Milli Məclisin Sədri Sahibə Qafarova Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb FOTO


Siyasət 22 Fev 2021 18:51:00 42 0

Milli Məclisin Sədri Sahibə Qafarova Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb  FOTO

Fevralın 22-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Milli Məclisdən Son.az-a bildirilib ki, qonaqları səmimi salamlayan Spiker Azərbaycanla Fransa arasında əlaqələrin zəngin tarixi olduğunu söyləyib. Bildirilib ki, tarixin müəyyən dönəmlərində bu əlaqələr ən müxtəlif səviyyələrdə davam etdirilib. Müstəqil Azərbaycan Fransa ilə əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir. Prezident cənab İlham Əliyevin və Fransa prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizə keyfiyyətcə yeni çalarlar gətirib.

Yüksək səviyyəli bu siyasi dialoq iqtisadi, mədəni humanitar sahələrə də öz təsirini göstərir. Ötən il üzrə ticarət dövriyyəsinin həcminə nəzər saldıqda bu sahədə əməkdaşlığımızın inkişaf etdiyi aydın görünür. Bu gün Azərbaycanda fransız şirkətləri təqdirəlayiq fəaliyyət göstərir. İqtisadiyyatın müxtəlif sahələrinə edilmiş qarşılıqlı investisiya yatırımları geniş potensialdan xəbər verir.

Söhbətdə Sədr vurğulayıb ki, dövlətlərarası münasibətlər sistemində özünəməxsus yer tutan parlamentlərarası əlaqələrin davamlı inkişafı çox əhəmiyyətlidir. Bu əlaqələrin dərinləşməsi xalqlarımızın ümumi mənafelərə xidmət edir. Deputatların qarşılıqlı səfərləri və görüşlər tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir. Sədr bu sahədə dostluq qruplarının əhəmiyyətini xüsusi qeyd edib. Hər iki ölkənin parlamentlərində bu qrupların fəaliyyət göstərməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Sahibə Qafarova bildirib ki, ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva hələ Milli Məclisin üzvü olarkən Fransa ilə dostluq qrupunun rəhbəri kimi əlaqələrimizin inkişafına mühüm töhfələr verib. Bu ənənə bu gün Fransa ilə dostluq qrupunun üzvləri tərəfindən uğurla davam etdirilir. Sədr Fransa Senatında Qafqaz üzrə dostluq qrupunun olduğunu xatırladaraq, Azərbaycanla ayrıca bir qrupun yaradılmasının əməkdaşlığımızın gələcək inkişafına əlavə töhfə verə biləcəyini deyib.

Sahibə Qafarova Fransa Milli Assambleyasının bir qrup deputatının ölkəmizə bu səfərinin çox tarixi dönəmdə baş tutduğunu söyləyib. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad edərək, öz ərazi bütövlüyünü bərpa edib. Təəssüf ki, bu dönəmdə Fransa parlamentində erməni diasporunun təsiri ilə Azərbaycanın ədalətli mübarizəsi barədə qərəzli fikirlər səsləndirilib, bəyanatlar və sənədlər qəbul edilib. Təbii ki, bu hal bizi narahat etməyə bilməz. Biz istərdik ki, Fransa kimi bir ölkənin qanunvericilik orqanında bölgə həqiqətləri və Azərbaycanın mövqeyi olduğu kimi səsləndirilsin, ölkə ictimaiyyətinə obyektiv çatdırılsın. Spiker Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupu üzvlərinin bu prosesdə daha yüksək fəallıq göstərəcəklərinə inamını ifadə edib.

Dağlıq Qarabağ münaqişəsi barədə bir sıra faktları söyləyən Spiker fevralın 26-da xalqımızın Xocalı faciəsinin 29-cu ildönümünü qeyd edəcəyini deyib. Bildirilib ki, erməni faşistləri tərəfindən bu soyqırımı nəticəsində azərbaycanlı olduqları üçün 613 nəfər mülki şəxs, hətta qadınlara, uşaqlara, ahıllara rəhm edilmədən qətlə yetirilib. Bir çox ölkələrin parlamentləri və dostluq qrupları bu faciə ilə əlaqədar qətnamələr qəbul edib.

Görüşdə humanitar sahədə əlaqələrimizin inkişafından söz açan Spiker bildirib ki, bu gün Azərbaycanda Fransa liseyi və universiteti fəaliyyət göstərir. Azərbaycan tərəfindən humanitar sahə ilə bağlı Fransada bir sıra uğurlu layihələr həyata keçirilib. Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa Milli Assambleyasının deputatı Məcid El Qerab deyib ki, Fransa Cənubi Qafqaz ilə əməkdaşlığın inkişafına böyük önəm verir. Vurğulanıb ki, görüşdə iştirak edən fransalı deputatlar Azərbaycanın dostlarıdır. Qonaq təəssüflə qeyd edib ki, bu bölgədəki həqiqətlər bəzən Fransa qanunvericilik orqanında olduğu kimi səsləndirilmir. Biz Azərbaycan tərəfinin narahatlığını anlayır, səfər müddətində burada gördüklərimizi Assambleya deputatlarına çatdırmaq niyyətindəyik. Belə hesab edirik ki, Azərbaycan barədə Fransa ictimaiyyəti dolğun və obyektiv məlumatlar almalıdır. Bəzi fransalı deputatlarda, o cümlədən ictimaiyyətin bir kəsimində bu haqda yanlış düşüncələr var. Onlara Azərbaycandakı mövcud mədəni müxtəliflik, fransız mədəniyyətinə olan maraq, buradakı fransız məktəblərinin fəaliyyəti barədə geniş informasiya verilməlidir.

Görüşdə çıxış edən fransalı deputatlar - Frederik Duma, Belkir Baladad, Mustafa Laabid, Karol Buro Bonnar, Mişel Delpon Azərbaycandakı dünyəviliyi, tolerantlığı, Fransa mədəniyyətinə olan marağı yüksək qiymətləndiriblər. Bildirilib ki, Azərbaycanın haqq səsinin daha ucadan eşidilməsi, bölgədə baş verən proseslərin olduğu kimi ictimaiyyətə çatdırılmasında məqsədyönlü iş aparılmalıdır.

Fransalı deputatlar ölkəmizin haqq işi barədə fikirlərin, Xocalı faciəsi barədə həqiqətlərin parlament tribunasından səsləndirilməsi, o cümlədən dostluq qrupu adından yayımlanan sənədlərdə əks olunması üçün gərəkli addımlar atılacağını deyiblər.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri, pandemiyaya qarşı mübarizədə görülən işlər və tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb. Görüşdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Soltan Məmmədov, qrupun üzvü Cavanşir Feyziyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

"Oksana rahat ol, kanal rəhbərləri bizi çox pulsuz toya göndərib" like
  • 22 Fev 18:49  
Şou-biznes "Oksana rahat ol, kanal rəhbərləri bizi çox pulsuz toya göndərib"

Müğənni Xatirə İslam rəqqasə-aktrisa Oksana Rəsulovanın onunla bağlı

arrow Ətraflı
“Yaxşı yemək bişirib, toz alıram”  Nazim Pişyari like
  • 22 Fev 18:39  
Şou-biznes “Yaxşı yemək bişirib, toz alıram” Nazim Pişyari

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı müğənni

arrow Ətraflı
Azərbaycanda son sutkada 75 nəfər COVID19dan sağalıb, 72 nəfər yoluxub like
  • 22 Fev 18:35  
Digərləri Azərbaycanda son sutkada 75 nəfər COVID19dan sağalıb, 72 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 72 yeni yolux

arrow Ətraflı
Kübra Əliyeva əməliyyatla qarnındakı piyləri üzünə vurdurdu like
  • 22 Fev 18:29  
Şou-biznes Kübra Əliyeva əməliyyatla qarnındakı piyləri üzünə vurdurdu

Xəbər verdiyimiz kimi, Əməkdar artist Kübra Əliyeva əməliyyat olunub.

arrow Ətraflı
Azərbaycan Qoşulmamama Hərəkatına üzv ölkələrə əlavə 5 milyon dollar yardım edib like
  • 22 Fev 18:27  
Siyasət Azərbaycan Qoşulmamama Hərəkatına üzv ölkələrə əlavə 5 milyon dollar yardım edib

Azərbaycan pandemiyaya dərhal cavab vermiş və meydana çıxan sosial-iqtisad

arrow Ətraflı
Yaralanmış qazilərin yüksək texnologiyalı protezlərlə təminatı davam edir like
  • 22 Fev 18:24  
Digərləri Yaralanmış qazilərin yüksək texnologiyalı protezlərlə təminatı davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaral

arrow Ətraflı
Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçirilir like
  • 22 Fev 18:19  
Digərləri Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçirilir

Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər a

arrow Ətraflı
Bakıdakı yanğınla bağlı yolda sıxlıq var, avtobuslar gecikir like
  • 22 Fev 18:17  
Digərləri Bakıdakı yanğınla bağlı yolda sıxlıq var, avtobuslar gecikir

Həsən bəy Zərdabi küçəsində, metronun "20 Yanvar" stansiyası

arrow Ətraflı
Ötən ay 14 cütlük boşanmaqdan imtina edib like
  • 22 Fev 18:14  
Digərləri Ötən ay 14 cütlük boşanmaqdan imtina edib

Azərbaycanda bu ilin yanvar ayında bağlanmış nikahların sayı açıqlanıb

arrow Ətraflı
Hindistanda koronavirusa yoluxanların sayı 11 milyonu keçdi like
  • 22 Fev 18:09  
Dünya Hindistanda koronavirusa yoluxanların sayı 11 milyonu keçdi

Hindistanda koronavirusa yoluxanların sayı 11 milyon nəfəri keçib.

arrow Ətraflı
Ermənistan dövlətçiliyinin sonu ola bilər like
  • 22 Fev 18:07  
Siyasət Ermənistan dövlətçiliyinin sonu ola bilər

"Ermənistanda özünü müxalifət adlandıran o hərəkat ki var, indi Pa

arrow Ətraflı
İranda ötən sutka 8 min nəfər koronavirusa yoluxub, 89 nəfər ölüb like
  • 22 Fev 18:04  
Dünya İranda ötən sutka 8 min nəfər koronavirusa yoluxub, 89 nəfər ölüb

İranda ötən sutka ərzində 89 nəfər koronavirusdan (COVID-19) ölüb.

arrow Ətraflı
Azərbaycana ötən il 264 mln. dollarlıq dərman idxal edilib  CƏDVƏL like
  • 22 Fev 18:02  
Digərləri Azərbaycana ötən il 264 mln. dollarlıq dərman idxal edilib CƏDVƏL

2020-ci il ərzində Azərbaycan pərakəndə satış üçün formalarda və ya

arrow Ətraflı