Peskovdan Dağlıq Qarabağ açıqlaması


Siyasət 10 Mar 2021 14:33:52 100 0

Peskovdan Dağlıq Qarabağ açıqlaması

Türkiyə Rusiyanın vacib, strateji tərəfdaşıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, ölkələr bütün regional məsələlərlə bağlı sıx əməkdaşlıq edir:

"Türklərlə Azərbaycanda atəşkəs rejiminə və üçtərəfli bəyanat üzrə tərəflərin öhdəliklərinin icrasına nəzarətlə bağlı birgə mərkəz çərçivəsində sıx əməkdaşlıq davam edir".

O əlavə edib ki, Ankara və Moskva Suriya məsələsi ilə bağlı da fəal əməkdaşlığı davam etdirir.