"AzerGold” QSCnin Müşahidə Şurasının səlahiyyətləri müəyyənləşib


Siyasət 22 Fev 2021 14:51:00 41 0

"AzerGold” QSCnin Müşahidə Şurasının səlahiyyətləri müəyyənləşib

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının səlahiyyətləri müəyyənləşib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncamda dəyişiklik edilməsi barədə" sərəncamda əksini tapıb.

Sərəncama əsasən, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

- Cəmiyyətin yenidən təşkili və ləğvi;

- Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqinə:

- Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

- Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

- Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

- Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.";

Eyni zamanda sərəncama əsasən, cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılıb.

Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir;

Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

- Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

- Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

- aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

- mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

- fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

- Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

- Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

- bu Sərəncamın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.".

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycan İnvestisiya Holdinqi:

- "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etməlidir;

- beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını üç ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

- Bu Sərəncamda nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihəsini üç ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Sumqayıtda 2 nəfər qadını parkda soydu like
  • 22 Fev 14:46  
Kriminal Sumqayıtda 2 nəfər qadını parkda soydu

Sumqayıtda qadına qarşı zor tətbiq edən şəxs tutulub.

arrow Ətraflı
Həftəsonu yol qəzalarında 6 nəfər ölüb like
  • 22 Fev 14:41  
Digərləri Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

Daxili İşlər Nazirliyi həftəsonu daxili işlər orqanlarında qeydə alınm

arrow Ətraflı
Prezident İlham Əliyev “AzerGold”un Müşahidə Şurasının tərkibini təsdiqləyib like
  • 22 Fev 14:39  
Siyasət Prezident İlham Əliyev “AzerGold”un Müşahidə Şurasının tərkibini təsdiqləyib

Prezident İlham Əliyev "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin M

arrow Ətraflı
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi like
  • 22 Fev 14:38  
Kriminal Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi

Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi

arrow Ətraflı
"Emənistanın Azərbaycan ərazilərini minalaması beynəlxalq qanunlara ziddir" like
  • 22 Fev 14:37  
Siyasət "Emənistanın Azərbaycan ərazilərini minalaması beynəlxalq qanunlara ziddir"

Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı v

arrow Ətraflı
Qar Cəlilabadda bir sıra fəsadlar törətdi  VİDEO like
  • 22 Fev 14:35  
Digərləri Qar Cəlilabadda bir sıra fəsadlar törətdi VİDEO

Ötən gün axşam saatlarından etibarən  yağan qar Cəlilabadın dağ və d

arrow Ətraflı
Ləzzətli piroq resepti  like
  • 22 Fev 14:30  
Digərləri Ləzzətli piroq resepti

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
31 yaşlı aktrisadan yarıçılpaq FOTO like
  • 22 Fev 14:27  
Digərləri 31 yaşlı aktrisadan yarıçılpaq FOTO

"Netflix"in yeni serialındakı roluna görə "Golden Globe"

arrow Ətraflı
Şəhid olduğu döyüşdə 20ə yaxın düşmən əsgərini məhv edən Fariz Qurbanov  VİDEO like
  • 22 Fev 14:26  
Digərləri Şəhid olduğu döyüşdə 20ə yaxın düşmən əsgərini məhv edən Fariz Qurbanov VİDEO

Vətən müharibəsində şücaət göstərən hərbçilərimizdən biri də Far

arrow Ətraflı
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Müşahidə Şurasının tərkibi təsdiq edilib like
  • 22 Fev 14:25  
Siyasət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Müşahidə Şurasının tərkibi təsdiq edilib

Prezident İlham Əliyev "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Q

arrow Ətraflı
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Müşahidə Şurasının tərkibi təsdiq edilib like
  • 22 Fev 14:24  
Siyasət Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Müşahidə Şurasının tərkibi təsdiq edilib

Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qap

arrow Ətraflı
"Qız uşağı doğulmasın deyə, yoldaşınızı aborta məcbur etdiniz" like
  • 22 Fev 14:19  
Şou-biznes "Qız uşağı doğulmasın deyə, yoldaşınızı aborta məcbur etdiniz"

Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasib

arrow Ətraflı
Evinə gələn şagirdi ilə yatan kimya müəllimi tutuldu like
  • 22 Fev 14:16  
Dünya Evinə gələn şagirdi ilə yatan kimya müəllimi tutuldu

ABŞ-da daha bir qadın müəllim əxlaqsızlıq səbəbindən saxlanılıb.

arrow Ətraflı