Fransada hökuməti Cənubi Qafqazda sülhü təmin etmək üçün daha fəal mövqe tutmağa çağıran müraciət hazırlanıb


Siyasət 06 Apr 2021 21:23:00 72 0

Fransada hökuməti Cənubi Qafqazda sülhü təmin etmək üçün daha fəal mövqe tutmağa çağıran müraciət hazırlanıb

Beynəlxalq hüquq üzrə ixtisaslaşmış bir qrup fransız vəkili Fransa Hökumətinə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı mövqelərini ifadə edən və Fransanı Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasında qərəzsiz və fəal rol oynamağa çağırışı özündə əks etdirən müraciət göndərib.

Son.az Trend-ə istinadən bildirir ki, Paris Vəkillər kollegiyasının üzvü, Yasin Yakuti bu sənədi şərh edərkən bildirib ki, burada söhbət ontologiyası 2014-cü ildən bəri Fransada təhrif olunan və 2020-ci ilin payızında baş verən silahlı qarşıdurma və onun tənzimlənməsi zamanı pik nöqtəsinə çatan Ermənistan və Azərbaycan qarşıdurmasını tarixi və hüquqi kontekstə gətirməkdən gedirdi.

"Belə ki, Parlament, bələdiyyə və siyasi partiyalar səviyyəsində qəbul edilmiş qərarlar, çıxışlar və bəyanatlar Ermənistan və Azərbaycan arasında münaqişənin mahiyyətini və səbəblərinin düzgün qavranmamasına şərait yaratmış və bu da nəinki beynəlxalq hüquqla, eyni zamanda Fransanın konstitusional hüququ, Fransanın beynəlxalq öhdəliklərinə riayət edilməsi və Avropa İttifaqının hüququ ilə ziddiyyət təşkil edir.

Beləliklə, bu müraciətin məqsədi bu münaqişənin beynəlxalq hüquqi aspektini Hökumətə və Fransa cəmiyyətinə xatırlatmaqdan ibarətdir.

Bundan başqa, biz 30 illik münaqişənin ciddi humanitar fəsadlarına da Hökumətin diqqətini yönəltmişik".

Y.Yakouti həmçinin qeyd edib ki, ilk növbədə, biz Hökuməti Fransa-Azərbaycan və Ermənistan-Azərbaycan münasibətlərinə dair öz yanaşmasını müəyyənləşdirərkən Fransanın beynəlxalq hüquq və öz öhdəliklərinə hörmət etməyə çağırmışıq:

"Biz, həmçinin, bütün səviyyələrdə millət vəkillərini, eləcə də siyasi liderləri Azərbaycana qarşı qeyri-qanuni hücumları və hərəkətləri dayandırmağa çağırdıq, çünki bunun əks-nəticə verdiyini və Fransanın bölgədəki nüfuzuna və ona olan etimada zərbə vurduğunu hesab edirik.

Biz Fransanı mövqe yox, beynəlxalq hüquqa hörmətə əsaslanan mövqe tutmağa çağırırıq.

Biz, həmçinin, Fransa hökumətini 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icra edilməsini dəstəkləməyə və BMT Nizamnaməsi, eləcə də BMT Baş Assambleyasının 24 oktyabr 1970-ci il tarixli bəyannaməsi və 1975-ci il Helsinki Yekun Aktında yer alan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına töhfə verməyə çağırırıq".

Fransa-Azərbaycan ikitərəfli münasibətlərinə də toxunan hüquqşünas bildirib ki, müraciət beynəlxalq hüququn norma və prinsiplərinin mütləq aliliyi prinsipinə əsaslanır. Buna görə də biz Hökumətə Fransa-Azərbaycan münasibətlərinin suverenliyinə, ərazi bütövlüyünə və bir-birinin beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında normallaşdırılması üçün əlindən gələni etməyə çağırış etmişik.

"Elə həmin kontekstdə, biz Hökuməti münaqişə və Azərbaycan ərazilərinin işğalı zamanı onun mədəni dəyərlərinə dəymiş zərərin qiymətləndirilməsi üçün YUNESKO-nun Azərbaycana missiyasının göndərilməsini dəstəkləməyə çağırırıq".

Y.Yakuti bildirib ki, beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın mövqeyi aydındır və çətinliklə şübhə altına atıla bilər:

"Belə ki, Azərbaycan həm münaqişə və 28 illik danışıqlar prosesi zamanı, həm də payız müharibəsi zamanı daim qanun xəttində olmuşdur. Müraciətimizin əsas mesajı ondan ibarətdir ki, münaqişələr o zaman yaranır ki, nə vaxt və harada beynəlxalq hüquq prinsipləri pozulur. Biz, vəkillər, bəlkə də, bunu digərlərdən fərqli olaraq daha yaxşı görürük və anlayırıq. Buna görə də biz yeganə çıxış yolunu təklif edirik: beynəlxalq hüquqa ciddi şəkildə riayət edilməsi. Bu sülh, təhlükəsizlik və inkişaf üçün ən güclü əsasdır".

Fiat Google oraqlığı ilə yeni avtomobil istehsalına başlayıb like
  • 06 Apr 21:20  
Digərləri Fiat Google oraqlığı ilə yeni avtomobil istehsalına başlayıb

Sahələrindəki ən böyük adlardan biri olan Google və Fiat, yeni bir ortaql

arrow Ətraflı
Facebook zehin oxuma texnologiyasını təqdim edib like
  • 06 Apr 21:10  
Digərləri Facebook zehin oxuma texnologiyasını təqdim edib

Dünyanın ən böyük sosial media şirkəti olan Facebook, insanları virtual

arrow Ətraflı
Dövlət başçısı meliorativ tədbirlərlə bağlı konkret tələb və istiqamətləri açıqladı like
  • 06 Apr 21:07  
Siyasət Dövlət başçısı meliorativ tədbirlərlə bağlı konkret tələb və istiqamətləri açıqladı

30 ilə yaxın işğal altında qalan Qarabağın azad edilməsi Azərbaycanda s

arrow Ətraflı
Volkswagen də yeni mühərriklərin yaradılmasından imtina edib like
  • 06 Apr 21:01  
Digərləri Volkswagen də yeni mühərriklərin yaradılmasından imtina edib

Volkswagen şirkəti artıq yeni daxili yanma mühərriklərini hazırlamayacağ

arrow Ətraflı
iOS istifadəçiləri 2 dəfə daha çox pul xərcləyirlər like
  • 06 Apr 20:55  
Digərləri iOS istifadəçiləri 2 dəfə daha çox pul xərcləyirlər

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə n

arrow Ətraflı
Afət Fərmanqızı barədə İLGİNC FAKT ortaya çıxdı  5 il saxta adla like
  • 06 Apr 20:53  
Şou-biznes Afət Fərmanqızı barədə İLGİNC FAKT ortaya çıxdı 5 il saxta adla

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Af

arrow Ətraflı
Ötən il elektron aksesuarların satışı 30 faiz artıb like
  • 06 Apr 20:50  
Digərləri Ötən il elektron aksesuarların satışı 30 faiz artıb

2020-ci ilin dördüncü rübündə dünyada 153,5 milyon "ağıllı"

arrow Ətraflı
Ən məhsuldar “Android” smartfonları məlum olub like
  • 06 Apr 20:45  
Digərləri Ən məhsuldar “Android” smartfonları məlum olub

2021-ci ilin mart ayının nəticəsinə görə, "Xiaomi Black Shark 4 Pro&

arrow Ətraflı
İstanbulda vəkil bürosunda ailə üzvləri atəşə tutuldu like
  • 06 Apr 20:44  
Dünya İstanbulda vəkil bürosunda ailə üzvləri atəşə tutuldu

İstanbulda vəkil bürosuna silahlı hücum olub.

arrow Ətraflı
ÜST səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir like
  • 06 Apr 20:41  
Dünya ÜST səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səyahət üçün "peyvənd paspo

arrow Ətraflı
Boğazda ağrı like
  • 06 Apr 20:40  
Digərləri Boğazda ağrı

Boğazda ağrı dedikdə kəskin iltihab nəticəsində, udma zamanı boğazda x

arrow Ətraflı
ÜST rəsmisi: "AstraZeneca" ilə tromboz arasındakı əlaqə sübut olunmayıb" like
  • 06 Apr 20:39  
Dünya ÜST rəsmisi: "AstraZeneca" ilə tromboz arasındakı əlaqə sübut olunmayıb"

""AstraZeneca" peyvəndi ilə tromboz arasındakı əlaqə hələ

arrow Ətraflı
"JP Morgan" Azərbaycanda neft hasilatı üzrə proqnozları yüksəldib like
  • 06 Apr 20:36  
Digərləri "JP Morgan" Azərbaycanda neft hasilatı üzrə proqnozları yüksəldib

2021-ci ildə Azərbaycanda xam neft hasilatı 620 min barel/sutka təşkil edə

arrow Ətraflı
Şok nədir? like
  • 06 Apr 20:30  
Digərləri Şok nədir?

Şok orqanizmin neyrohumoral tənzim mexanizmlərində fövqəladə qıcıqland

arrow Ətraflı