Qarabağda tutulan ermənilər əsir deyil


Siyasət 21 Yan 2021 15:55:00 67 0

Qarabağda tutulan ermənilər əsir deyil

Hərbi əməliyyatlardan sonra Ermənistan iddialarını gündəmdə saxlamaq üçün indi də hərbi əsirlər mövzusunu manipulyasiya obyektinə çevirirb. Lakin bu məsələdə də ölkədə ciddi fikir ayrılıqları, fərqli statistika, hətta ölkə rəsmilərinin verdiyi açıqlamalarda da ziddiyyət özünü kəskin göstərir.

Bəzi rəsmilər 62 nəfərdən danışırlar, Serj Sarqsyanın kürəkəni Mikael Minasyan 115, keçmiş təhlükəsizlik naziri David Şahnazaryan 235, sosial şəbəkələr isə 500-dən artıq erməni hərbçinin əsir düşdünüyü iddia edirlər.

Ermənistanda əsirlərlə bağlı bir-birinə zidd rəqəmlərin səslənməsi, onların bu mövzudan manipulyasiya üçün istifadə etdiklərini göstərir.

Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dekabrın 14-də 44 erməni hərbi əsiri "hamını hamıya" prinsipi ilə qarşı tərəfə təhvil verib.

Bu gün ermənilərin azadlıq istədikləri şəxslərin isə hərbi əsirlərlə bağlılığı yoxdur.

Söhbət hərbi əməliyyatların dayandırılması haqda imzalanmış Bəyanatdan sonra Ermənistanın diversiya-terror fəaliyyəti həyata keçirmək məqsədilə bu əraziyə göndərdiyi şəxslərdən gedir.

Beynəlxalq humanitar hüquq normalarına, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər.

Prezident İlham Əliyev: "Biz azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir... Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz".

Zərərsizləşdirilən şəxslərin hərbi əməliyyatlardın dayandırılmasından sonra əraziyə göndərildiyini yalnız Azərbaycan yox, Rusiya rəsmiləri də etiraf edirlər. S.Lavrovun son mətbuat konfransındakı çıxışından:

"...Noyabrın sonunda erməni hərbçilərindən, bildiyimə görə, çağırışçılardan ibarən böyük bir qrup ora göndərilib və onlar, 62 nəfər, dekabrın əvvəlində əsir düşüblər. Azərbaycan tərəfi bildirib ki, bu insanlar əraziyə hərbi əməliyyatların dayandırılmasından sonra göndərildiyindən, onların məsələsinə ayrıca baxılmalıdır, hərbi əsirlər kimi yox".

Beləliklə, Ermənistanın manipulyasiya etdiyi və geri qaytarılmasını tələb etdiyi şəxslər hərbi əsir sayıla bilməzlər, onlar diversant və terrorçudurlar və Azərbaycan tərəfi onları məhz bu statusda zərərsizləşdirib.

Terrorçu-diversant qrupun üzvləri isə beynəlxalq humanitar hüququn və Azərbaycanın milli qanunvericiliyinin tələblərinə əsasən hərbi əsir statusu daşımır və onlar barəsində Azərbaycanın CM-nə uyğun məsuliyyət tədbirlərinin tətbiq edilməlidir.

Terrorçu və diversantlar hərbi əsir hesab oluna bilməz!

***

Xatırladaq ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) də Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin 9 yanvar 2021-ci il tarixli bəyanatını tamamilə əsassız hesab edib və həmin bəyanatda yer alan iddiaları rədd etmişdi:

"Xatırladırıq ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.

Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.

İstintaq zamanı müəyyən edilib ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər.

Qeyd olunan qrup tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktları törədilib və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar olub.

Bəhs olunan diversiya qrupunun üzvləri atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmir və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Ermənistan tərəfinin bu məqsədyönlü təxribatçı fəaliyyəti beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və üçtərəfli bəyanatın kobud şəkildə pozulması halı olmaqla yanaşı, açıq-aşkar surətdə bu ölkə tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasətin davam etdiyini nümayiş etdirir.

Azərbaycan Respublikası beynəlxalq hüquqla müəyyən olunmuş və 10 noyabrda imzalanmış üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə məsuliyyətlə yanaşır və həmin öhdəlikləri tam yerinə yetirir. Azərbaycan tərəfi, eyni zamanda Ermənistanı üçtərəfli bəyanatla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyə, atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribatçı hərbi fəaliyyətə son qoymağa çağırır", - deyə XİN-in məlumatında qeyd olunurdu.

Orxan HUN Son.az

Yeni salamlaşma üsulları like
  • 21 Yan 15:54  
Digərləri Yeni salamlaşma üsulları

Artıq 1 ilə yaxındır ki, pandemiya səbəbindən yaşam tərzimiz dəyişib.

arrow Ətraflı
Bibisi qızına görə bıçağa əl atdı: "Dedi, yaxşı eləmişəm..." like
  • 21 Yan 15:49  
Digərləri Bibisi qızına görə bıçağa əl atdı: "Dedi, yaxşı eləmişəm..."

Bakının Nizami rayonunda cinayət törətməkdə təqsirli bilinən 1998-ci il

arrow Ətraflı
Şəhid ailələrinə veriləcək evlər tezliklə bərpa ediləcək like
  • 21 Yan 15:41  
Digərləri Şəhid ailələrinə veriləcək evlər tezliklə bərpa ediləcək

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 21 Yan 15:39  
Digərləri Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Bu amil hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq like
  • 21 Yan 15:37  
Siyasət Bu amil hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq

44 gün davam edən, amma bütün tarixboyu danışılacaq Zəfərimizlə başa

arrow Ətraflı
Bakıda insanları aldadaraq like
  • 21 Yan 15:31  
Digərləri Bakıda insanları aldadaraq

Paytaxtda insanları elan saytları vasitəsilə aldadaraq pullarını mənimsə

arrow Ətraflı
Buzlu yolda qızını qorumaq üçün yıxılmamağa çalışdı like
  • 21 Yan 15:29  
Dünya Buzlu yolda qızını qorumaq üçün yıxılmamağa çalışdı

Bursada qar yağdıqdan sonra havanın kəskin soyuması səbəbindən yollar do

arrow Ətraflı
"İdarəetmədə yeni bir dönəm başlayır" like
  • 21 Yan 15:24  
Siyasət "İdarəetmədə yeni bir dönəm başlayır"

"Həm radikal müxalifət, həm də rüşvətxor məmurlar zəfərimizə kölgə

arrow Ətraflı
Bayden yalnız bu məşhuru izləyir like
  • 21 Yan 15:19  
Dünya Bayden yalnız bu məşhuru izləyir

Co Bayden  "Twitter"də Donald Trampdan sonra POTUS adlı rəsmi hesa

arrow Ətraflı
"Oğluma atamın adını qoyacaqdım amma..." like
  • 21 Yan 15:09  
Şou-biznes "Oğluma atamın adını qoyacaqdım amma..."

Müğənni Əhməd Mustafayev "Hüseynova bacıları" verilişində qo

arrow Ətraflı
SOCAR AVIATION təyyarələri üçün yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb like
  • 21 Yan 15:07  
Digərləri SOCAR AVIATION təyyarələri üçün yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb

SOCAR AVIATION Adnan Menderes hava limanında yanacağı öz məntəqəsindən t

arrow Ətraflı
3 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşır  FOTO like
  • 21 Yan 15:04  
Digərləri 3 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşır FOTO

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağl

arrow Ətraflı
Türk ordusu daha 3 terrorçunu zərərsizləşdirdi like
  • 21 Yan 14:59  
Dünya Türk ordusu daha 3 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu  Tel Rıfat bölgəsindən Fərat Qalxanı ərazisinə hücum

arrow Ətraflı