Sevgililərin məhkəmə çəkişməsi "Mənə mütəmadi cinsi əlaqədə olmaq istədiyini dedi"


Kriminal 23 Fev 2021 14:39:28 136 0

Sevgililərin məhkəmə çəkişməsi  "Mənə mütəmadi cinsi əlaqədə olmaq istədiyini dedi"

Gəncə şəhərində qadını intim görüntüləri ilə şantaj edən 1985-ci il təvəllüdlü Əliyar Əliyevin məhkəməsi başa çatıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Əliyar Əliyev 2019-cu ilin oktyabr ayında ər-arvad münasibətində olduğu Mətanət Səmədovanın (ad və soyad şərti verilib - red.) mobil telefonunu əldə edib.

Qadın niyə şantaj olundu?

Əliyar Əliyev Mətanətin telefonunun yaddaşında olan başqa kişilərlə və özünü tək çəkdirdiyi yarıçılpaq şəkli, videoları ələ keçirib. Sonra qadını rüsvayedici şəkil və videoları yaxın qohumlarına yayacağı ilə hədələyib.

2019-cu ilin oktyabr ayının ortalarından başlayaraq Gəncə şəhərində "Eleqans" adlanan kafedə görüşməklə, daha sonra mobil telefonla ondan hədə-qorxu ilə 5000 manat pul tələb edib.

Mətanət Səmədova Gəncə Şəhər Kəpəz rayon Polis İdarəsinə bu barədə ərizə ilə müraciət edib. Keçirilən əməliyyat nəticəsində Əliyar Əliyev həbs olunub.

Əliyar Əliyev barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

"Evinə gedib-gəlirdim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əliyar Əliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, Mətanət Səmədovanı təxminən 2012-ci ildən tanıyır: "Mətanətlə aramızda həmin vaxtdan münasibət yarandı və bir-birimizi sevdik. Ailəli olduğum üçün Mətanətlə rəsmi nikah bağlaya bilmədim. Lakin sevdiyim üçün onun yaşadığı evə gedib-gəldim və öz ailəm kimi münasibət saxladım.

Sonradan Mətanətlə ayrıldım. Buna səbəb Mətanətin əxlaqsız həyat tərzi keçirməsi və mənə yalan danışması oldu".

"Oğlanlarla qucaqlaşmış şəkillərini gördüm"

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, təxminən oktyabr ayının 15-20-si tarixləri arasında Mətanətin telefonunu götürüb:

"Telefonu satmaq və ona yenisini almaq istədim. Həmin telefonu Mətanətdən aldım, ona baxdıqda yaddaşında olan fayllarda başqa oğlanlarla restoranda qucaqlaşmış, rəqs edərkən və digər səmimi şəkillərini gördüm. Mətanətdən bu şəkilləri nə üçün çəkdirdiyini və həmin şəkildə olan kişilərin kim olduğunu soruşdum.

Mətanət onların adlarını deməsə də, Gürcüstanda və Türkiyədə restoranda tanış olduqlarını söylədi. Mətanətdən nə üçün yarıçılpaq formada yad kişilərlə şəkil çəkdirdiyini soruşdum. Onlarla yalnız oturub yemək yediyini, hər hansı intim münasibətdə olmadığını bildirdi. İnanmadığım üçün onunla mübahisə etdim. Telefonu da götürərək ondan ayrıldım".

"Mütəmadi cinsi əlaqədə olmaq istədiyini dedi"