General Rövşən Əkbərovun nədə ittiham edildiyi bilindi


Kriminal 16 Mar 2021 09:40:00 194 0

General Rövşən Əkbərovun nədə ittiham edildiyi bilindi

Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu məlum olub.

Son.az APA-ya istinadən bildirir ki, R. Əkbərov Ukrayna Respublikasının sorğusu əsasında həbs edilib.

Belə ki, R. Əkbərov Ukraynada qəsdən adam öldürmə cinayətində təqsirləndirilib. Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında Rövşən Əkbərov barəsində istintaq orqanının təqdimatına baxılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.