Azərbaycan ilə İran arasında hərbi və hərbitexniki əməkdaşlıq məsələləri müzakirə olunub
Siyasət 14 Yan 2021 15:32:00 45 0
Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bu xəbəri də oxu: Hikmət Hacıyev "Atlantic Council"ə müsahibəsində regional təhlükəsizliyin quruluşundan danışıb VİDEO
Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə İran arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Müdafiə naziri Vətən müharibəsi zamanı İranın Azərbaycanın mövqeyini dəstəklədiyinə görə səfirə minnətdarlığını bildirib, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, Müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə salamlarını çatdırmasını xahiş edib.
Müdafiə naziri Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını qeyd edərək hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.
Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə ölkəsi adından Azərbaycan xalqını və dövlətini təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. S.A.Musəvi dost ölkə olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib. Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, həmçinin regional problemlər müzakirə olunub.
Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan mə

2021-ci ilin 14 yanvar tarixində Pakistana rəsmi səfəri çərçivəsində Az

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tə

Müğənni Xəyyam Nisanov sosial şəbəkədə ünvanına yazılan tənqidlər

Vətən müharibəsi başlayandan könüllü olaraq ön cəbhəyə getdi. Ən b

Ötən şənbə Belçikanın paytaxtı Brüsseldə koronavirus qaydalarına əm

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq demokratik

2021-ci il iyunun 30-dək TANAP-la tədarük olunan qazın həcmi 12 milyard klu

Pakistana rəsmi səfəri çərçivəsində 14 yanvar 2021-ci il tarixində xari

Cəmiyyətin vaksinasiyanın tətbiqinə başlanacağı günü səbrsizliklə g

Nazirlər Kabineti yanında Operativ Qərargah bütün parametrləri qiymətlən

Keniyanın cənub-şərqində koronavirusun 16 yeni ştammı aşkar edilib.

Bakı Ali Neft Məktəbinin (BANM) Neft Mühəndisləri Cəmiyyətinin Tələbə

Daxil olan müraciətlərin qəbul edilməsi, vətəndaşlar ilə birbaşa ünsi

2020-ci il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım
