Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb


Siyasət 24 Fev 2021 18:10:00 151 0

Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın xarici işlər nazirinin müavini Vasili Bodnar ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Twitter" hesabında məlumat yayıb.

Qeyd edək ki, Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar fevralın 23-dən Azərbaycanda səfərdədir.