Bu partiyalar maliyyə hesabatını təqdim edib


Siyasət 25 Fev 2021 13:29:00 123 0

Bu partiyalar maliyyə hesabatını təqdim edib

Azərbaycanda illik maliyyə hesabatını təqdim edən siyasi partiyalarn adları açıqlnıb.

Son.az Trend-ə istinadən bildirir ki, indiyə qədər 7 siyasi partiya illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), "Azərbaycan Mübarizləri" Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Respublikaçılar Partiyası və "Milli Vəhdət" Partiyasıdır.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə 62 siyasi partiya qeydiyyata alınıb.