Rusiya FHN Ağdam rayonuna əlavə minatəmizləyici mütəxəssislər göndərib


Siyasət 18 Yan 2021 14:18:10 127 0

Rusiya FHN Ağdam rayonuna əlavə minatəmizləyici mütəxəssislər göndərib

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Ağdam rayonunda minalardan təmizləmə işləri üçün Azərbaycana əlavə qrup göndərib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə nazirliyin bəyanatında deyilir.

Qeyd olunur ki, "Lider" mərkəzinin və Noginsk xilasetmə mərkəzinin mütəxəssisləri İl-76 təyyarəsi ilə Moskvadan Gəncəyə yola düşüb.

Bundan başqa, axtarış işlərində istifadə olunması üçün 2 ədəd texnika gətirilir.

Xatırladaq ki, yanvarın əvvəlində Rusiya FHN-in 20 mütəxəssisi Ağdam rayonunda minatəmizləmə işlərinə başlayıb.