Şuşada erməni kilsəsi olmayıb Tarixi FAKTLAR FOTO


Siyasət 21 Yan 2021 13:51:00 170 0

Şuşada erməni kilsəsi olmayıb  Tarixi FAKTLAR  FOTO

Şuşada erməni kilsəsi olmayıb.

Son.az bildirir ki, bunu Trend-ə mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, Ermənistan mətbuatı mütəmadi olaraq saxta dəlillər gətirərək Şuşa şəhərində "erməni" kilsəsinin azərbaycanlılar tərəfindən "dağıdılacağı" barədə dezinformasiyalar yayır:

"Ermənilər belə bir şayiə yayırlar ki, guya Şuşa şəhərində "Qazançılar" adlandırılan kilsə 1722-ci ildə mövcud olmuş hansısa başqa bir kilsənin bünövrəsi üzərində Naxçıvanın Qazançı kəndindən gələn ermənilər tərəfindən inşa edilmişdir.

O zaman belə bir sual yaranır, əgər kilsə ermənilər tərəfindən tikilirdisə, niyə erməni qriqoryan kilsəsi memarlığı üslubunda tikilmirdi? Axı, əslində ermənilərin Cənubi Qafqaza gəlişi I Pyotrun 1724-cü ilin noyabrın 10-da rəsmiləşdirilən fərmanından sonra başlanmışdı. 1828-ci il Türkmənçay sülh müqaviləsinin nəticəsi olaraq 40000 erməni, 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni Azərbaycanın Naxçıvan, İrəvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırıldılar.

Bu, onu deməyə əsas verir ki, o dövrə qədər Şuşada erməni kilsəsinin mövcudluğu mümkün deyildi. Bu və ya digər tarixi həqiqətlər ermənilərin yalan danışdıqlarını sübut edir".

F.İsmayılov qeyd edib ki, Şuşa şəhərində keçən əsrin sonlarına qədər erməni kilsəsi mövcud olmayıb.