Moskvada Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib FOTO


Siyasət 21 Mar 2021 14:15:00 149 0

Moskvada Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib  FOTO

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə "Hər evdə bayramın dadı" adlı xeyriyyə aksiyası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları və könüllüləri veteranları, çoxuşaqlı və aztəminatlı ailələri Novruz bayramı münasibətilə təbrik ediblər. Hər ailəyə Novruz sovqatları və Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri təqdim olunub.

Xeyriyyə aksiyasında RAGB-nin fəalları və könüllüləri iştirak ediblər.

Son.az