Bakıda avtomobildə qumbara tapıldı


Kriminal 09 Mar 2021 14:40:00 136 0

Bakıda avtomobildə qumbara tapıldı

Paytaxt sakininin avtomobilindən qumbara götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini F.Lazımovun idarə etdiyi "Saipa" markalı avtomobilə baxış zamanı oradan "F-1" markalı qumbara, "UZRQM" tipli partlayıcı və oyuncaq tapança aşkar edilib.