Türkiyəli deputat: “Baxçalının təşəbbüsü ilə Şuşada məktəb tikintisini səbirsizliklə gözləyirik”


Siyasət 10 Mar 2021 18:59:00 130 0

Türkiyəli deputat: “Baxçalının təşəbbüsü ilə Şuşada məktəb tikintisini səbirsizliklə gözləyirik”

MHP sədri Dövlət Baxçalının Türk Dünyasının mədəniyyət paytaxtı Şuşada məktəb tikintisi ilə bağlı təşəbbüsünün gerçəkləşməsini səbirsizliklə gözləyirik.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan səfərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvü, MHP Kayseri millət vəkili İsmail Özdemir deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycanın münasibətləri iki dövlətin münasibətlərindən fərqlənir. Millət vəkili əlavə edib ki, bu, bir qardaşlıq münasibətidir.