Ukraynalılar Xocalıya ədalət tələb edirlər


Siyasət 23 Fev 2021 14:41:00 39 0

Ukraynalılar Xocalıya ədalət tələb edirlər

Azərbaycan Diaspor Gənclər Şəbəkəsi və Ukrayna Azərbaycanlıları Gənclər Radasının birgə təşkilatçılğı ilə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar "Xocalı soyqırımı XX əsrin faciəsidir" mövzusunda videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, komitənin təşəbbüsü ilə keçirilən tədbirdə pedaqoji elmlər namizədi, dosent Lyudmila İvanenko, hüquqşünas, kilsə tarixçisi Vladimir Omelçuk, Xocalı sakini Murad Hüseynov, Ukraynanın Azərbaycan Konqresinin İdarə Heyətinin sədri, I Qarabağ müharibəsi qazisi Yuri Osadçenko, Ukrayna Azərbaycanlıları Gənclər Radasının sədr müavini Möminə Səttarova iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbir M.Səttarovanın moderatorluğu ilə aparılıb. Moderator 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalının dinc sakinlərinə qarşı kütləvi qırğın törətdikləri barədə ətraflı məlumat verib. Bildirib ki, bu faciə erməni faşistlərinin və havadarlarının xalqımıza qarşı apardığı 200 illik etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsidir.

Xocalı sakini Murad Hüseynov həmin dəhşətli gecə ailə üzvləri də daxil olmaqla 49 nəfər yaxın qohumunun şəhid olduğundan, Azərbaycanın Milli Qəhrəmanı olan atası Tofiq Hüseynovun doğulduğu şəhəri və mülki əhalini erməni faşistlərindən qorumaq naminə göstərdiyi şücaətdən danışıb. "Xocalıya ədalət!" kampaniyası çərçivəsində fəaliyyət göstərdiyini nəzərə çatdıran M.Hüseynov dünya birliyini və beynəlxalq təşkilatları bu çağırışa biganə qalmamağa səsləyib. O, 44 günlük Vətən müharibəsi zamanı əldə olunan parlaq Qələbə münasibətilə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusunun hər bir əsgər və zabitinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən L.İvanenko, V.Omelçuk və Y.Osadçenko xalqımızın kədərini bölüşdüklərini, şəhidlərin ailələrinə dərin hüznlə bassağlığı verdiklərini bildiriblər. Xocalı faciəsini dünya tarixinə düşmüş ən dəhşətli hadisə adlandıran ukraynalı natiqlər bu cinayətin beynəlxalq səviyyədə soyqırım aktı kimi tanınmasının, onu törədən qəddar canilərin cəzalandırılmasının zəruriliyini vurğulayıblar.

"Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk faciə deyil. Hələ XX əsrin əvvəllərində, 1905-ci ildə ermənilər Azərbaycanın ayrı-ayrı bölgələrində daha dəhşətli qırğınlar törədiblər. Bu onu göstərir ki, erməni cinayətkarları əsrlər boyu bizimlə düşmənçilik aparıblar", - deyə Qarabağ qazisi Osadçenko əlavə edib.

Sevgililərin məhkəmə çəkişməsi  "Mənə mütəmadi cinsi əlaqədə olmaq istədiyini dedi" like
  • 23 Fev 14:39  
Kriminal Sevgililərin məhkəmə çəkişməsi "Mənə mütəmadi cinsi əlaqədə olmaq istədiyini dedi"

Gəncə şəhərində qadını intim görüntüləri ilə şantaj edən 1985-ci

arrow Ətraflı
Süd çörəyi resepti  VİDEO like
  • 23 Fev 14:30  
Digərləri Süd çörəyi resepti VİDEO

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
Xalq artistinin qızı həyat yoldaşı ilə  FOTO like
  • 23 Fev 14:29  
Şou-biznes Xalq artistinin qızı həyat yoldaşı ilə FOTO

Xalq artisti Əlixan Səmədovun qızı Səfa sosial media hesabındakı paylaş

arrow Ətraflı
Xəzərin suyunun səviyyəsi enib  VİDEO like
  • 23 Fev 14:19  
Digərləri Xəzərin suyunun səviyyəsi enib VİDEO

Ən aşağı səviyyə 1977-ci ildə qeydə alınıb.

arrow Ətraflı
Rusiya peyvəndi Qırğızıstanda da qeydiyyata alındı like
  • 23 Fev 14:14  
Dünya Rusiya peyvəndi Qırğızıstanda da qeydiyyata alındı

Qırğızıstan Səhiyyə Nazirliyinin nəzdindəki Dərmanlar və Tibbi Cihazla

arrow Ətraflı
Sabiq nazir müavini vəfat etdi like
  • 23 Fev 14:11  
Digərləri Sabiq nazir müavini vəfat etdi

Sabiq nazir müavini Qurban Xanoğlan oğlu Əliyev ürəktutmadan vəfat edib.

arrow Ətraflı
Macar şirkətləri də azad olunmuş ərazilərdə quruculuq proqramına qoşulmağa hazırlaşır like
  • 23 Fev 14:10  
Digərləri Macar şirkətləri də azad olunmuş ərazilərdə quruculuq proqramına qoşulmağa hazırlaşır

Azərbaycanla Macarıstan arasında dost münasibətlərinə əsaslanan ikitər

arrow Ətraflı
Partiya sədrləri vaksinasiya olunur  FOTO like
  • 23 Fev 14:09  
Digərləri Partiya sədrləri vaksinasiya olunur FOTO

Siyasi partiya nümayəndələrinin vaksinasiyası aparılır.

arrow Ətraflı
Gürcüstanda daha 493 nəfər koronavirusa yoluxdu, like
  • 23 Fev 14:08  
Dünya Gürcüstanda daha 493 nəfər koronavirusa yoluxdu,

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasın

arrow Ətraflı
"Balaş mənim xəyal ortağım idi..." like
  • 23 Fev 14:03  
Şou-biznes "Balaş mənim xəyal ortağım idi..."

Xəbər verdiyimiz kimi, ötən gecə müğənni Xatunun stilist qardaşı Bala

arrow Ətraflı
Dağıstanda 170 minə yaxın sakin işıqsız qaldı like
  • 23 Fev 14:00  
Dünya Dağıstanda 170 minə yaxın sakin işıqsız qaldı

Dağıstanda güclü küləklər elektrik enerjisinin kəsilməsinə səbəb olu

arrow Ətraflı
Bakıda evlərdən birindən 5 gəncin meyiti tapıldı like
  • 23 Fev 13:59  
Digərləri Bakıda evlərdən birindən 5 gəncin meyiti tapıldı

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki f

arrow Ətraflı
Narkobaron “El Çapo”nun xanımı saxlanıldı like
  • 23 Fev 13:57  
Dünya Narkobaron “El Çapo”nun xanımı saxlanıldı

"El Çapo" ləqəbli meksikalı narkobaron Xoakin Qusmanın xanımı E

arrow Ətraflı
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini videoformatda qəbul edib  FOTO like
  • 23 Fev 13:56  
Siyasət Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini videoformatda qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı
Ağdamın Yeni Qaralar kəndi  FOTO  VİDEO like
  • 23 Fev 13:55  
Digərləri Ağdamın Yeni Qaralar kəndi FOTO VİDEO

Ağdam rayonunun Yeni Qaralar kəndindən videogörüntülər yayılıb.

arrow Ətraflı