"Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu"


Siyasət 25 Fev 2021 19:20:00 68 0

"Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu"

Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi müsahibə zamanı eks-prezident Serj Sarkisyanın Rusiyadan alınan "İsgəndər" raketlərinin Qarabağ döyüşlərində tətbiq edildiyini, sadəcə raketlərin 10 faiz səmərəli olduğunu deyib və bunu raketlərin köhnə olması ilə əlaqələndirib. Paşinyanın bu açıqlaması istehsalçı şirkətdən tutmuş, Rusiyanın hakim dairələrinə qədər bir çoxlarının narazılığa səbəb olub.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, taktiki raket 10 faiz partlamaya və ya partlaya bilməz. Raket ya partlamalıdır, ya da partlamalı deyil:

"Əvvəlcə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Tiqran Xaçatryanın, ardınca isə Paşinyanın istefasını tələb edən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın ordu sıralarından uzaqlaşdırılması məhz bu açıqlama ilə bağlıdır. Hazırda Ermənistanda hərbi-siyasi vəziyyət çox gərgindir. Paşinyan tərəfdarlarını meydanlara çağırıb.

Moskvanın Paşinyana adekvat və rəsmi cavabı hələ səsləndirilməyib, lakin bu, özünü yəqin ki, çox gözlətməyəcək. Çünki, bu bəyanat növbəti dəfə Rusiya silahının nüfüzuna endirilən növbəti, həm də xain və sarsıdıcı bir zərbə oldu. Rusiya davamlı olaraq Ermənistanı silahlandırıb, Moskva bir gecənin içində özünü Xankəndinə çatdırıb ki, erməni ordusunun qalıqları heç olmasa mühasirəyə düşməsin. Nankor erməni isə Rusiyanın Belarusa nağd pula belə verilməyən, Ermənistana isə kredit adı ilə verilən silahların yararsız olduğunu sübut etməyə çalışır. Həm də bütün bunlar Rusiyadan erməni ordusunu yenidən yaratmaq üçün silah xahiş edildiyi bir vaxtda səsləndirilir. Əslində, dəyişən heç nə yoxdur. Ermənistan öz xain prinsiplərinə yenə də sadiq qalıb".

Ə.Verdiyev qeyd edib ki, indi Paşinyan dediklərini mütləq isbat etmək üçün Ermənistandan Azərbaycana nə vaxt, neçə raket və kimin əmri ilə atıldığını, atılan raketlərdən neçəsinin açılmadığını, raketlərdə neçəsi və hansı hədəfi məhv etdiyini açıqlamalıdır:

"Paşinyan bu suallara cavabı səmimiyyətlə açıqlasa, bəlkə müxalifət təzyiqindən bir qədər xilas olacaq, lakin bu, Rusiyanı qane etməyəcək. İstənilən halda, belə bir sual yaranacaq: 2 il yarım hakimiyyətdə olan Paşinyan əlində mövcud olan ən "güclü" silahının imkanlarını bu müddət ərzində niyə yoxlamayıb? Yoxlayıbsa və onlar yararsız çıxıbsa, o zaman niyə yararlı silahları əldə etməyib?

İstənilən halda Ermənistanın həm son hərbi fəaliyyətləri, həm də erməni liderlərin rus silahlarının etibarsızlığı barədə açıqlamaları, Moskvanın silah bazarındakı zəifləyən mövqelərini dərindən sarsıdacaq. Kremlin artıq Paşinyanla başqa dildə danışa bilmədiyini də müşahidə edirik. Rusiya isə belə bir xain addımları çətin ki, rahatlıqla həzm edəcək. Buna görə də yaxın gələcəkdə Ermənistanda hadisələrin daha da gərgin bir səviyyəyə çatacağının, bəlkə də vətəndaş qarşıdurmasının başlanacağının şahidi olacağıq. Rusiyanın erməni hərbçilərdən Paşinyana qarşı istifadə ehtimalı çox böyükdür".

Hərbi ekspert əlavə edib ki, baş verənlərdən görünür ki, Ermənistan Rusiya silahları barədə yaradılan yüksək texniki imkanlar barədə saxta mifləri sanki bilərəkdən və ən qısa müddətdə dağıtmağa çalışır. Məsələnin digər tərəfi isə keçmiş və indiki Ermənistan hakimiyyətinin Azərbaycanın dinc əhalisinə qarşı "İskəndər" OTRK-dan atəş faktını etiraf etməsidir. Bu faktlar isə Qarabağla əlaqəsi olmayan Azərbaycan ərazilərində yüzlərlə insanın, o cümlədən 2 yaşında yatan körpənin qanına bais olan Ermənistan siyasi rəhbərliklərinin iç üzünü dünya ictimaiyyətinə bir daha nümayiş etdirdi.

Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək like
  • 25 Fev 19:17  
Digərləri Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək

Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə "Kənddən Şəhər

arrow Ətraflı
Kutsi evlənir like
  • 25 Fev 19:12  
Digərləri Kutsi evlənir

Müğənni və aktyor Kutsi evlənir.

arrow Ətraflı
Evinin zirzəmisindən 10 kiloqram narkotik çıxdı like
  • 25 Fev 19:01  
Kriminal Evinin zirzəmisindən 10 kiloqram narkotik çıxdı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotikləri

arrow Ətraflı
ATƏTin hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir like
  • 25 Fev 18:56  
Siyasət ATƏTin hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde yaxın zama

arrow Ətraflı
NATO Baş katibi Zelenski ilə danışdı like
  • 25 Fev 18:55  
Dünya NATO Baş katibi Zelenski ilə danışdı

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski aras

arrow Ətraflı
Ağdamdakı dağıntılar rusiyalı və gürcüstanlı jurnalistləri dəhşətə gətirdi like
  • 25 Fev 18:51  
Siyasət Ağdamdakı dağıntılar rusiyalı və gürcüstanlı jurnalistləri dəhşətə gətirdi

Bir qrup rusiyalı və gürcüstanlı jurnalist işğaldan azad edilmiş Azərba

arrow Ətraflı
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri  FOTO like
  • 25 Fev 18:45  
Siyasət Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri FOTO

25 fevral 2021-ci il tarixində Xocalı soyqırımının 29-cu il dönümü ilə

arrow Ətraflı
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirildi like
  • 25 Fev 18:29  
Siyasət Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirildi

Fevralın 25-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdar

arrow Ətraflı
Emre Burcunu yalançı adlandırdı like
  • 25 Fev 18:28  
Digərləri Emre Burcunu yalançı adlandırdı

Ötən gün müğənni Emre Altuğ İstanbulun Ortaköy səmtində obyektivlər

arrow Ətraflı
“Arka sokaklar”da 3 yeni aktyor  FOTO like
  • 25 Fev 18:22  
Digərləri “Arka sokaklar”da 3 yeni aktyor FOTO

"Kanal D" ekranlarında yayımlanan "Arka sokaklar" serialı

arrow Ətraflı
İordaniyaAzərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb  FOTO like
  • 25 Fev 18:18  
Siyasət İordaniyaAzərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb FOTO

Azərbaycanın İordaniyadakı Səfirliyinin təşəbbüsü ilə, cari ilin 25 f

arrow Ətraflı
Mənzurəyə "Tünzalə" dedi, like
  • 25 Fev 18:00  
Şou-biznes Mənzurəyə "Tünzalə" dedi,

Xalq artisti Səməd Səmədov "Həmin Zaur" proqramında qonaq olub.

arrow Ətraflı
ATƏT Qarabağda vasitəçilik missiyalarını təşkil etməyə hazırdır like
  • 25 Fev 17:59  
Siyasət ATƏT Qarabağda vasitəçilik missiyalarını təşkil etməyə hazırdır

ATƏT əvvəlki kimi Dağlıq Qarabağ regionunda dayanıqlı sülhün təmin ol

arrow Ətraflı
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu like
  • 25 Fev 17:58  
Dünya Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu

Ermənistan bir qrup polis zabiti Baş nazir Nikol Paşinyanın istefası tələ

arrow Ətraflı
İranda daha 94 nəfər koronavirusdan öldü like
  • 25 Fev 17:55  
Dünya İranda daha 94 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 94 nəfər koronavirusdan (COVID-19) ölüb.

arrow Ətraflı