Bakıda keçmiş məhkum tapança ilə tutuldu


Kriminal 22 Fev 2021 14:52:00 111 0

Bakıda keçmiş məhkum tapança ilə tutuldu

Bakıda keçmiş məhkumdan tapança götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş A.Əliyevdən "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.