Belarus portalında Xocalı soyqırımı barədə məqalə dərc olunub
Siyasət 23 Fev 2021 19:10:00 77 0
1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin dəstəyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum etdilər.
Bu xəbəri də oxu: 1915ci il hadisələri və Xocalı soyqırımını anlamaq
Hücuma keçməzdən əvvəl şəhər toplardan və ağır hərbi texnikadan şiddətli atəşə tutuldu. Şəhərdə qalan təqribən 2500 nəfər əhali evlərini tərk etmək məcburiyyətində qalaraq xilas olmaq məqsədilə Ağdam şəhəri istiqamətinə üz tutdu. Qırğının nəticələri faciəli olub: 613 nəfər (63 uşaq, 106 qadın, 70 qoca) öldürülüb, 150 nəfər itkin düşüb, 8 ailə tamamilə məhv edilib, 487 nəfər şikəst olub, 1275 nəfər əsir götürülüb, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovun ölkənin "belprauda.com" xəbər portalında dərc edilən məqaləsində deyilir.
Səfir qeyd edib ki, Xocalı faciəsində iştirak edən ermənilərin və onların havadarlarının hərəkəti insan haqlarının kobud şəkildə pozulması, beynəlxalq hüquqa, Cenevrə Konvensiyasına, İnsan hüquqları haqqında ümumi bəyannaməyə, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakta, İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakta, Uşaq hüquqları bəyannaməsinə, Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadın və uşaqların müdafiəsi haqqında bəyannaməyə və beynəlxalq hüququn digər aktlarına həyasızcasına etinasızlıq idi.
Son bir neçə il ərzində beynəlxalq birlik Xocalı soyqırımının tanınmasından ötrü ciddi addımlar atıb. Hazırda Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, İndoneziya, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya və Şotlandiyanın qanunvericilik orqanları, həmçinin Amerika Birləşmiş Ştatlarının iyirmi dörd ştatı Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilən hadisələrin soyqırımı kimi tanınması barədə qanunvericilik aktları qəbul ediblər. İslam Əməkdaşlıq Təşkilatı Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qətnamə qəbul edib. "Human Rights Watch" təşkilatı baş verənləri "kütləvi qətl" kimi qiymətləndirir.
Məqalədə Xocalı hadisələrinin səbəbləri, beynəlxalq birliyin ikili mövqeyi və 2020-ci il noyabrın 10-dan sonrakı vəziyyət izah edilir.
Son iki ildə 5G şəbəkələrinin kommersiya istifadəsinə başladığından

Azərbaycan tarixinin ən dəhşətli səhifələrdən biri kimi xalqımızın q

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Gürcüstan və Rusiyanı bağlayan Yuxarı Lars yolunda hərəkət tam məhdudl

Portuqaliya millisinin və İtaliyanın "Yuventus" klubunun futbolçus

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları K

Vətən müharibəsində evi tam dağıdılmış və qəzalı vəziyyətə düş

Qubadlı rayonunun Hal kəndindən videogörüntülər yayılıb.

FHN-nin Modul Tipli Xəstəxanası açılandan müqavilə ilə burada çalışı

Rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və sə

2020-ci ilin avqustun 24-dən 2021-ci ilin fevralın 21-dək müvafiq qurumlar t

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Azər

İranda ötən sutka ərzində 91 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bu gün "DOST" mərkəzlərində 300 000-ci vətəndaş müraciəti qe
