""Dostluq" yatağına dair Memorandum imzalanmasından sevinc duyuruq"


Siyasət 23 Fev 2021 16:14:17 157 0

""Dostluq" yatağına dair Memorandum imzalanmasından sevinc duyuruq"

Türkiyə Türkmənistan neft və qazının bu ölkə vasitəsilə Avropaya nəqli üçün üzərinə düşən öhdəlikləri yerin yetirməyə hazırdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada türkmənistanlı həmkarı Rəşid Meredovla mətbuat konfransı zamanı deyib.

O bildirib ki, Türkiyə Azərbaycanla Türkmənistan arasında "Dostluq" yatağının birgə işlənməsi barədə Anlaşma Memorandumunun imzalanmasından sevinc duyur:

"Biz türkmən nefti və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində maraqlıyıq və bununla bağlı öhdəmizə düşən vəzifələri icra etməyə hazırıq".