"Haqlı olaraq dövlət başçısına güvənmişik və bundan sonra da güvənməliyik"


Siyasət 01 Mar 2021 17:40:00 86 0

"Haqlı olaraq dövlət başçısına güvənmişik və bundan sonra da güvənməliyik"

"Həmin ərazilərdə Azərbaycanın bütün konstitutsion hüquqları işləyəcək və Azərbaycan bayrağı dalğalandırılacaq"

"Dövlət başçısı ötən həftə xarici və yerli KİV mənsubları üçün 4 saatdan çox mətbuat konfransında iştirak etdi. Sualların əksəriyyəti Qarabağ ətrafında olan mövzularla bağlı idi. Dövlət başçısı hər kəsin gözü qarşısında çox ciddi, kifayət qədər əsaslandırılmış arqumentlərlə və nəzakətli şəkildə mətbuat nümayəndələrinin fikirlərini cavablandırdı". 

Bunu Son.az-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

Sədr müavini bildirib ki, biz haqlı olmuşuq, haqlı olaraq dövlət başçısına güvənmişik və bundan sonra da dövlət başçısına güvənməliyik:

"Üçtərəfli bəyanat (10 Noyabr) imzalanandan sonra həm daxildə, həm xaricdə yerləşən Azərbaycanı sevməyən qüvvələr, anti-Azərbaycan qüvvələr Xocalı, Xankəndi və Xocavənd rayonu ətrafında manipulyasiyalar etməyə başladılar. Kampaniya apardılar ki, bu müharibə yarımçıq hesab olunmalıdır, çünki burada artıq bu üç rayonla bağlı məsələlər qeyri-müəyyəndir. Amma o müqavilə imzalananda da nəzərədə tutulmuşdu ki, Noyabrın 10-dan sonra proseslər siyasi və diplomatik münasibətlər səviyyəsində yoluna qoyulacaqdır. Və biz təbii və haqlı olaraq, eyni zamanda Ali baş Komandana güvənərək bilirik ki, bu məsələ də öz həllini tapacaq və dövlət başçımızın da dediyi kimi bu məsələdə səbr və təmkin nümayiş etdirilməlidir.

Bəzi mənbələrdən də məlumatlar sızdırılır ki, Azərbaycanın yüksək rütbəli dövlət xadimləri, güc strukturunun təmsilçiləri Xankəndində Arayikin dindirilməsi məsələsinə nail ola biliblər. Hər halda bu dindirilmə də Arayiki sığallamaq, tumarlamaq məqsədi daşımır. Rusiya sülhməramlıları ilə bağlı dövlət başçısı yenə də öz fikrini açıq bildirdi ki, bəli, müəyyən narazılıqlar var. Amma ümumilikdə proses normal gedir. Əgər hanısısa bir narazılıqlar olacaqsa Azərbaycan tərəfi buna da öz qəti fikrini bildirəcək. Yəni buradan belə nəticə çıxır ki, proses davam edir. Ola bilər ki, danışıqların bəzi mərhələləri ictimaiyyət üçün açıqlanmır. Düşünürəm ki, bu məsələdə də bütün danışıqlar prosesi açıqlanmaya bilər. Çünki dövlət var, dövlətin yönətimi var, dövlətin apardığı danışıqlarda müəyyən nüanslar var ki, ola bilər indiki məqamda cəmiyyət üçün onun açıqlanması bəlkə də işin ziyanına olar. Çünki biz uzun zaman Qarabağ danışıqları gedən dövrdə həm iqtidarın aponentləri, həm xaricdə olan bəzi qüvvələr maksimum şəkildə çalışırdılar ki, o danışıqların detallarını bilsinlər. Sadəcə biz Ali Baş Komandana güvənirdik ki, orada Azərbayan dövlətinin əleyhinə olan hər hansı bir müqaviləyə, bəyanata imza atıla bilməz. Elə 44 günlük müharibənin nəticəsi olaraq da o qənaətə gəlmək mümkündür ki, biz haqlı olmuşuq, haqlı olaraq dövlət başçısına güvənmişik və bundan sonra da dövlət başçısına güvənməliyik. Hər birimiz vətəndaş olaraq, eyni zamanda ictimai-siyasi şəxslər olaraq bu proseslərə öz töhfəmizi verməliyik, vətəndaşlarımızın maarifləndirilməsi üçün bu yöndə öz çabalarımızı göstərməliyik.

Bilməliyik ki, sonda bu məsələ də Azərbaycan dövlətinin xeyrinə öz həllini tapacaqdır və həmin ərazilərdə Azərbaycanın bütün konstitutsion hüquqları işləyəcək və Azərbaycan bayrağı dalğalandırılacaq. Yəni bundan o tərəfə yol yoxdur. Yox, əgər bu gün Ermənistanda hansısa revanşist qüvvələr, əli Azərbaycan xalqının qanına batmış qüvvələr hakimiyyətə gələrsə, bu, Azərbaycan dövləti üçün də bir fürsət olacaq ki, elə birdəfəlik o qüvvələr darmadağın edilsin. Əmin edirəm ki, bu revanşist qüvvələr Azərbaycana qarşı növbəti dəfə işğalçılıq siyasəti yürüdərlərsə, nəinki bundan əvvəl işğaldan azad olunmuş torpaqlara belə gözlərinin ucları ilə baxa bilməzlər, eyni zamanda Ermənistan dövlətinin ərazi bütövlüyü təhlükə altına düşə bilər. Çünki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında formalaşdırılıb və bizim istənilən zaman haqqımız var ki, öz tarixi torpaqlarımıza gedə bilək, Azərbaycan ordusu da buna qadirdir. Düşünürəm ki, revanşist qüvvələrin ən yaxşı cavabı bu olacaqdır. Əgər revanş götürmək istəyirlərsə, gələcəkləri varsa, görəcəkləri də var".

Təhməz Əsədov Son.az

Xocalı soyqırımı XX əsrin faciəsidir  Monteneqro və Bosniya mediası  FOTO like
  • 01 Mar 17:29  
Siyasət Xocalı soyqırımı XX əsrin faciəsidir Monteneqro və Bosniya mediası FOTO

Monteneqroda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İqtisadi Mə

arrow Ətraflı
"Buta Airways" Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayır like
  • 01 Mar 17:27  
Digərləri "Buta Airways" Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayır

Azərbaycanın "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Gürcüs

arrow Ətraflı
"Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur" like
  • 01 Mar 17:24  
Siyasət "Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur"

"Biz hamımız 44 günlük Vətən müharibəsi dövründə Ölkə Preziden

arrow Ətraflı
Prezident İlham Əliyevin mətbuat konfransının tam versiyası president.az saytında  VİDEO like
  • 01 Mar 17:23  
Siyasət Prezident İlham Əliyevin mətbuat konfransının tam versiyası president.az saytında VİDEO

26 fevral 2021-ci ildə Prezident İlham Əliyev yerli və xarici media nümay

arrow Ətraflı
İranda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul olunub like
  • 01 Mar 17:21  
Siyasət İranda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul olunub

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və onun işğalı beynəlxalq qay

arrow Ətraflı
Xaricilərin Azərbaycanda xərclədiyi pulların həcmi açıqlanıb like
  • 01 Mar 17:19  
Digərləri Xaricilərin Azərbaycanda xərclədiyi pulların həcmi açıqlanıb

2021-ci ildə xaricilərin Azərbaycanda bank kartları vasitəsilə xərclədiy

arrow Ətraflı
AQTİdən qidalardakı təhlükəli virusla bağlı like
  • 01 Mar 17:17  
Digərləri AQTİdən qidalardakı təhlükəli virusla bağlı

Təhlükəli qida infeksiyası olan salmonellalar proteolitik xüsusiyyətə mal

arrow Ətraflı
Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik like
  • 01 Mar 17:15  
Digərləri Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik

Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müda

arrow Ətraflı
Oksana Rəsulovanın oğlunun görüntüləri  İLK DƏFƏ like
  • 01 Mar 17:14  
Şou-biznes Oksana Rəsulovanın oğlunun görüntüləri İLK DƏFƏ

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı rəqqasə O

arrow Ətraflı
Nikola Sarkozi həbs edildi like
  • 01 Mar 17:13  
Dünya Nikola Sarkozi həbs edildi

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikolya Sarkozini 3 il müddətin

arrow Ətraflı
Ermənistan prezidenti Paşinyanla görüşdü like
  • 01 Mar 17:11  
Dünya Ermənistan prezidenti Paşinyanla görüşdü

Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanla görüşüb.

arrow Ətraflı
Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub like
  • 01 Mar 17:10  
Digərləri Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub

Bölgələrdə koronavirusa qarşı peyvəndlənmə prosesi davam etdirilir.

arrow Ətraflı
Azərbaycanda son sutkada COVID19a yoluxanların sayı açıqlandı like
  • 01 Mar 17:04  
Digərləri Azərbaycanda son sutkada COVID19a yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 125 yeni yolu

arrow Ətraflı
"Özümü Aygün Kazımovaya oxşatmaq istəyirəm" like
  • 01 Mar 17:04  
Şou-biznes "Özümü Aygün Kazımovaya oxşatmaq istəyirəm"

"Həmişə Aygün Kazımovaya oxşamaq istəmişəm. Onun kimi davranmaq, d

arrow Ətraflı