Regionda yolların açılması Yerevanın xeyrinə olacaq


Siyasət 21 Yan 2021 11:21:00 97 0

Regionda yolların açılması Yerevanın xeyrinə olacaq

Regionda nəqliyyat əlaqəsinin bərpa olunması özü özlüyündə Ermənistanın təhlükəsizlyinin təminatı olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ermənistan baş nazirinin müavini Mger Qriqoryan parlamentdə deputatların suallarını cavablandırarkən deyib.

Nazir müavini bildirib ki, bu məsələ həll olunmalıdır:

"Yolların açılması məsələsinin düzgün həll olunacağı təqdirdə bu, təhlükəsizliyin təminatı olacaq. Amma hələlik hazır variantlar yoxdur. Müzakirələr mərhələsi hələ başlamayıb".

M.Qriqroryan əlavə edib ki, bu ayın sonunda məsələ ilə bağlı ilk görüş keçiriləcək.