Azərbaycan və Cibuti deputatlarının iştirakı ilə Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirilib FOTO


Siyasət 21 Fev 2021 21:34:00 38 0

Azərbaycan və Cibuti deputatlarının iştirakı ilə Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirilib  FOTO

Fevralın 21-də Milli Məclisdə Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təşəbbüsü ilə Cibuti Respublikası Milli Assambleyasının deputatları ilə birgə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib. Onlayn formatda keçirilən konfransa Azərbaycanın Cibutidə akkreditə olunmuş Efiopiyadakı səfirliyinin və Cibutinin Moskvadakı səfirliyinin nümayəndələri də qoşulublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a bildiriblər ki, görüşdə Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliabbas Salahzadə videokonfrans iştirakçılarını səmimiyyətlə salamlayıb. Xocalı soyqırımı qurbanlarının yad edilməsinin 29-cu ildönümünə toplaşmış Cibuti təmsilçilərinin nəzərinə çatdırıb ki, Xocalı soyqırımı 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və terror siyasətinin ən qəddar, ən qandondurucu səhifəsidir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərini işğal edərkən mülki əhaliyə qarşı soyqırımı həyata keçiriblər. Həmin hərbi təcavüz zamanı 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 nəfər yaşlı insan xüsusi qəddarlıqla qətlə yetirilib, 8 ailə tam məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum olunub, 487 dinc sakin yaralanıb, girov götürülən 1275 nəfərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Cibuti Respublikası Milli Assambleyasının 2017-ci il yanvarın 11-də Xocalı soyqırımına ədalətli hüquqi-siyasi qiymət verən qətnamə qəbul etdiyinə diqqət yönəldən Əliabbas Salahzadə soyqırımın dünya birliyi tərəfindən tanınması yolunda bu sənədin çox mühüm addım olduğunu vurğulayıb və dərin təşəkkürünü bildirib. Qeyd edib ki, insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımına Cibuti parlamentarların göstərdiyi həssaslığı Azərbaycan xalqı çox yüksək qiymətləndirir. Müasir dövrdə beynəlxalq münasibətlərdə parlament diplomatiyasının artan rolundan söz açan işçi qrupun rəhbəri deyib ki, həmin qətnamə Xocalı soyqırımının tanınmasında parlament meyarının tətbiq olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüşdə Cibuti parlamentarlarına məlumat verilib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğala 2020-ci ilin 10 noyabrında son qoyulub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsi müzəffər Ordumuzun parlaq qələbəsi ilə başa çatıb. Azərbaycan tarixi Qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Regionda yeni reallıq yaranıb. Hazırda işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işləri həyata keçirilir. Müştərək mənəvi dəyərlərin formalaşmasında İslam dininin rolundan söz açan deputatımız 30 ilədək işğal altında qalan Azərbaycan torpaqlarında tarixi irsimizin, mədəni və dini abidələrimizin Ermənistan tərəfindən vandalizmə məruz qaldığını da diqqətə çatdırıb.

Əliabbas Salahzadə işçi qrupun rəhbəri olaraq Azərbaycanla Cibuti parlamentləri arasında münasibətlərin dərinləşdirilməsi üçün əməkdaşlığa hazır olduğunu bildirib.

Videokonfransda Cibuti parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri xanım Safia Elmi Cibril ölkəsinin Prezidentinin və Milli Assambleya sədrinin, həmçinin bütün deputatların salamlarını azərbaycanlı həmkarlarına çatdırıb. Vurğulayıb ki, Cibuti Respublikası həm parlament, həm də hökumət səviyyəsində Azərbaycanı dəstəkləyir: "Ölkə və xalq olaraq hər zaman Azərbaycanın yanındayıq. Azərbaycan xalqını 44 günlük Vətən müharibəsində qazandığı Zəfər münasibətilə təbrik edir, şəhidlərə Allahdan rəhmət diləyirik. Çox sevinirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi".

Cibuti Milli Assambleyasının deputatı Əhməd Həsən Məhəmməd Azərbaycanla həmrəyliklərindən söz açıb, Xocalı soyqırımına dair 2017-ci ildə qəbul etdikləri qətnamədən danışıb. 44 günlük Vətən müharibəsi dövründə daim Azərbaycanı düşündüklərini, Zəfər yolunda çəkilən əziyyətləri başa düşdüklərini, ərazi bütövlüyümüzün təmin olunmasından xoşbəxtlik duyduqlarını diqqətə çatdırıb. Bakıya səfərini xatirladaraq Azərbaycanı nümunəvi ölkə kimi gördüklərini deyib.

Cibuti Milli Assambleyasının deputatı Abdullah Barkat İbrahim əlaqələrimizin daha da möhkəmlənməsini, əməkdaşlığın genişlənməsini istədiklərini bildirib. Qeyd edib ki, bunun üçün böyük perspektivlər var.

Görüşdə pandemiya şəraitinin çətinliklərindən, dünya miqyasında iqtisadiyyata dəyən zərərdən, insan tələfatından da bəhs olunub. COVID-19 infeksiyasına qarşı ölkələrin birgə mübarizə aparmasının vacibliyi qeyd edilib.

Söhbət zamanı ölkələrimiz arasında təcrübə mübadiləsinin faydalı olacağına əminlik ifadə olunub, qarşılıqlı dəvətlər səslənib. Azərbaycanın nəqliyyat sahəsində Cibutiyə dəstək verməsi minnətdarlıqla qeyd edilib.

Görüşdə Milli Məclisin deputatları Vüqar İsgəndərov, Anar Məmmədov və Emin Hacıyev bir sıra mühüm məqamlara toxunublar. Deputatlarımız ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərindən, Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimizdən, parlamentlərimiz arasında post-pandemiya dövründə qarşılıqlı səfərlərin intensivləşməsinin vacibliyindən danışıblar. Bakı limanı ilə Afrikanın strateji əhəmiyyətə malik Cibuti limanı arasında, ölkələrimizin kənd təsərrüfatı və digər sahələrində əməkdaşlığın genişləndirilməsinin faydalı olacağı qeyd edilib.

Cibuti deputatlarının nəzərinə çatdırılıb ki, fevralın 26-da hər il dünyanın bir çox ölkələrində qeyd olunan "Xocalıya ədalət!" kampaniyasına Cibutinin də qoşulması və bu kampaniyanı dəstəkləməsi arzu ediləndir.

Videokonfransda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sirli Porsche sportkarının tizeri dərc edilib like
  • 21 Fev 21:30  
Digərləri Sirli Porsche sportkarının tizeri dərc edilib

Porsche 911 modelinin modifikasiyaları kifayət qədər çoxdur və onların ar

arrow Ətraflı
Bu insanlarda XƏRÇƏNGin inkişafı riski daha azdır like
  • 21 Fev 21:25  
Digərləri Bu insanlarda XƏRÇƏNGin inkişafı riski daha azdır

Xərçəngin inkişafında insanın tək fiziki sağlamlığı deyil, emosional

arrow Ətraflı
“Skybus” uçan avtobusları 50 nəfər sərnişin daşıya biləcək like
  • 21 Fev 21:20  
Digərləri “Skybus” uçan avtobusları 50 nəfər sərnişin daşıya biləcək

Britaniyanın beynəlxalq "GKN Aerospace" şirkəti yeni nəsil uçan

arrow Ətraflı
Kimlər daha çox gecə ürək tutmasından ölmə riski ilə üzləşə bilər? like
  • 21 Fev 21:15  
Digərləri Kimlər daha çox gecə ürək tutmasından ölmə riski ilə üzləşə bilər?

ABŞ-ın Sedars-Sinay Tibb Mərkəzinin kardioloqları, kişilərə nisbətən q

arrow Ətraflı
Mutasiyalı virusun qarşısını necə almaq olar? like
  • 21 Fev 21:10  
Digərləri Mutasiyalı virusun qarşısını necə almaq olar?

COVİD-19 virus infeksiyasının müxtəlif mutasiyaları var. Hazırda ən çox

arrow Ətraflı
Sodanın sağlamlıq üçün like
  • 21 Fev 21:05  
Digərləri Sodanın sağlamlıq üçün

Adi çay sodası bəzi sağlamlıq problemləri zamanı yaxşı terapevtik təsi

arrow Ətraflı
Porsche yeni qol saatını hazırlayıb  FOTO like
  • 21 Fev 21:01  
Digərləri Porsche yeni qol saatını hazırlayıb FOTO

Porsche şirkəti İsveçrənin saat itehsalçısı TAG Heuer manufakturası il

arrow Ətraflı
Diriliyə dəvət mesajı like
  • 21 Fev 20:55  
Digərləri Diriliyə dəvət mesajı

Bismilləhir-Rahmənir-Rahim!

arrow Ətraflı
Hansı pəhriz beyni gümrah saxlaya bilər? like
  • 21 Fev 20:50  
Digərləri Hansı pəhriz beyni gümrah saxlaya bilər?

Yaşıl yarpaqlı tərəvəzlərlə zənginləşdirilmiş Aralıq dənizi pəhri

arrow Ətraflı
İgidliyin ən yüksək dərəcəsi nədir? like
  • 21 Fev 20:45  
Digərləri İgidliyin ən yüksək dərəcəsi nədir?

İmam Sadiq (ə) buyurur: "Üç insan üç yerdə tanınar: səbirli - qəz

arrow Ətraflı
Cihazlar istifadəçinin hərəkəti ilə enerji yığa biləcək like
  • 21 Fev 20:40  
Digərləri Cihazlar istifadəçinin hərəkəti ilə enerji yığa biləcək

Alimlər yeni hazırlanmış cihazların təməli ola biləcək material yaradı

arrow Ətraflı
Uşaqlarda artıq çəkinin like
  • 21 Fev 20:35  
Digərləri Uşaqlarda artıq çəkinin

Son illərdə bütün dünyada çəki problemi olan uşaqların sayında sürət

arrow Ətraflı
Audi etron GT modelinin rəsmi şəkilləri peyda olub  FOTO like
  • 21 Fev 20:30  
Digərləri Audi etron GT modelinin rəsmi şəkilləri peyda olub FOTO

Alman markasının ilk elektrik sedanı olan Audi e-tron GT modelinin rəsmi fot

arrow Ətraflı
Qəbizliyə qarşı dərmanların ÖLÜMCÜL fəsadları. 1 həftədən like
  • 21 Fev 20:25  
Digərləri Qəbizliyə qarşı dərmanların ÖLÜMCÜL fəsadları. 1 həftədən

Qəbizlikdən əziyyət çəkən insanlar bir çox hallarda həkimlə məsləhə

arrow Ətraflı