Apr 22:55  
Digərləri Android 12də sürətli tərcümə olacaq

Android 12-nin tərtibatçılar üçün nəzərdə tutulmuş yeni beta versiyas

arrow Ətraflı
Dünyada istifadə edilən kompüterlərin sayı 6,2 milyarda çatacaq like
  • 06 Apr 22:50  
Digərləri Dünyada istifadə edilən kompüterlərin sayı 6,2 milyarda çatacaq

"Gartner" analitik şirkəti yaxın illərdə istifadədə olan kompü

arrow Ətraflı
Orqanizmdə baş verən ekstremal vəziyyətlər like
  • 06 Apr 22:40  
Digərləri Orqanizmdə baş verən ekstremal vəziyyətlər

Ekstremal vəziyyətlərin bütün növlərində maddələr mübadiləsi və orq

arrow Ətraflı
Xroniki depressiya like
  • 06 Apr 22:30  
Digərləri Xroniki depressiya

İnsanlar duyğu və düşüncələrini daima öz beynində analiz edərək onu

arrow Ətraflı
"Xəzər"in aparıcısı Space TVyə keçdi like
  • 06 Apr 22:21  
Digərləri "Xəzər"in aparıcısı Space TVyə keçdi

"Xəzər" televiziyasının aparıcısı Anar Cəfərov bundan sonra f

arrow Ətraflı
Microsoft Cortana rəqəmsal köməkçisinin mobil versiyasını silib like
  • 06 Apr 22:20  
Digərləri Microsoft Cortana rəqəmsal köməkçisinin mobil versiyasını silib

ABŞ-dakı texnologiya nəhəngi Microsoft, böyük ümidlərlə inkişaf etdird

arrow Ətraflı
Youtube video keyfiyyətini azadlacağını açıqlayıb like
  • 06 Apr 22:10  
Digərləri Youtube video keyfiyyətini azadlacağını açıqlayıb

Artıq YouTube yüksək tələbatı ödəmək üçün videoları standart keyfiy

arrow Ətraflı