Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir


Siyasət 27 Yan 2021 16:34:00 151 0

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Davos iqtisadi forumundan çıxışı zamanı deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyətin, xüsusən də münaqişənin tənzimlənməsində iştirak etmiş ölkələrin qarşısında ziyan dəymiş rayonlara yarıdm göstərmək, qaçqınların qayıtması ilə əlaqədar humanitar problemlərin həlli, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin bərpası kimi tapşırıqlar dayanır.

V.Putin əlavə edib ki, Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayanması fəal vasitəçilik səylərini göstərib:

"Biz ATƏT Minsk qrupu həmsədrləri arasında əldə edilmiş razılaşmalara əməl etməyə çalışmışıq".