Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb FOTO
Siyasət 22 Fev 2021 20:45:00 61 0
22 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambelyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Bu xəbəri də oxu: "Azərbaycan ABŞ ilə əlaqələrin daha da genişlənəcəyini gözləyir"
Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, görüş zamanı nazir Ceyhun Bayramov Milli Assambleyanın üzvlərini salamlayaraq, ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafından bəhs edib. Azərbaycanın Fransa ilə münasibətlərin inkişafına hər zaman yüksək əhəmiyyət verdiyini qeyd edib. Fransanın bölgədə hər zaman fəal olduğu və bütün istiqamətlərdə məsələlərin qarşılıqlı anlaşma və dialoq vasitəsilə inkişaf etdiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, işğal faktorunun aradan qaldırılmasının iki dövlət arasında münasibətlərin normallaşması üçün əsas təşkil etdiyi, üçtərəfli bəyanatların həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verdi. Beynəlxalq hüququn prinsipləri, xüsusilə də beynəlxalq sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət və sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin normallaşmasının mümkün olduğu qeyd olundu.
Fransa Milli Assambleyasının üzvləri səmimi qəbula, eləcə də təqdim edilən məlumata görə təşəkkürlərini ifadə etdilər. İki ölkənin parlamentləri arasındakı münasibətlərin dostluq prinsiplərinə söykəndiyini bildirdilər. Hazırkı səfərlərini bölgədə mövcud olan vəziyyətlə tanış olmaq, Azərbaycanın mövqeyi barədə məlumat əldə etmək baxımından faydalı qiymətləndirdilər.
Görüşün sonunda nazir Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvlərinin çoxsaylı suallarını cavablandırıb.
Koronavirusun kökünü araşdıran mütəxəssislər bunun dovşan və ya porsu

Rusiyanın paytaxtı Moskvada dəhşətli cinayət hadisəsi baş verib.

Fevralın 22-də saat 17 radələrində Nərimanov rayonu ərazisində inşaatı

"WhatsApp"ın yeni qaydaları ilə razılaşmayan bütün istifadəçi

Oğuzda nəvə 80 yaşlı babasını döyərək, xəstəxanalıq edib.

Rusiyada ilk dəfə dünyada quş qripinin insandan insana asanlıqla keçən v

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfind

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini və İnsan

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) İraqda keçirilən xüsu

2020-ci ildə Ermənistanın ümumi daxili məhsulu 2019-cu illə müqayisədə

Gənclər və İdman Nazirliyi fevral ayından başlayaraq gənclər təşkilatl

Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2021 beynəlxalq silah s

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb
