Səfir: "Sumqayıt hadisələri Qarabağda hərbi əməliyyatlara başlamaq üçün təxribat idi"


Siyasət 28 Fev 2021 14:23:00 55 0

Səfir: "Sumqayıt hadisələri Qarabağda hərbi əməliyyatlara başlamaq üçün təxribat idi"

Son zamanlar Rusiya mətbuatında Birinci Qarabağ müharibəsinin Sumqayıt hadisələri ilə başladığı iddiaları səsləndirilməyə başlayıb. Xatırlatmaq istəyirəm ki, ilk qan Sumqayıtda tökülməyib.

Son.az APA-ya istinadən bildirir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada Xocalı soyqırımı qurbanlarının anım gecəsində çıxışında bildirib.

Səfir Sumqayıta qədər bir neçə dəfə ermənilərin azərbaycanlılara hücum etməsi, çoxsaylı qətllər törətməsi ilə bağlı tarixi faktları xatırladıb: "1983-cü ilin aprelində qondarma "Soyqırımı Günü" keçirən erməni ekstremistləri Zəngibasarda (indiki Masis rayonu) qırğın törətdilər, toy zamanı Qafarovlar ailəsinə hücum etdilər, 4 nəfər öldürdülər, onlarla azərbaycanlını yaraladılar. Ancaq çoxsaylı şikayət və müraciətlərə baxmayaraq, yerli milis və administrasiya bu şikayətlərə heç bir şəkildə reaksiya vermədi. Hətta Sovetlər İttifaqının mərkəzi orqanlarına müraciət olunandan sonra belə cinayət işi açılmadı. Artıq 1986-cı ildə Azərbaycan əhalisinin demək olar ki, yarısı Ermənistanın Qafan rayonundan qovulmuşdu. 1987-ci ilin oktyabrında, Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən azad edilməsindən sonra isə azərbaycanlıların bütün Ermənistan ərazilərindən kütləvi şəkildə qovulmasına başlanıldı.

1988-ci il 22 fevral tarixində Əsgəran rayonunda iki azərbaycanlı gənc ermənilər tərəfindən qətlə yetirildi. Bu hadisə Azərbaycanda geniş ictimai rezonans doğurmuşdu.

Ermənistandan çox sayda azərbaycanlı əhalinin sıxışdırılması getdikcə artmaqda idi. Azərbaycan məktəbləri bağlanır, azərbaycanlılar kütləvi şəkildə işdən çıxarılır, etnik azərbaycanlılar xəstəxanalarda müalicəyə qəbul edilmir, küçələrdə və ictimai yerlərdə azərbaycanlıların ünvanın davamlı təhdidlər eşidilirdi. 1988-ci ilin noyabrında Ermənistanın Quqark rayonunda (indiki Loris vilayəti) qorxunc hadisələr baş verdi. Erməni silahlıları Vartanlı kəndinə hücum etdilər. Orada 13 azərbaycanlı diri-diri yandırıldı, 70-dən çox insan qətlə yetirildi. Azərbaycanlılara qarşı vəhşiliklər Gümrüdə də baş verirdi. Amasiya rayonunun 21 minlik əhalisinin 18 minini azərbaycanlılar təşkil edirdi, onlar da etnik təmizləmə nəticəsində öz torpaqlarından qovuldular. Ən təəccüblüsü isə Qorbaçov başda olmaqla Sovetlər İttifaqı rəhbərliyinin heç bir şey olmamış kimi davranması idi. Azərbaycanlıların Sovetlər İttifaqının Mərkəzi orqanlarına etdiyi bütün şikayətlər cavabsız qalırdı və ya onlara formal cavablar verilirdi".

P. Bülbüloğlu deyib ki, 1988-ci ilin yanvarında Ermənistandan olan minlərlə azərbaycanlı qaçqın Bakıya axın etməyə başladılar: "Ümumilikdə, təkcə Ermənistan ərazisindən 200 mindən çox azərbaycanlı qovuldu. Bir gecədə əmlakını itirən bu insanların hamısı Bakıda və Sumqayıtda cəmləşdi. Azərbaycan tərəfi sosial gərginliyi aradan qaldırmağa çalışdı, lakin ağrı, qəzəb, küskünlük, yaxınlarının və doğmalarının ölümündən olan itkinin şiddəti unudula bilmədi".

Səfir nəzərə çatdırıb ki, gərgin vəziyyətin yarandığı Sumqayıtda hadisələr əvvəllər üç dəfə məhkum olunmuş etnik erməni olan Eduard Qriqoryan tərəfindən təşkil olunub: "O, soyğunlarda, təcavüzlərdə fəal iştirak etmiş, şəxsən 6 ermənini qətlə yetirmişdi. İstintaq zamanı onun günahı tam sübuta yetirilib və o, mühakimə olunaraq həbs cəzası alıb. Sumqayıtdakı iğtişaşlarda onun iki qardaşı da  iştirak edib. Şəxsən mən, həm o vaxt, həm də bu gün Sumqayıt hadisələri ssenarisinin Qarabağda hərbi əməliyyatların başlanması və orada törədilmiş qəddarlığa haqq qazandırmaq üçün açıq bir təxribat olduğunu düşünürəm. Ona görə ki, azərbaycanlıların Ermənistan ərazisindən qovulması erməni separatçılarının böyük planının yalnız başlanğıcı idi. Bu plan ikinci mərhələdə Dağlıq Qarabağın, daha sonra azərbaycanlıların yaşadığı 7 rayonda etnik təmizlənmə ilə davam etmiş oldu".

Nazirlik müharibədən sonra gördüyü işləri açıladı like
  • 28 Fev 14:17  
Digərləri Nazirlik müharibədən sonra gördüyü işləri açıladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tarixi Zəfərimizl

arrow Ətraflı
Burcunun 220 minlik nişan üzüyü  FOTO like
  • 28 Fev 14:10  
Digərləri Burcunun 220 minlik nişan üzüyü FOTO

Bir neçə gün öncə müğənni Sinan Akçıl ilə ikinci dəfə ailə həyat

arrow Ətraflı
Əhali banklardakı əmanətlərini geri çəkir like
  • 28 Fev 14:04  
Digərləri Əhali banklardakı əmanətlərini geri çəkir

2021-ci ilin yanvar ayı üzrə Azərbaycanda kredit təşkilatlarında yerləş

arrow Ətraflı
“Sadakatsiz”də yeni aktyor  FOTO like
  • 28 Fev 13:51  
Digərləri “Sadakatsiz”də yeni aktyor FOTO

Baş rollarında Cansu Dere və Caner Cindorukun çəkildiyi "Sadakatsiz&qu

arrow Ətraflı
"Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi" like
  • 28 Fev 13:39  
Siyasət "Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi"

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti ida

arrow Ətraflı
Öskürəyi kəsən təbii üsullar like
  • 28 Fev 13:38  
Digərləri Öskürəyi kəsən təbii üsullar

Qış mövsümündə bir çox xəstəliklər özünü biruzə verməyə başlay

arrow Ətraflı
Ağdamın Eyvazxanbəyli kəndi  VİDEO  FOTO like
  • 28 Fev 13:26  
Digərləri Ağdamın Eyvazxanbəyli kəndi VİDEO FOTO

Müdafiə Nazirliyi Ağdam rayonunun Eyvazxanbəyli kəndindən videogörüntül

arrow Ətraflı
Ermənistanda koronavirusla bağlı son vəziyyət açıqlandı like
  • 28 Fev 13:25  
Dünya Ermənistanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 172 058  

arrow Ətraflı
Qazaxıstanda daha 590 nəfər koronavirusa yoluxdu like
  • 28 Fev 13:12  
Dünya Qazaxıstanda daha 590 nəfər koronavirusa yoluxdu

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 791 yolu

arrow Ətraflı
“İkinci Qarabağ müharibəsində Gəncəyə raketin atılması Xocalının davamı idi” like
  • 28 Fev 13:05  
Siyasət “İkinci Qarabağ müharibəsində Gəncəyə raketin atılması Xocalının davamı idi”

Xocalı soyqırımını heç kəs unutmamalıdır. Biz bu faciənin baş vermə

arrow Ətraflı
Azərbaycanda vaksinasiya olunanların sayı açıqlandı like
  • 28 Fev 12:59  
Digərləri Azərbaycanda vaksinasiya olunanların sayı açıqlandı

Fevralın 27-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarş

arrow Ətraflı
Erməni müxalifəti növbəti mitinqin gününü elan etdi like
  • 28 Fev 12:52  
Dünya Erməni müxalifəti növbəti mitinqin gününü elan etdi

Ermənistandakı "Vətəni xilas hərətakı"nın növbəti mitinqi 1

arrow Ətraflı
Səhmanın minaya düşərək ölməsi xəbəri doğru deyil like
  • 28 Fev 12:50  
Siyasət Səhmanın minaya düşərək ölməsi xəbəri doğru deyil

Müdafiə Nazirliyi hərbi qulluqçumuzun həlak olması barədə məlumata ayd

arrow Ətraflı
Berlində Xocalı anıldı  FOTO like
  • 28 Fev 12:33  
Siyasət Berlində Xocalı anıldı FOTO

Almaniyanın paytaxtı Berlində Xocalı soyqırımı anılıb.

arrow Ətraflı