"Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir"
Siyasət 22 Fev 2021 16:47:00 71 0
10 noyabrda imzalanmış üçtərəfli bəyanat regionda dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsinə hesablanıb. Azərbaycan bu bəyanata uyğun olaraq hərbi əməliyyatlarını dayndırıb, növbəti mərhələnin isə dinc şəkildə icra olunması üçün əlindən gələni edir. Qarşı tərəf isə üçtərəfli bəyanatın icrasını müəyyən qaydada təmin etsə də özlərinin cinayətkar əməllərindən əl çəkmir.
Bu xəbəri də oxu: Misir mətbuatı Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransını geniş işıqlandırıb
Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, tərəflər bütün məsələlərin sülh danışıqları masası arxasında həll olunmasına razılaşsa da Ermənistan işğaldan azad olunmuş torpaqlarımızda minalanmıs ərazilərin xəritəsini təqdim etmir:
"Beynəlxalq konvensiyalara uyğun olaraq belə bir məsələnin həll etməməsindən dinc insanların ölməsi və xəsarət alması hərbi cinayətdir. Minalanmış ərazilərin əhatə dairəsi çox genişdir və bu ərazilərin minalanması erməni hərbiçiləri tərəfindən 30 il ərzində aparılıb. Təbii ki, minalanmış hər bir ərazinin xəritəsi mövcuddur. Əgər xəritə mövcud olmasaydı bu illər ərzində ermənilərin də minaya düşməsi halları baş verərdi. Əgər baş verməyibsə, bu onlarda haralar minalandığı barəsində dəqiq sxemlərin olmasından irəli gəlib.
Məhz minalanmış ərazilərin xəritələrinin bizə verilməməsi, işğaldan azad olunmuş ərazilərimizdə hərbi və mülki insanların minaya düşməsinə və sağlamlıqlarının itirilməsinə səbəb olur. Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir və bir gün gələcək ermənilər bunun da cavabını verəcək. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar bütün bu cinayətləri görür və təəssüf ki, üstündən susqunluqla keçir. Sülh şəraitində insanların minaya düşərək həlak olması insanlığa qarşı növbəti hərbi cinayətlərdir.
Bizim müvafiq strukturlar belə cinayət hallarını sənədləşdirərək beynəlxalq təşkilatlara, ermənilərə havadarlıq edənlərə göndərməli və ermənilər minalanmış ərazilərin xəritələrinin verilməsi üçün məcbur edilməlidir".
Tovuz rayonunda Ceyhun Nuriyev 1993-çü il təvəllüdlü həmyerlisi Məlahət

Soçidə Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Luka

2021-ci ilin yanvarında Azərbaycandan Türkiyəyə 14 867 turist səfər edib

Türkiyənin "Bayraktar" pilotsuz silahlı uçuş aparatı ümumilikd

Pandemiyanın mənfi təsirlərindən birincisi odur ki, ruh düşkünlüyü yar

"Müxalifət üsyan, qiyam və ya çevriliş yolu ilə hakimiyyəti dərhal

Uzun illərdir Almaniyaya köçərək orada yaşayan müğənni Qismət həmkar

Azərbaycan ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra bəzi er

Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili ilk səf

2020-ci ilin payızında Azərbaycan Respublikasının Prezidenti cənab İlham

Ukrayna "Novavax" şirkətindən koronavirusa qarşı vaksin alacaq.

İcbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi üzrə fəaliyy

Bu gündən Milli Məclisin deputatların vaksinasiyasına başlanılıb.
