Xırdalanda qohumlar arasında dava


Kriminal 24 Yan 2021 14:56:00 121 0

Xırdalanda qohumlar arasında dava

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Qohumlar arasında düşən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

Bıçaq zərbələri alan 1982-ci il təvəllüdlü Süleymanov Yəhya Rafiq oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun döş qəfəsi və qarın boşluğunda 4 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hadisənin təfərrüatı rayon polisi tərəfindən araşdırılır.