Bakıda dava zamanı gənc bıçaqlanıb


Kriminal 24 Fev 2021 09:05:00 134 0

Bakıda dava zamanı gənc bıçaqlanıb

Bakının Suraxanı rayonunda 21 yaşlı oğlan bıçaqlanıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Bülbülə qəsəbəsində baş verib.

1990-cı il təvəllüdlü Quliyev Cavid Zahir oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. 

Onun qarnının ön divarı və döş qəfəsinə ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.